Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-482/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçı X7, iddiaçı X3 nümayəndəsi X9, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2022-ci il tarixdə X23 PHŞ-nin həkim ginekoloqu Cavabdeh1 İddiaçı sol yumurtalığınına səhv cərrahi əməliyyat edərək sağ yumurtalığının yerinə sol yumurtalığını kəsməsi barədə Xəzər rayon prokurorluğuna müraciət edilmiş, araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 2.Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X22in xx.xx.2023-cü il tarixli 737/KEŞ saylı rəyindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə “X23” PHŞ-nə “sağ yumurtalığın kistası” diaqnozu ilə daxil olmuş və onun üzərində “Laporatomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Aygün Zeynalovanın üzərində cərrahiyyə əməliyyatı icra edilmədən öncə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ultrasəs müayinələri icra edilmişdir. Müayinələr zamanı isə ona “sağ yumurtalığın kistası” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, müayinələr zamanı “Sağ və sol yumurtalıq kistaları”-nın olduğu öz təsdiqini tapır. “X23” PHŞ-də müalicə şəraitində cərrahi əməliyyatından əvvəl Aygün Zeynalovanın müayinələri qismən icra edilmişdir. “X23” PHŞ-də Aygün Zeynalovanın üzərində icra edilmiş ginekoloji cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, cərrahiyyə əməliyyatı zamanı yumurtalıqda olan kistalar “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah tərəfindən “salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Cərrahiyyə əməliyyatından sonra götürülmüş preparat histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu aşkar edilmişdir. Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən “sağ və sol yumurtalıq kistaları” diaqnozu, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı isə “sağtərəfli salpinqoovarioektomiya”-ya əsas olmamışdır. Histoloji müayinənin nəticəsində bu öz təsdiqini bir daha tapmışdır. Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona aparılmış USM, Rentgen və digər müayinələr əsasında onun üzərində “sağtərəfli salpinqoovarioektomiya” öz təsdiqini tapmır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə USM, xx.xx.2022-ci il tarixdə isə boruların keçiriciliyinin rentgen müayinəsi zamanı sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə Aygün Zeynalovanın üzərində “X23” PHŞ-də çıxarıldığı rəsmiləşdirilən (əslində isə sol tərəf yumurtalıq kəsilərək çıxarılmışdır) yumurtalıqda mövcud olan kista ilə əlaqədar “Respublika Perinatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunmuş və sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. Bütün bunlar “X23” PHŞ-də Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı “sağtərəfli salpinqoovarioektomiya”-nın icra edildiyi qeyd edilsə də, onun üzərində “soltərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X22in xx.xx.2023-cü il tarixli 51 saylı rəyindən görünür ki, “X23” PHŞ-də X3 adına tərtib edilmiş tibbi sənədə əsasən, o, halsızlıq, belində və qarnın aşağı (sağ) nahiyəsində ağrı şikayəti ilə xx.xx.2022-ci il tarixdə “Sağ yumurtalığın kistası” diaqnozu ilə tibb mərkəzinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra onun üzərində xx.xx.2022-ci il tarixdə “Laporatomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Aygün Zeynalovaya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində aparılmış ultrasəs müayinələri zamanı onda sağ və sol yumurtalıqların kistaları müəyyən edildiyi halda “X23” PHŞ-də ona yalnız “sağ yumurtalığın kistası” təyin edilmişdir. Bu baxımdan təyin edilmiş diaqnoz qismən düzgün olmuşdur. “X23” PHŞ-də müalicə şəraitində Aygün Zeynalovaya cərrahi əməliyyatdan öncə aparılmış instrumental (USM) müayinələri zamanı onda hər iki yumurtalıqda kista olduğu halda ona yalnız sağ yumurtalığın kistası ilə əlaqədar “sağtərəfli salpinqoovarioektomiya” aparılmışdır. X3 üzərində “X23” PHŞ-də icra edilmiş ginekoloji cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün olmamışdır. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı “kistektomiya” əməliyyatı (orqansaxlayıcı) edilməli idi, lakin “salpinqoovarioektomiya” əməliyyatı kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Çıxarılmış biomaterial histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmış ultrasəs müayinələrinə uyğun deyildir. Belə ki, əməliyyatdan sonra patohistoloji müayinə cavabına əsasən, müəyyən edilmiş patologiyanın morfoloji xüsusiyyətini nəzərə alaraq ilkin olaraq konservativ müalicə taktikası aparılmalı olduğu halda aparılmamışdır. Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, onda “sağ və sol yumurtalıq kistaları” müəyyən edilsə də, “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, aparılmış patohistoloji müayinə cavabına nəzərə alaraq aparılmış əməliyyata əsas olmamışdır. Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona aparılmış USM, Rentgen və digər müayinə cavablarını nəzərə alaraq icra edilmiş “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə USM, xx.xx.2022-ci il tarixində isə boruların keçiriciliyinin rentgen müayinəsində sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X22in xx.xx.2023-cü il tarixli 351/KEŞ saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi ekspert rəylərinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X1 tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti vardır. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X7 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş zərərə görə Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat və Cavabdeh3 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılır ki, 2022-ci ilin mart ayında səhhətində ciddi problemlər yaranmışdı. Həyat yoldaşı Orxan Hüseynov onu X21 müayinəyə aparmışdır. Həmin tibb mərkəzinin həkim-ginekoloqu Cavabdeh1 onları müayinə üçün "xxxx" MMC-yə göndərmişdir. Daha sonra həmin müayinə kağızlarını Cavabdeh1 təqdim etmişlər. Cavabdeh1 müayinə kağızlarına baxaraq sağ yumurtalığında kista olduğunu bildirmiş, bu səbəbdən təcili tibbi cərrahi əməliyyatın lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixində səhər saatlarında ginekoloji xarakterli cərrahi əməliyyat icra olunmuşdur. Əməliyyat lokal keyitmə əsasında keçirilmişdir. Əməliyyatın sadəcə 30 dəqiqə ərzində yekunlaşacağı bildirilsə də, təxminən 2 saat davam etmişdir. Cərrahi əməliyyatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əməliyyat etmişdir. Cərrahi əməliyyatdan sonra təxmini 10-12 gün müddətində X21 müayinəyə ümumi palata şəklində müalicə almışdır. Həmin əməliyyat üçün şəxsən Cavabdeh1 700 manat pul ödəmiş, eyni zamanda müalicə dövründə çoxlu əlavə xərcləri olmuşdur. X19 xx.xx.2022-ci tarixdə təqdim etdiyi epikrizdən görünür ki, loparaktamiya, sağ tərəfli salpinqoovarioektamiya əməliyyatının aparıldığı görünmüşdür. Xəstəxandan ambulator şəraitdə müalicə üçün evə buraxılmış, əməliyyatdan sonra səhhətində heç bir irəliləyiş olmamış, tam əksinə vəziyyəti daha da pisləşmiş və kəskin ağrıları olmuşdur. xx.xx.2022-ci ildə təkrar müayinə üçün Cavabdeh1 yaxınlaşmış və onun məsləhəti ilə “KM” və "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdə isə “X24”- da müvafiq UZİ müayinələrindən keçmiş, həmin müayinələrin cavabında bildirilmişdir ki, sağ yumurtalıqlar öz ölçüsünü tapsa da sol yumurtalıqlar öz əksini tapmır. Həyat yoldaşı Orxan hər iki müayinənin kağızlarını X19 həkim ginekoloqu Cavabdeh1 təqdim etmişdir. Cavabdeh1 isə hələ də yumurtalıqlarda kistaların olduğunu bildirərək sol yumurtalıqların cərrahi əməliyyat zamanı götürüldüyünü bildirməmişdir. Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, cərrahi əməliyyatın əsas qismini Cavabdeh2 görmüşdür. Cavabdeh3 və o sadəcə tikişləri icra etmişdir. İzahata bunu da bildirmişdir ki, sağ yumurtalıqlarında törəmə olduğu üçün və törəmə səbəbi ilə yumurtalıqlar yeyildiyi üçün əməliyyat zamanı sağ yumurtalıq götürülmüşdür. Lakin müayinə zamanı ona və yoldaşına sol yumurtalıqlarda problem olduğunu və təcili əməliyyat olunmasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X22 Komisyon Ekspertizalar şöbəsinin 18 yanvar 2023-cü il tarixdə 809 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə “X23” PHŞ-də “sağ yumurtalıq kistası” və “laporatomiya sağtərəfli salpinqoovarioektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Lakin ultrasəs müayinələrində “sağ və sol yumurta kistaları” diaqnozu qoyulmuşdur. Rəydən görünür ki, əməliyyatdan əvvəl müayinələr qismən doğru icra edilmişdir. Lakin, cərrahi əməliyyat texniki və taktiki baxımdan düzgün icra edilməmişdir. “Kistekomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah tərəfindən “salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Eyni zamanda rəydə bildirilmişdir ki, bu problemin müalicəsi mümkündür. Aparılmış cərrahi əməliyyatdan sonra bir daha USM, Rentgen və digər müayinələrdən yenidən keçmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə USM və Rentgendən göründüyü kimi sağ tərəf yumurtalıqların yerində olduğu, amma sol tərəf yumurtalıqların yerində olmadığı bilinmişdir. Daha sonra o, “Respublika Perninatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunaraq sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. “X23” PHŞ-də isə sol tərəf yumurtalıqları götürülmüşdür. Göründüyü kimi, cavabdehlər ona qarşı texniki və taktiki cəhətdən səhv olan cərrahi əməliyyat etmişlər, yalnız kistanı götürmək əvəzinə, yumurtalığı uşaqlıq borusu ilə birgə kəsmişlər, bu azmış kimi cavabdehlər onlara sağ yumurtalığın əməliyyat olunacağını deyib, sol yumurtalığı kəsmişlər. Hadisə nəticəsində o zərərçəkmiş, bu əməllər əslində cinayət əməlidir, həkimlərin əməlində səhlənkarlıq və sağlamlığa ağır xəsarət yetirmə cinayətlərinin tərkibi var. Baş vermiş hadisənin onda yaratdığı sarsıntıları, qorxunu, stressi unutmaq olmayacaq, bunları heç bir maddi tələb əvəz etməyəcək. Ancaq, cavabdehlər də cəzasız qalmamalıdırlar. Ona görə də onlar əməllərinin ağır nəticələrini kompensasiya etməlidirlər. Onlar onun orqanlarını heç bir tibbi zərurət olmadan yanlış olaraq kəsib götürmüş, onu həmin orqanlardan məhrum etmişlər.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(003)-1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim - E.Rüstəmov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 3000 manat və Cavabdeh1 4000 manat məbləğində pulun tutularaq iddiaçı X5 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının üzərində əməliyyatın düzgün icra edilməməsi, bunun nəticəsində onun sağlamlığının pozulması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat olaraq qeyd etsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, həkimlərin cərrahi əməliyyatda iştirak paylarını, habelə cavabdehlərin mənəvi zərərin yetirilməsində rolunu nəzərə almalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin səriştəsizlikləri nəticəsində düzgün yerinə yetirilməmiş əməliyyat nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində keçirdiyi stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə iddiaçının əməliyyat üçün 700 manat ödəməsi ilə bağlı qeyd edir ki, həmin fakt iş materialları ilə təsdiq edilməmişdir. Əksinə, həmin xərcin icbari tibbi sığorta vasitəsilə ödənilməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh3 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh3 əməliyyatda icraçı olaraq birbaşa iştirak etməmiş, yalnız köməkçi qismində (tikişlərin qoyulması və sair) iştirak etmişdir. Bu səbəbdən Cavabdeh3 cavabdeh qismində hər hansı məbləğin tutulması əsassız hesab edilməlidir. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh2 3000 manat, Cavabdeh1 isə 4000 manat məbləğində dəymiş mənəvi ziyanın iddiaçı Zeynalova (Zeynalova) Aygün Ehtibar qızının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,88, 101.7,119.1, 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı X7 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 1866/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, ona qarşı özlərini həkim kimi təqdim edən hal-hazırda öz vəzifələrini icra edərkən həyatını təhlükə altına ataraq, gələcəyini məhv edib. Ana olmaqdan məhrum edərək, köməklik göstərməkdən boyun qaçırdırlar. Cavabdehlər Xəzər Rayon Məhkəməsində çıxarılmış qətnamədən narazılıq edərək, apellyasiya şikayəti verməklə məlum olur ki, ona qarşı soyuqqanlılıq göstərirlər. Xəzər Rayon Məhkəməsinin 2-(003)-1866/2024 qətnaməsi ilə qismən narazıçılığı var. 7000 manat pulu az miqdarda hesablanmasından narazıdır. Çünki həmin qətnamədə ayrılan pula bugünki müalicə və müayinə xərclərini ödəməyə təmin etmir. 2 ildən çoxdur ki,həkim orqanlarında özünün müalicəsinin və gələcəkdə ana olmaq üçün bugünə kimi külli miqdarda pul xərci çıxsa da, rəsmi heç bir qarantili cavab ala bilmir. Cavabdehlər tərəfindən ona qarşı vurulan ziyanın sübutları həddindən artıqdır ki, cavabdehlerin Cavabdeh1 və Mehdiyev Əziz digər şəxslər əməliyyata götürülən zaman xx.xx.2022-ci il tarixdə xəstəliyi əsaslı olduğu üçün yoxlamalardan keçərək əməliyyat stoluna dəvət olunmağı qənaət bəxş olduğu üçün cavabdehlərin iştirakı ilə həyata keçirilmişdir. İddiaçı özbaşına əməliyyat stoluna dəvət olunmayıb və ona qarşı həkimlər səhlənkarlığı tərəfindən həyatını məhv ediblər. İşin faktiki halı ondan ibarətdir ki, zərəri sübut edib, bundan sonra cavabdehlər iddia ərizəsində göstərdiyi məbləği ödəmək üçün borcludurlar. O, 7000 manatı çox aşağı məbləğ hesab edir. Bu pulun artırılmasını xahiş edir. 12.Eyni zamanda işə baxılmanın apellyasiya mərhələsində iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətini tərtib edən zaman kifayət qədər savadının olmadığı üçün müəyyən nöqsanlara yol verdiyini bildirmiş, bunun nəzərə alınaraq cavabdehlərdən əlavə 4000 manat mənəvi ziyana görə pul tutulmasını, ümumilikdə Cavabdeh2 7000 manat ,Cavabdeh1 8000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı mənəvi zərər tələblərini irəli sürür, lakin xahiş edilən hissədə zərərin mənəvi və ya maddi olmasını dəqiqləşdirməmişdir. Cavabdeh1 izahında bildirmişdir ki,X10 ona heç bir ödəniş etməmiş, əməliyyat xərclərini sığorta qarşılamışdır. Bununla bağlı Aygün xanıma ödəniş qəbzi verilmiş, həmin ödəniş qəbzi Xəzər rayon Prokurorluğunda araşdırılmış iş materiallarına əlavə edilmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, iddiaçıda ağrılar kəskinləşdiyindən və kəskin qarın simptomları yarandığından əməliyyatın vacib olduğunu bildirmiş, iddiaçı ginekoloji xarakterli cərrahi əməliyyatın keçirilməsinə etiraz olmadığını bildirmişdir. Həmçinin o, iddiaçının ilk növbədə müalicəsini həyata keçirmiş, əməliyyatdan 1-2 ay öncə yumurtalıqlarında yaranan problemlə bağlı müalicə etmişdir.Müalicənin nəticəsində yumurtalıqlarında olan bəzi kistalar ərimiş, qalan kistaların müalicə yolu ilə aradan qaldırılması mümkün olmadığından ginekoloji xarakterli cərrahi əməliyyat vasitəsilə sağ yumurtalıq götürülmüşdür. Həmçinin əməliyyata başlamaq istənilərkən qarın boşluğuna girmək mümkün olmadığından Cavabdeh2 müraciət etməli olmuşdur. İddiaçının qarın boşluğunda kistalar bağırsaqlara yapışmış vəziyyətdə olmuş, Cavabdeh2 müdaxiləsindən sonra kistaların götürülməsi mümkün olmuşdur. Cavabdeh həmçinin əməliyyat prosedurunun gələcək fəsadları baradə iltizamnamə alınmış, iltizamnamə iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixli əməliyyatdan əvvəl daha 4 dəfə əməliyyat olunmuşdur. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə də X6 tərəfindən əməliyyat olunmuşdur. Respublika Perinatal mərkəzində də əməliyyat olunmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixli ekpert rəyinin nəticə hissəsindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X1 tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti vardı. Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı zərər vurulması sübuta yetirilməmiş, X1 tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti olduğu müəyyən edildiyi halda məhkəmə ona zərərin dəydiyi qənaətinə əsassız gəlmiş, iddiaçının xx.xx.2022-ci il tarixindən əvvəl və sonra digər həkimlər və digər klinikalarda dəfələrlə əməliyyat olunduğunu məhkəmə nəzərə almamışdır. Bundan başqa cinayət işinin rədd olunması barədə qərarda iddiaçıya zərərin Özləm xanım tərəfindən deyil, digər şəxs tərəfindən dəyildiyi qeyd edildiyi halda zərərin hansı səbəblə Cavabdeh1 tərəfindən tutulması məntiqli və əsaslı deyildir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı məhkəmə iclasında özü sərbəst ifadə verərək bildirmişdir ki, o, sözü gedən əməliyyatdan əvvəl 3 dəfə əməliyyat olunmuşdur. Belə olan halda dəfələrlə əməliyyat olmuş iddiaçı ona dəymiş zərəri sübut etməli bundan sonra zərərin kimin tərəfindən dəyddiyini sübut etməli idi. Məhkəmə tədqiqatından da göründüyü kimi cavabdehlərin əməliyyatı ilə iddiaçı ölümdən qurtulmuşdur. Məhkəmə isə bu faktiki halı görməzdən gələrək düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh həmçinin əməliyyat prosedurunun gələcək fəsadları baradə iltizamnamə alınmış, iltizamnamə iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixli əməliyyatdan əvvəl daha 4 dəfə əməliyyat olunmuşdur. Məhkəmə isə cavabdeh tərəfindən təqdim edilən sübutlara obyektiv yanaşmamış, əksinə iddiaçının mülahizələrdən ibarət zərərinin sübut edilməməsinə baxmayaraq iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə iddiaçıya zərərin dəydiyi nəticəsinə gəlinsə də iş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X1 tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyətinin olması göstərilir. Belə olan halda Cavabdeh1 və digər cavabdehlər tərəfindən iddiaçıya hər hansı zərər vurulması sübuta yetirilmir. Göründüyü kimi qətnamədə göstərilən nəticə məhkəmə iclasında tədqiq olunan sübutlarla tərəflərin verdiyi ifadələrlə və işin digər hallarına uyğun deyildir. Bundan başqa Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözü gedən qətnamə qənuni qüvvəyə mindikdən sonra Cavabdeh1 əsassız olaraq 4000 manat pul vəsaiti ödəmək məcburiyyətində qalacaqdır.
15. Qətnamədən digər Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ona aid olan hissədə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, belə ki, buna kimi iddiaçı X7 bir neçə dəfə əməliyyat edilmiş, kistası bağırsaqlara yapışmışdır. O həkimlər tərəfindən kömək etmək üçün çağrılmışdı, çünki ginekoloqlar bu əməliyyatı icra etməkdə çətinlik çəkirdilər. O baş cərrah vəzifəsində işləyir, həmin vaxt xəstədə bağırsaq keçməzliyi baş vermişdir, əgər o müdaxilə etməsəydi, xəstə ölə bilərdi.Cərrah kimi öhdəmə düşəni edərək xəstəni kritik vəziyyətdən çıxarmış, sonrakı müayinə və müalicələrdən xəbəri olmamışdır. O yalnız əməliyyat zamanı çağrılmış xəstənin epikrizi sonradan tərtib edilmişdir. Onun ora sonradan dəvət olunduğunu həkimlər təsdiq edə bilərlər. O həkim kolleqaların bildirdiklərinə əsasən əməliyyat uğurla etmiş və müayinənin əvvəlindən və sonrasından xəbəri olmamışdır. Odur ki, onun tərəfindən iddiaçıya nə maddi nə də mənəvi zərər dəyməsindən söhbət gedə bilməz. Təqsirli olmadığı halda nə maddi nə də mənəvi məsuliyyət daşıya bilməz. Tərəfindən icra edilmiş cərahiyyə əməliyyatı xəstənin səhhətinin yaxşılaşmasına və sağlamlığına qovuşması ilə nəticələnmişdir. İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” barədə məhkəməyə müraciət edərək cavabdehlərdən Cavabdeh2 15 000 manat, Cavabdeh1 10 000 manat və Cavabdeh3 5000 manat kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərər tələblərini irəli sürür, lakin xahiş edilən hissədə zərərin mənəvi və ya maddi olmasını dəqiqləşdirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
18.Məhkəmənin əvvəlki iclasında izahat verən Cavabdeh2 bildirmişdir ki, xanım əməliyyat olunan zaman başqa əməliyyatxanada idi, onu Özləm və Nailə həkim çağırdılar ki, iddiaçının əməliyyatı qəlizdir. Həmin zaman başqa əməliyyatda idi. Əməliyyata gedəndə iddiaçıya anesteziya olunmuşdu, qarın boşluğu açılmışdı. İddiaçının bağırsağı yumurtalığa dolaşmışdı. Buna görə də əməliyyat mümkün deyildi. Müdaxilə etməsə, iddiaçının həyatı üçün təhlükə olacaqdı. Həmin zaman iddiaçının yaxınlarından kimin orada olduğunu soruşdu, iddiaçının anasının orada olduğunu dedilər. Anası gəldi və vəziyyəti izah etdi ki, bağırsağa müdaxilə edilməsə həyatı üçün təhlükə yarana bilər. Anası da qızının həyatının onun üçün vacib olduğunu bildirdi. O da bağırsaqları ayırdı uşaqlığın arxasında olan kistanı götürdü. Həkimlərlə də məsləhətləşdi. İddiaçını ümumiyyətlə tanımır, sadəcə əməliyyat zamanı çağırılmışdır. Yanında həkimlər də olub. 8-10 sm-lik kista heç vaxt normal ola bilməz. İddiaçı da bu vəziyyətdə idi. Anası da iddiaçının həyatının vacib olduğunu bildirib, onu əməliyyat stolunda çağırıblar, o da çalışmışdır ki, bağırsaq keçməzliyindən iddiaçı ölməsin. Bağırsaq keçməzliyi ciddi problemdir. Əməlinə görə peşman deyil, iddiaçının həyatını xilas etmiş, ona köməklik etmişdir. Ginekoloqla cərrahın müayinə reseptini yazması mümkün deyil. İddiaçını əməliyyat stolunda görmüşdür, ona qədər tanımamışdır. Bəzən USM müayinədə görünən vəziyyət ilə əməliyyat olunan zaman görünən hal üst-üstə düşməyə də bilər. 19.Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı X7 izahatında bildirmişdir ki, anası əməliyyat stoluna gəlməyib, onu görməmişdir, anası həkimin dediyi fikirləri deməyib, Özləm həkim ona deyib ki, müalicələri, reseptləri Əziz həkimlə birlikdə razılaşdırmaqla edib, Əməliyyatı Özləm həkimlə danışmışdır, ona Əziz həkimin əməliyyat edəcəyini bildirməmişdir, bağırsaqlarında heç bir problem olmayıb, USM müayinəsindən keçmişdir. 20.Məhkəmə iclasında iştirak edən iddiaçı X7 və onun nümayəndəsi X9 öz apellyasiya şikayətlərini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında qeyd etdi ki, iddiaçı apellyasiya şikayətində orqanının kəsib götürülmləsini yazıb, iddiaçının xəstəliyi mövcud olub, rəydə bu barədə qeyd edilib, digər rəy ilə hazırkı rəy eynilik təşkil edir, iddiaçının mayalanma qabiliyyəti var, Əziz həkim baş cərrahdır, yumurtalıq hissəvi götürülüb, bəzi məsələlər rəydə müəmmalıdır.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 izahatında qeyd etdi ki, təqsirin hansı formada olması Özləm həkimin konkret hansı səhvinin olması rəydə qeyd edilməyib.
23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə qismən təmin edilmiş, həmin qətnamədən hər iki tərəf (iddiaçı və cavabdehlər) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə mənəvi zərərlə bağlı qismən təmin edilən və rədd edilən hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilməlidir. 30.Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 31.Qanunda nəzərdə tutulur ki, həmin normada sadalanan dispozisiya şərtləri sübuta yetirildiyi təqdirdə mülki hüquq pozuntusundan (deliktdən) zərər çəkmiş şəxs düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 32.Belə ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir .
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X22 xx.xx.2025-ci il tarixli, 1051 saylı ekspert rəyinə əsasən 1997-ci il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: -“X23” PHŞ-də Aygün Zeynalovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə “Sağ yumurtalığın kistası” diaqnozu ilə mərkəzə daxil olmuş və onun üzərində “Laparotomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. A.Zeynalovanın üzərində cərrahiyyə əməliyyatı icra edilmədən öncə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə aparılmış ultrasəs müayinələri zamanı isə ona “Sağ yumurtalığın kistası” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, müayinələr zamanı “Sağ və sol yumurtalıq kistalarının”nın olduğu öz təsdiqini tapmışdır. - A.Zeynalovanm üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, cərrahiyyə əməliyyatı zamanı yumurtalıqda olan kistalar “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah Cavabdeh2 tərəfindən “Salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Cərrahiyyə əməliyyatından sonra götürülmüş preparat histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. Eyni zamanda cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, “Sağ və sol yumurtalıq kistaları” diaqnozu, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı isə “Sağtərəfli salpinqoovarioektomiya”ya əsas olmamışdır. Histoloji müayinənin nəticəsində bu öz təsdiqini bir daha tapmışdır. İcra edilmiş cərrahiyyə əməliyyatından sonra aparılmış ultrasəs, rentgen və digər müayinələr əsasında onun üzərində “Sağtərəfli salpinqoovarioektomiya” öz təsdiqini tapmır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə ultrasəs müayinəsi, xx.xx.2022-ci il tarixdə isə boruların keçiriciliyinin rentgen müayinəsi zamanı sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə Aygün Zeynalovanm üzərində “X23” PHŞ-də çıxarıldığı rəsmiləşdirilən (əslində isə sol tərəf yumurtalıq kəsilərək çıxarılmışdır) yumurtalıqda mövcud olan kista ilə əlaqədar “Respublika Perinatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunmuş və sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. “X23” PHŞ-də Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı “Sağtərəfli salpinqoovarioektomiya”nın icra edildiyi qeyd edilsə də, onun üzərində “Soltərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. - Qeyd olunan qüsurlu tibbi xidmətə məsul şəxs birbaşa həkim-cərrah Cavabdeh2 olmuş, eyni zamanda qüsurlu cərrahı əməliyyatla bağlı tibbi sənədlərin tərtib olunmasına və imzalanmasına cavabdeh də Cavabdeh2 olmuşdur. -“X23” PHŞ-də Aygün Zeynalovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, müalicə şəraitində cərrahiyyə əməliyyatından əvvəl müayinələr qismən icra edilmişdir. Aparılmış müayinələr zamanı isə ona “Sağ yumurtalığın kistası” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, müayinələr zamanı “Sağ və sol yumurtalıq kistaları”nın olduğu öz təsdiqini tapmışdır. Buna məsul şəxs həkim-ginekoloq Cavabdeh1dır. - Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Aygün Zeynalovanın üzərində cərrahiyyə əməliyyatının icrasına zərurət olmamışdır. Belə ki, icra edilmiş cərrahiyyə əməliyyatından sonra götürülmüş preparat histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. Eyni zamanda cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, “Sağ və sol yumurtalıq kistaları” diaqnozu, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı isə “Sağtərəfli salpinqoovarioektomiya”ya əsas olmamışdır.
34. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasınən rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 35.Beləliklə, ekspert rəyindən göründüyü kimi, iddiaçı A.Zeynalovanın üzərində cərrahiyyə əməliyyatı icra edilmədən öncə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə aparılmış ultrasəs müayinələri zamanı ona “Sağ yumurtalığın kistası” diaqnozu qismən düzgün təyin edilmiş, əslində isə “Sağ və sol yumurtalıq kistalarının” olduğu öz təsdiqini tapmış (buna məsul şəxs həkim-ginekoloq Cavabdeh1dır), icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilməmiş, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Aygün Zeynalovanın üzərində cərrahiyyə əməliyyatının icrasına zərurət olmamış, cərrahiyyə əməliyyatı zamanı yumurtalıqda olan kistalar “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah Cavabdeh2 tərəfindən “Salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmiş, əməliyyatından sonra götürülmüş preparatın histoloji müayinəsindən isə kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. Eyni zamanda cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, “Sağ və sol yumurtalıq kistaları” diaqnozu, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı isə “Sağtərəfli salpinqoovarioektomiya”ya əsas olmamış, histoloji müayinənin nəticəsində bu öz təsdiqini bir daha tapmış, icra edilmiş cərrahiyyə əməliyyatından sonra aparılmış ultrasəs, rentgen və digər müayinələr əsasında onun üzərində “Sağtərəfli salpinqoovarioektomiya” öz təsdiqini tapmamış, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə ultrasəs müayinəsi, xx.xx.2022-ci il tarixdə isə boruların keçiriciliyinin rentgen müayinəsi zamanı sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı öz təsdiqini tapmış, “X23” PHŞ-də Aygün Zeynalovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı “Sağtərəfli salpinqoovarioektomiya”nın icra edildiyi qeyd edilsə də, onun üzərində “Soltərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətə məsul şəxs birbaşa həkim-cərrah Cavabdeh2 olmuş, eyni zamanda qüsurlu cərrahı əməliyyatla bağlı tibbi sənədlərin tərtib olunmasına və imzalanmasına cavabdeh də Cavabdeh2 olmuşdur. 36.Göründüyü kimi cavabdeh həkim-ginekoloq Cavabdeh1 tərəfindən əməliyyatdan öncə aparılan müayinələr qismən icra edilmiş və aparılmış müayinələr nəticəsində qoyulmuş diaqnoz qismən düzgün olmuş, eyni zamanda digər cavabdeh operator cərrah Cavabdeh2 tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilməmiş, ümumiyyətlə isə əməliyyatın icrası üçün zəruri tibbi əsaslar mövcud olmamış və cərrahi müdaxilə iddiaçı üçün əlavə mənfi nəticələr (sol tərəf yumurtalıq çıxarışlmışdır) doğurmuşdur. 37.Kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən göstərilən qüsurlu tibbi xidmətlərə görə iddiaçının mənəvi cəhətdən iztirab çəkməsi, fiziki ağrı və məhrumiyyətlərə məruz qalması, öz orqanından (sol tərəf yumurtalıq) məhrum olması, əlavə müayinələrə cəlb olunaraq mənəvi sıxıntılara məruz qalması və qeyd olunan halların neqativ hadisələr olmaqla iddiaçıda psixoloji sarsıntılara səbəb olmaqla onun mənəvi zərərə məruz qoyması iş materialları ilə mübahisəsiz şəkildə öz təsdiqini tapır. Belə ki, onun sol tərəf yumurtalığının cərrahi yolla çıxarıldığı və bununla da iddiaçının bədən bütövlüyünə xələl yetirildiyi müəyyən edilmiş, zərurət olmasa da həyata keçirilmiş bu tibbi müaxilənin nəticəsi olaraq iddiaçı müalicə və əlavə tibbi müayinələrə cəlb edilmiş, davamlı narahatlıq, stress və gərginlik yaşamış, ümumi həyat keyfiyyətinə mənfi təsir göstərən bir vəziyyətlə üzləşmişdir. 38.Buna görə də kollegiya hesab edir ki, iddiaçının iztirab keçirməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən göstərilən qüsurlu tibbi xidmətlər səbəb olduğundan, göstərilən xitmətlərlə iddiaçıya dəymiş zərər arasında birbaşa səbəbli-əlaqə mövcud olduğundan və cavabdehlər təqsiri iş materialları ilə öz təsdiqini tapdığından istinad olunan normalara əsasən iddiaçı ona dəymiş mənəvi zərərə görə kompensasiya tələb etməkdə haqlı olmuşdur.
39. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır.
40. İddiaçı iddia tələbində ümumi olaraq cavabdehlər tərəfindən vurulmuş zərərə görə Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat və Cavabdeh3 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iddiaçı dəqiqləşdirmişdir ki, mənəvi zərərə görə pul tələb edir. Apellyasiya şikayətinə əlavə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlavə olaraq 4000 manat mənəvi ziyana görə pul tutulmasını xahiş etmişdir.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əməliyyatın texniki və taktiki cəhətdən düzgün icra edilməməsi nəticəsində iddiaçıya dəymiş mənəvi zərərdə operator cərrah Cavabdeh2 rolu böyük olduğundan, qüsurlu tibbi xidmətə görə bir-başa məsul şəxs olduğundan iddiaçının apellyasiya şikayəti Cavabdeh2 aid hissədə təmin edilməli, Cavabdeh2 əlavə olaraq 4000 manat pul mənəvi zərərin əvəzi olaraq iddiaçının xeyrinə tutulması işin fakitki halları və qanunvericiliyin müddəaları baxımından ədalətli və ağlabatandır. 42.Belə ki, iddiaçının yumurtalığında olan kistalar “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah Cavabdeh2 tərəfindən kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmiş, nəticədə iddiaçı öz orqanından məhrum olmuşdur.
43. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən əməliyyatdan öncə aparılan müayinələrin qismən icra edilməsi və aparılmış müayinələr nəticəsində qoyulmuş diaqnozun qismən düzgün olması ilə bağlı işin fakitki hallarını nəzərə alaraq Cavabdeh1 ümumilikdə mənəvi zərərə görə 4000 manat məbləğin tutulmasını ağlabatan və sonuncunun məsuliyyət dərəcəsinə müvafiq hesab edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışır.
44. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
45. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərinin işin müəyyən edilmiş fakitki hallarına əsasən əsassız olmasının öz təsdqini tapmasını vurğulayaraq, həmçinin iddiaçının əməliyyata razılıq verməsi ilə bağlı dəlilə də münasibət bildirərək qeyd edir ki, iddiaçının razılığı Cavabdeh1 qismən düzgün olan diqanozuna əsaslanmaqla Cavabdeh2 tərəfindən qüsurlu tibbi xidmətin göstərilməsinə bəraət qazandırmamaqla onların məsuliyyətini istisna etmir.
46. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilməli, Cavabdeh2 iddiaçı X3 xeyrinə yeddi min manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 48.Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlavə olaraq 4000 manat mənəvi ziyana görə pul tutulmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin olunaraq ondan əlavə olaraq 4000 manat pulun mənəvi zərəri əvəzi olaraq tutulması qət edildiyindən, qətnamədən yalnız Cavabdeh2 kassasiya şikayəti verə bilər. Mübahisələndirilən hissədə tələb beş min manatdan az olduğu üçün iddiaçı və Cavabdeh1 qətnamədən kassasiya şikayəti verə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 mənəvi zərərə görə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh2 mənəvi zərərə görə cəmi 8.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X5 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan hissədə rüsum iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən Cavabdeh2 rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov