Məhkəmə qərarları › İş №2(103)-482/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-482/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-482/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı İKB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-172/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1587 ABŞ dolları 32 sent əsas borc, 1202 ABŞ dolları 83 sent faiz, 213 ABŞ dolları 15 sent cərimə və kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 82 ABŞ dolları 65 sent əldən çıxmış fayda olmaqla, cəmi 3085 ABŞ dolları 95 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən (əvvəlki adı İddiaçı İKB ASC) illik 26 faizlə 24 ay müddətinə 4500 ABŞ dolları kredit götürmüşdür. 14 iyul 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 14 dekabr 2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 yanvar 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13.11.2018-ci il tarixədək Cavabdeh1 banka 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1587 ABŞ dolları 32 sent əsas borc, 1202 ABŞ dolları 83 sent faiz, 213 ABŞ dolları 15 sent cərimə və kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 82 ABŞ dolları 65 sent əldən çıxmış fayda olmaqla, cəmi 3085 ABŞ dolları 95 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda. Kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-172/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1403 ABŞ dolları 73 sent əsas borc, 358 ABŞ dolları 19 sent faiz (kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz daxil olmaqla) və 20 ABŞ dolları cərimə, cəmi 1781 ABŞ dolları 92 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-172/2020 saylı qətnaməsinin qismən, cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, maliyyə arayışında cavabdehin əsas borcu 1587,32 ABŞ dolları olduğu halda, ekspert əsas məbləğini 2811,20 ABŞ dolları olduğu barədə rəy vermişdir. Göründüyü kimi, ekspert Cavabdeh1 banka olan əsas borc məbləğini əsassız olaraq artırmış, faiz borcu məbləğini azaltmışdır. Belə ki, məhkəməyə təqdim olunmuş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 14 yanvar 2017-ci il tarixdən sonra edilmiş ödənişlər məhkəmə qətnaməsində qeyd edildiyi kimi faiz borcuna deyil, əsas borca silinmişdir. Belə ki, R.Hacıyev tərəfindən aparılmış ödənişlərdən faiz borcu üzrə sonuncu silinmə 15 yanvar 2016-cı il tarixdə 122,44 ABŞ dolları məbləğində olmuşdur. Buna görə rəydə olan anlaşılmazlığa aydınlıq gətirilməli, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsələr də, vəsatətləri təmin olunmamışdır. Ekspertin nəyə əsasən bu qənaətə gəlməsi rəydə öz əksini tapmamışdır. Buna görə də, ekspert məhkəməyə dəvət olunaraq dindirilməli, ya da iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan əlava dəbbə pulu əhəmiyyətli dərəcədə azaldılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-172/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə Cavabdeh2 oluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, tələb bölünməz olduğundan hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin borcun tutulması ilə bağlı hissədə tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ciil tarixli, 2(006)-172/2020 saylı qətnaməsi 1403,73 ABŞ dolları əsas borc, 358,19 ABŞ dolları faiz (kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz daxil olmaqla) və 20 ABŞ dolları cərimə, cəmi 1781,92 ABŞ dolları hissələrində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: 14.01.2015-ci il tarixli 19-M-1-0-46-15 saylıkredit müqaviləsindən görünür ki, iddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən cavabdeh Cavabdeh1 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 3644 ABŞ dolları 29 sent məbləğində kredit verilmişdir. 14.07.2015-ci il tarixli əlavə sazişdən görünür ki, 14.01.2015-ci il tarixli 19-M-1-0-46-15 saylı kredit müqaviləsinin bəndlərinə dəyişiklik edilərək, kreditin müddəti 35 ay, faiz dərəcəsi 26 %, kreditin bağlanması tarixi isə 14.12.2017-ci il kimi qeyd edilmişdir. 13.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) 1587 ABŞ dolları 32 sent əsas borc, 1202 ABŞ dolları 83 sent faiz, 213 ABŞ dolları 15 sent cərimə və kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 82 ABŞ dolları 65 sent əldən çıxmış fayda olmaqla, cəmi 3085 ABŞ dolları 95 sent məbləğində borcunun olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 13326 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X5 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14 yanvar 2015-ci il tarixli 19-M-1-0-46-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi və ona edilən 1 saylı əlavə üzrə 14.12.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) X2 banka olan borcu 3452 ABŞ dolları 07 sent məbləğində müəyyən olunur, o cümlədən: 14.12.2017-ci il tarixə əsas borc üzrə – 2811 ABŞ dolları 20 sent; faiz üzrə – 640 ABŞ dolları 87 sent. İş materiallarından göründüyü kimi, X5 tərəfindən banka ödənilmiş pul və saitlərinə dair hesabdan çıxarış məlumatları və 14 yanvar 2015-ci il tarixli 19-M-1- 0-46-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi və ona edilən 1 saylı əlavə üzrə 14.12.2017-ci il tarixdən (müqavilənin bitdiyi tarix) 13.11.2018-ci il tarixədək (sualda göstərilən tarix) illik 5 %-lə hesablandıqda X2 13.11.2018-ci il tarixə banka olan borc məbləği 3169 ABŞ dolları 38 sent məbləğində müəyyən olunur, o cümlədən: 14.12.2017-ci il tarixdən 13.11.2018-ci il tarixədək 5 %-lə əsas borc üzrə – 2811 ABŞ dolları 20 sent; faiz üzrə – 358 ABŞ dolları 19 sent. Qeyd: bundan əlavə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 kredit üzrə banka 13.11.2018-ci il tarixdən sonra 1407 ABŞ dolları 47 sent məbləğində ödəniş aparıldığı müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün, iddiaçı yaranmış borcun tutulmasını tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, məhkəmə cavabdehlərdən borcun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, borc məbləğlərini düzgün olaraq müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, borcun yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2020-ci il tarixli 9/3979 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X5 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14 yanvar 2015-ci il tarixli, 19-M-1-0-46-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi və ona edilən 1 saylı əlavə üzrə 14.12.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) X2 banka olan əsas borcu 2811,20 ABŞ dolları, faiz borcu 640,87 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, 13.11.2018-ci il tarixə əsas borc üzrə – 2811,20 ABŞ dolları, faiz üzrə – 358,19 ABŞ dolları təşkil edir. Bundan sonra ekspertin rəyi tam olmadığı üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2021-ci il tarixli 9/2639 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X5 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14 yanvar 2015-ci il tarixli, 19-M-1-0-46-15 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 14.12.2017-ci il tarixə əsas borc 2811,20 ABŞ dolları, faiz borcu 640,87 ABŞ dolları, 13.11.2018-ci il tarixə əsas borc 2811,20 ABŞ dolları, faiz borcu 358,19 ABŞ dolları, 01.07.2019-cu il tarixə əsas borc 1839,27 ABŞ dolları, faiz borcu 0,0 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının sonuncu rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə əsas borc 1839,27 ABŞ dolları müəyyən olunduğundan, MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə verilmiş tələb daxilində işə baxdığından, məhkəmə tərəfindən müəyyən edilmiş 1403,73 ABŞ dolları əsas borc dəyişdirilib, 1587,32 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya hesab edir ki, qətnamə 358 ABŞ dolları 19 sent faiz (kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz daxil olmaqla) hissəsində dəyişdirilməli, faiz borcu 358,19 ABŞ dolları, kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz 73,63 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin materiallaından göründüyü kimi, kredit müqaviləsinin müddəti 14.12.2017-cı ildə bitmişdir. Maliyyə arayışı isə 13.11.2018-ci ildə verilmişdir. 14.12.2017-ci ildən 13.11.2018-ci il tarixədək olan müddət 334 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 73,63 ABŞ dolları (1587,32 ABŞ dolları x 5% : 360 gün x 334 gün=73,63 ABŞ dolları) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin birinci instansiya məhkəməsi dəbbə pulu məbləğini həddən artıq azaltmaqla, düzgün nəticəyə gəlmədiyindən, dəbbə pulu məbləği ilə bağlı hissədə qətnamə dəyişdirilməli, dəbbə pulu 79,3 manat müəyyən edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, yuxarıda qeyd olunan dəyişikliklər cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 2098,44 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, qətnamə cavabdehlərdən tutulmalı olan 30 manat dövlət rüsumu hissəsində dəyişdirilməli, dövlət rüsumu 20 manat müəyyən edilməlidir. Həmçinin qətnamə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehlərdən tutulması hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatlarının dəyəri olan 300 manatın 201 manatı müştərək qaydada cavabdehlərdən, 99 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)- 172/2020 saylı qətnaməsi mübahisələndirilən- 1403,73 ABŞ dolları əsas borc, 358,19 ABŞ dolları faiz (kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz daxil olmaqla) və 20 ABŞ dolları cərimə, cəmi 1781,92 ABŞ dolları hissələrində dəyişdirilsin, əsas borc 1587,32 (min beş yüz səksən yeddi ABŞ dolları otuz iki sent) ABŞ dollar, faiz borcu 358,19 (üç yüz əlli səkkiz ABŞ dolları on doqquz sent) ABŞ dolları, kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixdən 13 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz 73,63 (yetmiş üç ABŞ dolları altmış üç sent) ABŞ dolları, cərimə 79,3 (yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları, cəmi borc 2098,44 (iki min doxsan səkkiz ABŞ dolları qırx dörd sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə cavabdehlərdən tutulmalı olan 30 (otuz) manat dövlət rüsumu hissəsində dəyişdirilsin, dövlət rüsumu 20 (iyirmi) manat müəyyən edilsin. Qətnamə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlərdən tutulması hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın 201 (iki yüz bir) manatı cavabdehlərdən müştərək qaydada, 99 (doxsan doqquz) manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar