Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4817/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair 2(004)-1558/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4430,54 manat əsas borc, 721,85 manat faiz borcu və 55,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5207,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 4000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, xx xxxxxxx 2015-ci il tarixli Cavabdeh2 Asifəİi oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 3790,78 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 6394,67 manat təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il yanvarın 22-dək Cavabdeh1 banka xx xxxxxxx 2015-cu il tarixli kredit müqaviləsi üzrə 4430,54 manat əsas borc, 721,85 manat faiz borcu və 55,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5207,99 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, “İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4430,54 manat əsas borc, 721,85 manat faiz borcu və 05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5157,39 manat (beş min bir yüz əlli yeddi manat 39 qəpik) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında iştirak etsələr də, hakim onların iştirakını təmin etmədən bir baxışla işi araşdırmadan qətnamə qəbul etmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsi qətnamə çıxararkən onun məhkəmədə iştirakını təmin etməmiş və bununla da onun müdafiə hüququnu kobud surətdə pozmuşdur. Bu məsələ ilə bağlı irad bildirəndə hakim dedi ki, iddia ərizəsinin surətini ünvana göndərmişlər. Lakin iddia ərizəsinə əlavə edilmiş və qətnamədə subut kimi tədqiq edilmiş arayışından da görünür ki, ünvanları məhkəməyə məlum olsa da, hazırlıq iclasında iştirak etsələr də məhkəmə onların gəlməməsinin səbəbini araşdırmamış, işi təkrar təyin etməmiş, yalnız bir iclasda işə baxıb qiymət vermişdir. Qəbul edilmiş qətnamədən aydın görünür ki, iddia tələbi ilkin olaraq bank tərəfindən düzgün verilməmiş, ona heç bir əlavə və düzəlişlər edilməmiş, göstərilən müqavilənin hansı zəmində imzalanması müqavilədə qeyd edilən pul vəsaitinin cavabdeh tərəfindən alınıbalınmaması məhkəmə baxışında araşdırılmamışdır. Həmçinin, məhkəmə qərar verərkən iddianın əsaslılığını sübuta yetirəcək hər hansı bir maddi sübuta deyil, iddiaçının nümayəndəsi R.Abdullayevin verdiyi ifadələrə yüksək hüquqi qiymət vermişdir. Hətta hakim məhkəmə araşdırması apararkən iddiaçını məhkəmədə istəmədən etdiyi etirafı da görməməzlikdən gələrək qanunları kobud surətdə pozmuşdur. Eyni zamanda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə Fərmanına əsasən Cavabdeh1 götürdüyü kredit həmin Fərmanın təsiri altına düşmüş və hesablamalara əsasən ona pul qaytarılmışdır. Ən təcüblü hal ondan ibarətdir ki, əgər kredit borcu üzrə ödənilməmiş vəsait mövcud idisə, o zaman hansı səbəbdən bank göstərilən pul vəsaitini Cavabdeh1 borcuna silmək əvəzinə onun özünə geri qaytarmışdır. Əgər göstərilən borc kredit müqaviləsi üzrə əlavə sazişdən irəli gəlirdisə onda həmin müqavilə üzrə qeyd edilən Fərmana əsasən geri qaytarılmış pul vəsaitinə həmin müqaviləyə də çıxılmırdı. Bundan əlavə məhkəmə araşdırılması zamanı borcun hansı şəkildə hesablanması və yeni saziş bağlanarkən məbləğin hesablanması qaydası araşdırılmalı idi. Bundan əlavə, əgər məhkəmədə iştirak etmiş olsaydılar, sazişin ləğv edilməsinə dair yəqin ki, qarşılıqlı iddia ilə çıxış etmiş olardılar. Apelyasiya baxışı zamanı Cavabdeh1 şikayəti müdafiə edərək bildirdi ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 4000 ABŞ dolları kredit götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 3790,78 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 6394,67 manat müəyyən edilmişdir. Bankdan ABŞ dolları ilə götürdüyü kreditlə bağlı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəaları tətbiq edilmiş, ona 2300 manat kompensasiya ödənilmişdir. O, aldığı həmin kompensasiya vəsaitini manatla qalan borcunun əvəzinə ödəməmişdir. Məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh1 təmsilçisi apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunması barədə hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanılmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 24 faizlə 36 ay müddətinə 4000 ABŞ dolları kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 3790,78 ABŞ dolları, Mərkəzi Bankin xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 6394,67 manat təşkil etmiş, habelə kreditin müddəti xx.xx.2022- ci il tarixədək təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə Banka borcu 4430,54 manat əsas borc, 721,85 manat faiz borcu və 55,6 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5207,99 manat borc təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.2.1, 448.1, 467 və 472-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 qarşı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, № 16-04053-2020 saylı məktubunda göstərilmişdir ki, X1 Kredit Reyestrinin və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində yaradılmış məlumat bazalarına əsasən Cavabdeh1 ilə “xxxxxxxxxx” ASC (rebrendiqdən sonra“xxxxxxxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 3841,14 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq bu hissədə 2304,68 manat kompensasiya hesablanmışdır. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə əlaqədar bildirilir ki, həmin müqavilənin predmeti milli valyutada olan pul vəsaiti olduğundan kompensasiyaların hesablanması hissəsində, habelə Fərmanın qüvvəyə mindiyi tarixə (xx.xx.2019-cu il tarixinə) qalıq borcunun gecikdirildiyi günün 360 gündən az olması səbəbindən isə restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, borcalan Cavabdeh1 “xxxxxxxxx” ASC qarşısında müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirmədiyinə görə kredit borcunun tutulmasına dair iddia tələbinin qismən təmin edilməsi qanuni və əsaslıdır. Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1558/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4817/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4817/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver