Məhkəmə qərarları › İş №2(103)-4821/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4821/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4821/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(001)-2425/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.01.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 93 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan olan 19.01.2006-cı il təvəllüdlü X1 üçün 93 manat sabit pul məbləğində aliment tutulmuşdur. O, övladı ilə cavabdehdən ayrı yaşayır. Hazırda alimentin məbləği artdığına görə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(001)- 2425/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2982/2013 saylı 26.04.2013-cü il tarixli qətnaməsi ilə 19.01.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 19.01.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. İddiaçı onun maddi vəziyyəti barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. O, hazırda işləmir, Məşğulluq Mərkəzində qeydiyyatdadır, yenidən X3 ilə nikaha girmiş və bu nikahdan 2015-ci il təvəllüdlü Yusif və 2017-ci il təvəllüdlü Nihad aldı iki uşağı doğulmuşdur. İddiaçının isə ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, özü dırnaq ustasıdır və evdə fərdi qaydada fəaliyyət göstərir, aylıq gəliri təxminən 250-300 manat təşkil edir. Cavabdeh yenidən evlənib və iki uşağı var. Cavabdehin də qayığı var və balıqçılıq təsərrüfatı ilə məşğuldur. Cavabdeh teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 19.01.2006-cı il təvəllüdlü X6 doğulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-2909/2010 saylı 23.06.2010-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.02.2010-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 19.01.2006cı ildə anadan olmuş oğlu Rüfətin müalicəsi üçün hər ay 70 manat sabit pul məbləğində əlavə xərc uşağın xəstəliyi sağalanadək tutulub X4 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2982/2013 saylı 26.04.2013-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddiası qismən təmin olunaraq məhkəmə tərəfindən tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılaraq Cavabdeh 19.01.2006-cı il təvəllüdlü X1 üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin yeni qaydada tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni 27.03.2013-cü il tarixdən hesablanması qət edilmişdir İddiaçı hazırda alimentin artırılmasını tələb edir. Birinci instansiya məhkəməsi 2021-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir. Apelyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə ayrıldıqdan sonra, yeni ailə qurmuş, ikinci nikahdan da iki uşağı doğulmuşdur. Bu halı apelyasiya baxışı zamanı iddiaçı da təsdiqləmişdir. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2425/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi 19.01.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay 140 manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar