Məhkəmə qərarları › İş №2(103)-4830/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4830/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4830/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X10) iş üzrə QƏTNAMƏ İş № N(103)-4830/N0N3 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X10) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-N(009)-N71/N0N3 saylı 01 iyun N0N3-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr N0N3-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X10 (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli hərbi hissənin avtomobil texnikalarının istismara buraxılması və sürücülərə müvəqqəti təhkim olunması haqqında əmri ilə ona təhkim olunmuş) UAZ markalı, G 996 QQ nömrəli hərbi avtomobil ilə 17 avqust N0NN-ci il tarixdə Gədəbəy rayonu ərazisində sərxoş halda hərəkətdə olan zaman idarəetməni itirmiş və X1 idarə etdiyi, atası İddiaçı məxsus "Toyota Prado" markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobil İlə toqquşmuşdur. N6 oktyabr N0NN-ci il tarixli qərar ilə X7 barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin qərarda X10 baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etməni itirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, həmin Qanunun 50-cı maddəsinin N-ci hissəsinin 1-ci bəndinin 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya maddi ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat N. İddiaçı (X7 üçüncü şəxs qismində cəlb edildiyi) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N saylı hərbi hissənin hərbi qulluqçusu X7 ona vurduğu N6.145 manat və ödənilmiş dövlət rüsumu 170 manat olmaqla, ümumilikdə N6.315 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Toyota Prado” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında oğlu X5 17 avqust N0NN-ci il tarixdə Gədəbəy rayonu ərazisində idarə edərkən, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “UAZ” markalı, G 966 QQ hərbi nömrə nişanlı avtomaşını MN-nin N saylı hərbi hissənin hərbi qulluqçusu XN vəziyyətdə idarə etməklə və yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla vurmuş və nəticədə avtomaşına xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, Şəmkir hərbi prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” N6 oktyabr N0NN-ci il tarixli qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X7 təqsiri üzündən baş vermişdir. X9 xx.xx.N0NN-ci il tarixli Qüsur Aktına əsasən mülkiyyətində olan avtomaşına N6.145 manat məbləğində maddi ziyan dəymişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 17 noyabr N0NN-ci il tarixdə cavabdeh tərəfə rəsmi qaydada pretenziya göndərilmiş və yeddi gün ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuşdur. Cavabdeh N1 noyabr N0NN-ci il tarixdə pretenziyanı alsa da, ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-N(009)-N71/N0N3 saylı, 01 iyun N0N3-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 11863 manat pul və iddiaçı tərəfindən ödənilmiş 170 manat dövlət rüsumunun 70 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manatın N0 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, 30 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.N-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.N, 77.1, 88, 103.1, 119.1, N06.1, N17.4-cü maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə əsl cavabdeh kimi MAHHXJQ çavuşu S.C.İmanov tanınmaqla iddia tələbi ona qarşı irəli sürülməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel N0NN-ci il tarixli Qərarında qeyd olunur ki, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Yəni hazırkı vəziyyətdə MAHHXHQ çavuş S.C.İmanov və Müdafiə Nazirliyi arasında əmək münasibətləri mövcud olmadığı üçün hazırkı iş üzrə Mülki Məcəllənin 1099-cu yox, 1108-ci maddəsi tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edan fiziki və ya hüquqi şəxslər daşıyırlar. Mülki Məcəllənin 160-cı maddəsində sahibliyin N fomrası fərqləndirlir- vasitəsiz va vasitəli sahiblik. Həmin maddədə deyilir ki, əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Hazırkı iş üzrə MAHHXHQ çavuş S.C.İmanov qəza törətdiyi avtomobilə sürücülük vəsiqəsi və N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NNci il tarixli N nömrəli əmri əsasındaqanuni və vasitəsiz sahiblik etmişdir. Deməli, hazırkı iş üzrə avtomobil texnikası ona təhkim olunduğu üçün, həmçinin sürücülük vəsiqəsi əsasında avtomobili idarə etdiyi üçün məsuliyyət MAHHXHQ çavuş S.C.İmanovun üzərindədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz verərək onun təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirdi ki, hadisə vaxtı içkili olmuş, səhv etmişdir. 11863 manatı birdəfəlik ödəmək imkanı yoxdur. Maaşından tutulmasına razıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 1N. Maddə N1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə N1.N. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.N. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

18. Maddə 1099.N. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.N. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. N0. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. N1. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NN. Maddə 385.N. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

N3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. N4. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. N5. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunduğu hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

N6. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. N7. Belə ki, iş materiallarında olan X9 xx.xx.N0NN-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prado” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələrinin qiyməti NN3N5 manat, xidmət haqqı 38N0 manat, ümumilikdə N6145 manat müəyyən edilmişdir. N8. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında N6 oktyabr N0NN-ci il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X7 barəsində Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən rədd edilməsi, X7 yol nəqliyyat hadisəsi törətməsi zamanı özünün xəsarət alması faktı üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, X7 “UAZ" markalı G 996 QQ nömrəli avtomobil ilə hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə, əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən rədd edilməsi, mayor Rəşad Əliyevin hadisə zamanı vətəndaşların mobil telefon vasitələrini alması əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1 N-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. N9. xx.xx.N0NN-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinənin aktından görünür ki, X10 orta dərəcəli sərxoşluq rəyi verilmişdir.

30. 7-ci Hərbi Polis Bölməsinin 788 saylı, xx.xx.N0NN-ci il tarixli protokolundan görünür ki, X10 inzibati məsuliyyətə cəlb edilmişdir. 3N. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/N86 saylı, xx.xx.N0N3-cü il tarixli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, N008-ci il buraxılışlı “Toyota Prado” markalı 50- CA-700 dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16380,0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 13460,00 manat; Təmir- bərpa işlərinin qiyməti - N9N0,00 manat. N.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11863,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8943,00 manat; Təmir- bərpa işlərinin qiyməti - N9N0,00 manat müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, X7 N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olması və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NNci il tarixli N nömrəli hərbi hissənin avtomobil texnikalarının istismara buraxılması və sürücülərə müvəqqəti təhkim olunması haqqında əmri ilə ona təhkim olunmuş UAZ markalı, G 996 QQ nömrəli hərbi avtomobil ilə 17 avqust N0NN-ci il tarixdə Gədəbəy rayonu ərazisində sərxoş halda hərəkətdə olan zaman qanunvericiliyin tələblərini pozması nəticəsində idarəetməni itirməklə X1 idarə etdiyi, atası – İddiaçı məxsus "Toyota Prado" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən toqquşaraq iddiaçıya zərər vurması işin mübahisəsiz hallarıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edəırək qeyd edir ki, yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən X7 N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan onun vurduğu ziyana görə hüquqi şəxs qismində Müdafiə Nazirliyi məsuliyyət daşımalıdır.

35. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında N6 oktyabr N0NNci il tarixli qərarda qeyd edilmişdir ki, Müdafiə Nazirliyınin N nömrəli hərbi hissə komandirinin N3 avqust N0NN-ci il tarixli N4N nömreli əmrindən çıxarışından görünür ki, müddətdən artıq haqiqi harbi xidmət hərbi qulluqçusu, çavuş X10 N nömrəli hərbi hissə komandirinin N0NN-ci il tarixli 060ǝç nomrəli əmri ilə N nömrəli hərbi hissəsinin N avqust mühəndis istehkam bölüyünün 1-ci mühəndis istuhkam taqımının 3-cü mühəndis istehkam manqasının sürucu vəzifəsindən, N nömrəli hərbi hissənin qarargah bölüyünün təsərrüfat bölməsinin sürüçüsü vəzifəsinə xidmət yeri dəyişdirilmiş hesab edilmişdir.

36. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N0NN-ci il tarixli qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar vəzifələrini icra edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.

36. Ümumiyyətlə, məhkəmə kollegiyası qeyd edir ki, ciddi və intizamlı Azərbaycan ordusunda hərbi qulluqçunun xidmət vaxtı sərxoş vəziyyətdə qeyd olunan hadisənin törətməsi, komandiri tərəfindən nəzarətsiz qalması, Azərbaycanın müdafə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və görülən tədbirlərə mənfi təsir göstərir.

37. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə N8 dekabr N011-ci il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin N17.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38N, 384, 385, 39N, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-N(009)-N71/N0N3 saylı iş üzrə 01 iyun N0N3-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar