Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4822/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-2757/2021 saylı qətnaməsinən iş üzrə iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 02.08.2012-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin 154 manatdan 175 manatadək artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2018- ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsinə əsasən 02.08.2012-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat aliment Cavabdeh onun xeyrinə tutulur. O, orta məktəbdə ibtidai sinif müəlliməsi işləməklə aylıq əmək haqqı 400 manat təşkil edir. Cavabdehin gəlirləri barədə heç bir sübutu yoxdur. Hesab edir ki, yaşayış minimumu həddinin artırılması təyin olunan alimentin artırılması üçün əsasdır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 02.08.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-2757/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı qızı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-2757/2021 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə apelyasiya şikayətini əsaslandırmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, cavabdehin işləmədiyini və maddi vəziyyətində heç bir dəyişiklik olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4931/2018 saylı 20.07.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 02.08.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10766/2017 saylı 12.07.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 136,6 manat məbləğində alimentin miqdarı artırılaraq 25.04.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 1 saylı Asan xidmət mərkəzi tərəfindən 04.06.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11314154 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan 02.08.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş Mehin Əhmədovanın atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqlarının mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 02.08.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat alimentin İddiaçı ödənilməsi tələbinə dair iddia təmin olunmalıdır. Alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-2757/2021 saylı qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 02.08.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4822/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4822/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver