Məhkəmə qərarları › İş №2(103)-4816/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4816/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4816/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-647/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-647/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(009)-2044/2023 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 220 (iki yüz iyirmi) manat alimentin həcminin artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi; 15 may 2014-cü il təvəllüdlü X1 və 10 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Mülki işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən telefon vasitəsilə məhkəməyə bildirilmişdir ki, Cavabdeh ölüb. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan şəxsin fərdi məlumatları barədə çıxarışdan görünür ki, xx.xx.1991-ci ildə Ağdam rayonunda doğulmuş Cavabdeh xx.xx.2024-cü il tarixdə ölüb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 384.0.5 və 405.0.2ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qərara aldı: xx.xx.1991-ci ildə Ağdam rayonunda doğulmuş Cavabdeh xx.xx.2024-cü il tarixdə öldüyündən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-647/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar