Məhkəmə qərarları › İş №2(103)-4831/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4831/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4831/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması X5 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC (hazırda ləğv prosesində olan və bundan sonra “iddiaçı”) ilə X4 (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 25 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı, xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən tərəflər həmin kredit müqaviləsi üzrə verilmiş kreditin qalığının 1.313,03 ABŞ dolları təşkil etməsi, kreditin müddətinin xx.xx.2017-ci il tarixinədək uzadılması və əlavə saziş imzalandığı tarixdən etibarən kredit üzrə illik 10% ödənilməsi barədə razılığa gəlmişdilər. ********* saylı, 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 002 saylı, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında yaranmış 1) 892,92 ABŞ dolları əsas borc, 19,31 ABŞ dolları faiz məbləği; 2) 1.825,56 ABŞ dolları əsas borc, 112,84 ABŞ dolları faiz məbləği, cəmi 2.850,63 ABŞ dolları məbləğində kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1(bir) USD = 1,45 AZN) 4.564,06 manat təşkil edir, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və həmin tarixdən etibarən kredit illik 25% ödənilir. KM006T02170011s01 saylı, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında olan kredit öhdəliyinin qalığınını təşkil edən 5.096,03 (4.564,06 əsas, 510,28 faiz və 21,69 cərimə) manat restrukturizasiya edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdır.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-ci il tarixli bildirişə əsasən cavabdehə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 546,96 manat faiz borcunun, cəmi 7.974,07 manat borcun yarandığı bildirilmiş, gecikdirilmiş borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun və faizlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdar edilmişdir.

4. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə cavabdehin 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 560,74 manat faiz, cəmi 7.987,85 manat borcu vardır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8347 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 3.699 manat əsas, 766 manat faiz borcu, məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə 3.699 manat əsas, 766 manat faiz borcu, gecikdirilmiş müddət üzrə (5%) 554,34 manat məbləğində faiz borcu var.

Birinci instansiya məhkəməsindəki icraat

6. Ləğv prosesində olan İddiaçı ASCn cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cəmi 7.987,85 manat olmaqla, 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560,74 manat faiz borcunun və iş üzrə ödənilmiş 99,88 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.

8. Cavabdeh X4 iddiaya qarşı etiraz (iddia müddətinin tətbiqi haqqında ərizə) təqdim edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi, ümumiyyətlə, iddiaçı tərəfindən aşağıdakı adda müqavilə və sazişlər əlavə olunub: iş materiallarında mövcud olmayan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanıldığı iddia edilən xx.xx.2017-ci il tarixli, 002 saylı saziş; Tərəflər arasındakı mübahisənin predmeti olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan xx.xx.2016-cı il tarixli 01 saylı saziş; iş materiallarında mövcud olmayan xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 saylı kreditin müqaviləsinin əlavəsi olaraq bağlanılan xx.xx.2017-ci il tarixli, 02 saylı saziş. Eyni zamanda iddia ərizəsində adı çəkilən və həmçinin guya sonradan əlavə saziş kimi bağlalanan müqavilələrdə istinad edilən (hansı ki, iddianın “əsasını” təşkil edir) aşağıdakı müqavilə və sazişlər ümumiyyətlə iş materiallarında mövcud deyil: xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi; xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 saylı kredit müqaviləsi. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 002 N-li əlavə sazişin həm ad hissəsində, həm də preambulasında qara hərflərlə yazılıb ki, bu saziş tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik barədədir. Lakin iddianın əsasını isə hələ də məhkəmənin və cavabdehin görmədiyi xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi deyil, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. İddiaçının iddia ərizəsinin 1-ci səhifəsində sonuncu abzasda xx.xx.2017-ci il tarixli, 001 saylı əlavə saziş (bu da məqsədli olaraq səhv yazılıb, sazişin nömrəsi 002-dir) kimi qeyd edilib və həmin sazişin digər rekvizitləri, yəni hansı tarixli və nömrəli müqaviləyə dair əlavə saziş olduğu qeyd edilməyib. Pretenziya məktubunda tamamilə başqa bir müqaviləyə istinad edilir ki, onun da mövcud olub-olmadığı ümumiyyətlə ona məlum deyil. Pretenziya məktubunda qeyd olunan müqavilənin tərəflər arasında olan mübahisə ilə uzaqdan-yaxından əlaqəsi yoxdur. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə kreditin verilməsi haqqında KM006T02170011S01 saylı müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - tərəflər arasında 4.565 manat kreditin verilməsi haqqında müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Tərəflər arasında xx.xx.2017-ci il tarixdə illik 15 faiz ödənilməsi şərti ilə müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Tərəflər arasında xx.xx.2017-ci il tarixdə kreditin müddətinin 41 ay olması şərti müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib). İddia ərizəsindən, həm də iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanıb, mübahisə də yalnız həmin kredit müqaviləsi üzrədir. Əlbəttə, əsas müqavilədə nəzərdə tutulduğu və zərurət olduğu hallarda müqavilənin əlavəsi onun tərkib hissəsi hesab edilə bilər. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, öhdəlik, daha sonra isə “indiki mübahisə” qeyd edilən sazişlər əsasında deyil, iş materiallarına mövcud olunmayan və kiminlə bağlanması şübhə altında olan müqavilələrdən irəli gəlib. İşin qəribə və bir o qədər də gülməli tərəfi odur ki, iddiaçı iş materiallarına əlavə edilməyən, ümumiyyətlə bağlanılması şübhə altında olan müqavilələri təqdim edə bilməməsinin əsası kimi, onların itirilməsi, korlanması və məhv edilməsi fikrini irəli sürüb. Əlbəttə ki, bu, inandırıcı deyil. Çünki necə olur ki, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əsli iddia ərizəsinə əlavə edilir, amma ondan 2 il sonra bağlanıldığı iddia olunan müqaviləni məhkəməyə təqdim etmək mümkün olmur?! Bu məqamda bir haşiyə çıxaraq bildiririk ki, iddiaçı tərəfindən naməlum xx.xx.2015-ci il tarixli müqavilə üzrə məhkəməyə kassa məxaric orderi təqdim olunub. Lakin bu sənədin mövcud olması ayrıcıqda və özlüyündə hazırkı mübahisə üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi müqavilənin mövcud olmasını təsdiq etmir və onu əvəz edə bilməz, həmçinin onun təkbaşına olaraq qiymətləndirilməsi də düzgün deyil. Əgər kassa məxaric orderi varsa, demək ki, həmin orderin tərtib olunması üçün hər hansı bir hüquqi əsas olmalıdır. Həmin hüquqi əsas da, iş materiallarında olmayan müqavilədir. Beləliklə, bu iddia tələbləri sübutların olmaması və dolayısı ilə mahiyyəti əsassız olduğu üçün rədd edilməldir. Tərəflər arasında bu kredit münasibətlərinin xronologiyası aşağıdakı kimidir: 1) xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlanıb və eyni tarixli kassa məxaric orderi əsasında cavabdehə 2.000 ABŞ dolları kredit verilib; 2) xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinı əlavə olaraq xx.xx.2016-cı il tarixli, 01 saylı saziş bağlanıb və borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 1.313,03 ABŞ dolları müəyyən edilib. 3) Həmin bu əlavə saziş xx.xx.2016-cı il – xx.xx.2017-ci il ərzində qüvvədə olub; 4) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası xx.xx.2017-ci il tarixdə ləğv edilib. 5) Ləğvetmədən sonra "xxxx" ASC-nin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu təyin edilib. 6) Bundan sonra "xxxx" ASC-nin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə qarşı borc barədə hər hansı bildiriş və ya məhkəmə cəlbi olmayıb. Əksinə cavabdehə bildiriblər ki, bank bağlandığı üçün artıq heç bir şey ödəmək lazım deyil. Yuxarıda qeyd edilən faktlardan da açıq görünür ki, tərəflər arasındakı öhdəliyin icra olunmasının son tarixi xx.xx.2017-ci il olub. Əgər cavabdeh öz öhdəliklərini pozmuşdusa, iddiaçı ən yaxşı halda ona qarşı xx.xx.2020-ci ilədək iddia irəli sürə bilərdi.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 92/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 3.806, 23 manat əsas, 1.684,74 manat faiz, 300 manat cərimə, 560,74 manat illik 5 faiz olmaqla faiz, cəmi 6.351,71 manat məbləğində borc pulun və 99,88 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X11)

10. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2015-ci kredit müqaviləsi məhkəməyə təqdim olunmasa da, bank ləğvetmə prosesində olduğuna görə kassa məxaric orderi cavabdehin bankdan pulu götürməyini təsdiq edən sübut kimi qəbul edilir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas kredit və faiz borclarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır.

11. Məhkəmə, iddia tələbinin öhdəliyin gecikdirməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 560,74 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir.

12. Məhkəmə əsas borcun 3.806,23 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1.936,14 manat məbləğində cərimə (dəbbə) pul məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunu azaldaraq 300 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

13. Məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 99,88 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü, 462.1-ci, 465.2-ci, 467-ci, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 107-ci, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarın istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin təkzibedilməz faktiki hallarından məlumdur ki, tərəflər arasındakı mübahisənin predmetini xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan xx.xx.2016-cı il tarixli, 01 saylı saziş təşkil edib. Lakin iddia ərizəsinə ona məlum olmayan, onun ümumiyyətlə, tərəfi olmadığı müqavilə və sazişlərin adları çəkilib. Belə ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə aşağıdakı adda müqavilə və sazişlər əlavə olunub: xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanıldığı iddia edilən iş materiallarında olmayan xx.xx.2017-ci il tarixli, 002 saylı saziş; Tərəflər arasındakı mübahisənin predmeti olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan xx.xx.2016-cı il tarixli, 01 saylı saziş; İş materiallarında mövcud olmayan xx.xx.2017-ci il tarixli KM006T02170011S01 saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanılan xx.xx.2017-ci il tarixli, 02 saylı saziş. Eyni zamanda iddia ərizəsində adı çəkilən və həmçinin guya sonradan əlavə sazişlərin bağlanıldığı istinad edilən (hansı ki, iddianın “əsasını” təşkil edir) aşağıdakı müqavilələr ümumiyyətlə iş materiallarında mövcud deyil: xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi; xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 saylı kredit müqaviləsi. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 002 N-li əlavə sazişin həm ad hissəsində, həm də preambulasında qara hərflərlə yazılıb ki, bu saziş tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik barədədir. Bununla belə, iddianın əsasını isə hələ də nə işə baxan məhkəmənin, nə də cavabdehin görmədiyi xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi deyil, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. İddiaçının iddia ərizəsinin 1-ci səhifəsində sonuncu abzasda xx.xx.2017-ci il tarixli, 001 saylı əlavə saziş (bu da məqsədli olaraq səhv yazılıb, sazişin nömrəsi 002-dir) kimi qeyd edilib və həmin sazişin digər rekvizitləri, yəni hansı tarixli və nömrəli müqaviləyə dair əlavə saziş olduğu qeyd edilməyib. Hələ bunlar az imiş kimi, göndərilən pretenziya məktubunda tamamilə başqa bir müqaviləyə istinad edilir ki, onun da mövcud olub-olmadığı ümumiyyətlə cavabdehə məlum deyil. Bu fakt artıq 1 il 8 aydır ki, davam edən bütün məhkəmə proseslərində dəfələrlə işə baxan məhkəmənin diqqətinə həm şifahi, həm də yazılı şəkildə çatdırılıb. Lakin məhkəmə bu faktı hər dəfə gözardı edib. Hətta belə bir müqavilə mövcud olduğu hesab edilsə belə, həmin müqavilə üzrə tələblərə iddia müddəti tətbiq edilməklə rədd edilməli idi. Belə ki, "xxxx" ASC-nin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı borc barədə hər hansı bildiriş və ya məhkəmə olmayıb. Əgər o, öz öhdəliklərini pozmuşdusa, iddiaçı ən yaxşı halda ona qarşı xx.xx.2020-ci il tarixədək iddia irəli sürə bilərdi. Bu barədə xx.xx.2024-cü il tarixli “iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi” barədə ərizə də məhkəməyə təqdim edilib. Lakin görünən odur ki, işə baxan məhkəmə üçün nə həmin ərizənin, nə də qanunvericiliyin imperativ mövqeyinin heç bir önəmi olmayıb. Onun əsas borcu hələ faiz borcu ilə birlikdə 1.313,03 ABŞ dolları ikən, necə olur ki, 2017-ci ilin fevralında təkcə əsas borcu elə 1.825,56 ABŞ dolları təşkil edib?! Aydın məsələdir ki, kredit borcu məbləğində əsas borc sabit qalmalı, əgər borcda artım varsa, bu faiz məbləğində müşahidə olunmalıdır. Lakin hazırkı işin faktiki hallarından görünür ki, burada əsas borc məbləği dəyişkənlik göstərir və onda xeyli artım mövcuddur. Digər bir tərəfdən, xx.xx.2017-ci il tarixli, 002 nömrəli əlavə sazişdə cavabdehin borcu əsas borc - 1.825,56 ABŞ dolları, faiz borcu - 112.84 ABŞ dolları olmaqla, cəmi 2.850,63 ABŞ dolları qeyd edilib. Əsas və faiz borcunun sadə riyazı hesablaması üzrə yekun məbləğ 1.938,4 (1.825,56 + 112.84) ABŞ dolları təşkil etməli olduğu halda, necə olub ki, yekun məbləğ 2.850,63 ABŞ dolları müəyyən edilib?! xx.xx.2017-ci il tarixli, 02 nömrəli əlavə “saziş” ilə onun borcu ifrat dərəcədə şişirdilərək 4.564 manat, faiz borcu isə 510 manat məbləğində qeyd edilib. Buna əlavə olaraq da 21.69 manat da cərimə borcu hesablanıb. Bununla da cavabdehin cəmi 313 ABŞ dolları qalan borcu, bank tərəfindən külli miqdarda artırılaraq cəmi 5.096,03 manata çatdırılıb. Belə ki, ekspert rəyinin “tədqiqat prosesinin təsviri” bölümündə istinad edilən kredit müqavilələri üzrə məlumatlar həm tarix, həm nömrə, həm də məbləğ baxımından tamamilə fərqli məlumatlardır, istinad edilən sənədlər iş materilallarında mövcud deyil. Hesablamalar da həmin məlumatların üzərindən aparıldığı üçün qanuni sayıla bilməz. Bunlardan yalnız birini qeyd etmək kifayət edir: iş materiallarında xx.xx.2017-ci il tarixli, 03 saylı əlavə saziş yoxdur və həmin tarixli və nömrəli hər hansı sazişlə cavabdehin kredit məbləği 4.564,06 azn müəyyən edilməyib. İş materiallarında xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə saziş adlanan sənəd var ki, o da xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 saylı kredit müqaviləsinin dəyişikliyidir. Rəydəki hesablamalar yalnız xx.xx.2017-ci il tarixdən sonra ödənilmiş kredit borcuna dair aparılıb. Halbuki, cavabdeh 2015-ci ilin mart ayından ödənişlər etməyə başlayıb. Çünki tərəflər arasındakı borc münasibətinin əsasını xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. İşə baxan məhkəmə tərəfindən ümumiyyətlə nə xx.xx.2023-cü il tarixli ekspretiza rəyinə istinad edilməyib, nə də təkrar ekspertiza barədə vəsatətə nə ayrıca bir qərardad şəklində, nə də ki, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnamənin heç bir hissəsində hüquqi münasibət bildirilməyib. İddiaçı tərəfindən naməlum xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə kassa məxaric orderi təqdim olunub. Lakin bu sənədin mövcud olması ayrılıqda və özlüyündə hazırkİ mübahisə üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi müqavilənin mövcud olmasını təsdiq etmir və onu əvəz edə bilməz, həmçinin onun təkbaşına olaraq qiymətləndirilməsi də düzgün deyil. İşə baxan məhkəmə hələ onun vəkili və nümayəndəsi olaraq işə cəlb edilmədiyi vaxt yalnız bir məhkəmə hazırlıq iclası (xx.xx.2023) keçirərək, tərəflərin heç birinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, müvafiq qərardadla “iş üzrə araşdırmanın yetərli olması” qənaətinə gəlmiş xx.xx.2023-cü il tarixdə məhkəmə baxışı təyin etmişdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X4 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

19. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 357-ci maddəsinə əsasə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

22. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, lakin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcunun, habelə buna mütənasib olaraq dövlət rüsumunun məbləğini düzgün hesablamamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulan əsas, faiz, gecikdirilmiş müddət üçün faiz borcu və ödənilmiş dövlət rüsumunun məbləği” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə qismən təmin edilməli, eyni zamanda, qətnamə ümumi borcun məbləği hissəsində dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 25 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı, xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən tərəflər həmin kredit müqaviləsi üzrə verilmiş kreditin qalığının 1.313,03 ABŞ dolları təşkil etməsi, kreditin müddətinin xx.xx.2017-ci il tarixinədək uzadılması və əlavə saziş imzalandığı tarixdən etibarən kredit üzrə illik 10% ödənilməsi barədə razılığa gəlmişdilər. ********* saylı, 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 002 saylı, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında yaranmış 1) 892,92 ABŞ dolları əsas borc, 19,31 ABŞ dolları faiz məbləği; 2) 1.825,56 ABŞ dolları əsas borc, 112,84 ABŞ dolları faiz məbləği, cəmi 2.850,63 ABŞ dolları məbləğində kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1(bir) USD = 1,45 AZN) 4.564,06 manat təşkil edir, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və həmin tarixdən etibarən kredit illik 25% ödənilir. KM006T02170011s01 saylı, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında olan kredit öhdəliyinin qalığınını təşkil edən 5.096,03 (4.564,06 əsas, 510,28 faiz və 21,69 cərimə) manat restrukturizasiya edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdır. Bundan sonra ləğv prosesində olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-ci il tarixli bildirişə əsasən cavabdehə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 546,96 manat faiz borcunun, cəmi 7.974,07 manat borcun yarandığı bildirilmiş, gecikdirilmiş borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun və faizlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8347 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 3.699 manat əsas, 766 manat faiz borcu, məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə 3.699 manat əsas, 766 manat faiz borcu, gecikdirilmiş müddət üzrə (5%) 554,34 manat məbləğində faiz borcu var.

29. Hazırda iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə, onların əsasında bağlanmış əlavə sazişlərə, habelə mühasibat sənədlərinə, o cümlədən xx.xx.2023-cü il tarixli maliyyə arayışına istinadən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 560,74 manat faiz, cəmi 7.987,85 manat borcunun yarandığını iddia edir və həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir.

30. Cavabdeh iddianı qəbul etmir, xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilənin bağlanmadığını, ümumiyyətlə mövcud olmadığını, əsas müqavilə olmadığından həmin müqavilənin əlavələrinin də hüquqi qüvvəyə malik olmadığını, bu tarixə aid kassa məxaric orderinin hər hansı hüquqi qüvvəsinin olmadığını və borcun verilməsini təsdiq etmədiyini, mövcud olmayan müqavilə üzrə də borcun tələb edilməsinin əsassız olduğunu, tərəflər arasındakı borc münasibətlərinin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən yarandığını, həmin müqavilə üzrə də iddia müddətinin artıq ötürüldüyünü bildirir və iddianın əsassız olması barədə etirazları ilə yanaşı, iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edərək, iddianın rədd edilməsini xahiş edir.

31. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında xx.xx.2015-ci il tarixli müqavilənin bağlanılmamasına, ümumiyyətlə belə bir müqavilənin olmamasına istinad etsə də, nəzərə alınmalıdır ki, cavabdehin bağlandığını qəbul etdiyi xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona ümumilikdə 2.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən müqavilə üzrə qalıq borc 1.313,03 ABŞ dolları məbləğində müəyyən edilmiş və həmin məbləğdə kreditin ödənilməsi müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır.

32. Cavabdeh bu məbləğin təxminən 1.000 ABŞ dolları hissəsini ödədiyini və qalıq borcunun təxminən 313 ABŞ dolları qaldığını bildirsə də, bu halı sübuta yetirə bilmir və öz mövqeyinin təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim etmir. Əksinə iddiaçı ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişin məzmunundan onun daha yüksək məbləğdə borcunun olduğu müəyyən edilir.

33. Cavabdeh belə bir saziş bağlamadığını, banka başqa sənədlərin imzalanması məqsədi ilə çağırıldığını və nəticədə aldadılaraq həmin sazişi imzaladığını, həmin sazişin xx.xx.2015-ci il tarixli müqaviləyə əlavə olduğunun qeyd edildiyini, lakin həmin tarixli belə bir kredit müqaviləsinin bağlanmadığını bildirir. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsini təqdim edə bilmir, yalnız həmin tarixli kassa məxaric orderini təqdim edir. Cavabdeh tərəfindən imzalanmış bu orderə əsasən iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə ona 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bu məbləğin də ona verilmədiyini vurğulayır, lakin həmin order üzərində imzasının olmasına, yəni hansı səbəbdən və hansı şəraitdə bu sənədi imzalamasına aydınlıq gətirə bilmir. Ümumi olaraq, yenə də hər hansı sübut təqdim etmədən ayrı-ayrı vaxtlarda iddiaçıdan kreditlər götürdüyünü və artıqlaması ilə ödədiyini söyləyir. Nəticə etibarı ilə xx.xx.2015-ci il tarixli orderin onun tərəfindən imzalandığı öz təsdiqini tapır. Bu da həmin orderdə göstərilən məbləğin onun tərəfindən götürülməsinə dəlalət edir.

34. Digər tərəfdən cavabdehin imzaladığı xx.xx.2017-ci il tarixli, 002 saylı əlavə sazişdə (ümumiyyətlə cavabdeh bu və sonrakı sazişin əslinin mövcud olmaması mövqeyindən də çıxış etmiş, lakin bu sənədlərin əslinin iddia ərizəsi ilə birlikdə elektron kabinetə yerləşdirildiyi kollegiya tərəfindən bir daha yoxlanılmış və həmin sənədlərin əsillərinin mövcud olması öz təsdiqini tapmışdır (elektron kabinetdə “digər sənədlər” qovluğu, 9-cu bənd “kredit müqaviləsi və ödəniş cədvəli”) cavabdeh tərəf bir müddət həmin sənədlərin onun tərəfindən imzalanmaması mövqeyindən də çıxış etmiş, lakin bu hal vaxt etibarı ilə uzun çəkməmiş, iş üzrə xəttşünaslıq ekspertizasının təyin edilməsi təklif edildikdən sonra həmin mövqeyin üzərində dayanılmamışdır) sazişin məhz xx.xx.2015-ci il tarixli müqavilə üzrə tərtb edildiyi göstərilmişdir.

35. Həmin müqavilə iddiaçı tərəfindən təqdim edilməsə də, xx.xx.2017-ci il tarixli əlavə sazişin məzmunu tam aydın şəkildə tərtib edilərək, orada nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında iki ayrı-ayrı (nəticə etibarı ilə bu öhdəliklərin 2 kredit müqaviləsi üzrə yaranması qənaətinə gəlmək üçün xüsusi bilik tələb olunmur, sazişin “dəyişikliklərin məzmunu” bəndinin 1.1-ci yarımbəndində “1” və “2” rəqəmi ilə işarələnmişdir) öhdəliyinin olduğu və hər öhdəlik üzrə qalıq kredit borcunun məbləği (892,92 ABŞ dolları əsas, 19,31 ABŞ dolları faiz və 1825,56 ABŞ dolları əsas və 112,84 ABŞ dolları faiz, onların ümumi cəmi 2.850,63 ABŞ dolları) Azərbaycanda istifadə edilən rəqəmlərlə konkret qeyd edilmişdir. Bu saziş cəmi bir səhifədən ibarətdir və kifayət qədər oxunaqlı bir şriftlə tərtib edilmişdir. Sazişdə olan rəqəmləri görməmək və cavabdehin bildirdiyi kimi, bu sənədi borcun bağışlanması sazişi kimi qəbul edilməsi heç bir halda mümkün deyil. Məzmun etibarı ilə sazişin hər hansı bir hissəsində borcun bağışlanmasına işarə belə yoxdur. Sazişdə iddiaçının istinad etdiyi 1.313,03 və ya 313,03 rəqəmi umumiyyətlə mövcud deyil. Dəfələrlə bankdan kredit götürən və artıqlaması ilə krediti qaytaran şəxs olaraq cavabdeh borcun silinməsi prosedurundan və bunun nəticəsi olaraq hər hansı borcun qalmaması barədə maliyyə arayışının verilməsindən məlumatlı olmalı idi. Belə olan halda, cavabdehin hansı qaydada aldanılaraq, həmin sənədi imzalaması nəinki aydın deyil, ümumiyyətlə mümkün deyil. Cavabdeh eyni zamanda savadsızlığına da istinad edir. Halbuki, təqaüd yaşına çatması və artıq təqaüddə olması (təqaüd alması) ilə yanaşı, iddiaçı hazırda da əmək fəaliyyətini “Balakhanı operatinq company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında operator (idarəetmə pultu) vəzifəsində davam etdirir ki, bu da onun rəqəm tanımamaq və borcun silinməsi sənədinin borcun yeni qrafik üzrə müəyyən edilməsi sənədindən fərqləndirə bilməməsi səviyyəsində “savadsız” olmasını istisna edir.

36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, xx.xx.2017-ci il tarixli sazişi aldatma nəticəsində imzaladığını bildirən iddiaçı hələ bundan sonra xx.xx.2017-ci il tarixli sazişi də imzalamış, bundan sonra isə bu saziş üzrə ümumilikdə 1.846,01 manat məbləğində kredit də ödəmişdir. Həmin saziş bağlandıqdan, yəni 2017-ci ilin iyul ayından sonra bu məbləğdə ödənişin aparılması məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8347 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır.

37. Cavabdeh tərəf (vəkil və nümayəndəsi nəzərdə tutulur) apellyasiya instansiya məhkəməsindəki icraat zamanı həmin məbləğin cavabdeh tərəfindən ödənilmədiyi, bu ödəniş barədə ümumiyyətlə məlumatlarının olmadığı mövqeyindən çıxış edir. Lakin maraqlısı ondan ibarətdir ki, hazırki iş üzrə cavabdehə hüquqi yardım göstərən vəkil və nümayəndə işə qoşulanadək, yəni xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh sədrlik edənin suallarına cavab olaraq sonuncu ödənişinin 2019-2020-ci illərdə olduğunu artıq etiraf etmiş və onun bu cavabı həmin iclasının protokolunda əks olunmuşdur (1-ci cild, i.v. 92). Hər bir halda, cavabdeh 2017-ci ildən ödənişləri dayandırması barədə hər hansı fikir söyləməmişdir (məhkəmə kollegiyası bu fikri cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı yeni bir mövqeydən (illəri səhv salmış, işdən də görünür ki, 2020-ci ildə hər hansı ödəniş olmamışdır və sair) çıxış etməsinin qarşısını almaq məqsədi ilə qeyd edir). Cavabdehin şəxsən bu halı etiraf etməsi 1.846,01 manat pulun onun tərəfindən ödənilməsi məsələsinə hər hansı başqa qaydada qiymət verilməsini istisna edir və belə qənaətə gəlməyə əsas verir ki, bu məbləğ məhz cavabdeh tərəfindən kredit öhdəliyinin icrası qaydasında ödənilmişdir. Bu hal öz növbəsində cəmi 313,03 ABŞ dolları borcun qalması barədə cavabdehin mövqeyinin də əsassız olduğunu və həm 2017-ci ilin fevral, həm də iyul aylarında onun tərəfindən (məzmunu ona tam məlum olan bir şəraitdə) əlavə sazişlərin bağlanmasını təsdiq edir.

38. Qeyd olunmalıdır ki, ümumiyyətlə cavabdehin sərgilədiyi mövqeyin özü ziddiyyətlidir. Belə ki, 2017-ci ilin fevral ayında cavabdeh (özü bunu bildirir, 1-ci cild i.v. 75 vəsatətin sonuncu abzası) həqiqətən də borcun silinməsi məqsədi ilə sənədlərin imzalanması üçün banka dəvət edilmişdirsə və nəticədə bu məqsədlə də sənədləri imzalamışdırsa sadə məntiqlə belə qənaətə gəlmək olar ki, onun həmin vaxt iddiaçıya artıq hər hansı borcu qalmamışdır. Belə olan halda, xx.xx.2017-ci il tarixli əlavə sazişin (cavabdeh bu sazişdə olan imzanın da ona məxsus olmadığını bildirmir, imzasını təsdiq edir) cavabdeh tərəfindən hansı məqsədlə imzalaması və bu sazişi imzalamaq üçün hansı qaydada aldadılaraq banka dəvət edilməsi açıq qalır. Hər bir halda, 2017-ci ilin iyul ayında da cavabdeh hər hansı bir bəhanə ilə banka dəvət edilməli idi və bu zaman da sənədlərin imzalanması üçün aldadılmalı idi. Belə ki, cavabdehin mövqeyinə görə həmin vaxt artıq borc olmamışdır. Lakin cavabdeh bununla bağlı hər hansı fikir söyəməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin dəlilləri (xx.xx.2015-ci il tarixli kredit müqaviləsin olmaması, xx.xx.2017-ci il tarixli əlavə sazişin başlığında mövcud olmayan və nömrəsi bəlli olmayan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə istinad edilməsi və sair) xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərin etibarsız hesab edilməsi və nəticə etibarı ilə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh xx.xx.2017-ci il tarixli sazişi imzaladıqdan sonra, xx.xx.2017-ci il tarixli sazişi də imzalamış və onun icrası qaydasında hətta 1.846,01 manat məbləğində kredit də ödəmişdir. Bu hərəkətləri ilə də həmin sazişləri bəyənərək, iddiaçıya olan borcunu hüquqi nəticə etibarı ilə etiraf etmiş və borc məbləğinin qaytarılması üzrə ödəniş şəklində real addımlar atmışdır. Həmin sazişləri imzalayaraq onların icrasına yönəlmiş iradə ifadəsini bəyan etmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu qəbildən olan dəlillərinin və həmin dəlillərə söykənən cavabehin mövqeyinin əsassız olduğunu təsdiq edir.

40. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə kredit müddətinin xx.xx.2020-ci il tarixədək müəyyən edilməsi, hazırki iş üzrə iddianın da xx.xx.2023-cü il tarixdə qaldırılması iddia müddətinin tətbiq edilməsini də istisna edir. Nəticə etibarı ilə iddia müddəti ötürülməmişdir.

41. Bununla belə, məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarına, habelə müqavilə şərtlərinə istinadən qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçıdan borc alan cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alaraq, haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən cavabdeh həmin müqavilə üzrə iddiaçıya yaranmış borcunu ödəməlidir.

42. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən əsas və faiz borcu ilə bağlı iş materiallarında olan muhasibat sənədlərini xx.xx.2023-cü il tarixli, 9/8347 nömrəli ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib və ekspert rəyini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2020-ci il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı məhz ekspert rəy əsas götürməli, bu səbəbdən əsas borc 3.699 manat, faiz borcu isə 766 manat məbləğində müəyyən edilməlidir. Məhz bu məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcuna münasibətdə də ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 554,34 manat məbləğində faiz borcu tutulmalıdır.

44. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, kredit müqaviləsinə iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.

45. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur.

46. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin (3.699 manat əsas + 766 manat faiz + 300 manat cərimə + 554,34 gecikdirilmiş müddət üçün faiz borcu = 5.319,34) 5.319,34 manat olmasını nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni 73,20 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan 26,68 manat hissəsi iddiaçıya aid edilməlidir.

47. Məhkəmə kollegiyası cavabdeh tərəfindən bu istiqamətdə hər hansı sübutun təqdim edilmədiyini, habelə məhkəmə tərəfindən də bunun üçün hər hansı əsasın müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə də hər hansı zərurət görmür.

48. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan əsas, faiz və gecikdirilmiş müddət üçün faiz, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3.699 manat məbləğində əsas, 766 manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsiilə hesablanmış 554,34 manat məbləğində faiz, habelə ödənilmiş dövlət rüsumunun 73,20 manat hissəsinin əvəzi tutulmalı, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan ümumi borcun məbləği hissəsində dəyişdirilməli, ümumi borc 5.319,34 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-92/2025 saylı qətnaməsi cavabdeh X1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulan əsas, faiz, gecikdirilmiş müddət üçün faiz, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh X1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3.699 (üç min altı yüz doxsan doqquz) manat məbləğində əsas, 766 (yeddi yüz altmış altı) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 554,34 (beş yüz əlli dörd manat, otuz dörd qəpik) manat məbləğində faiz və ödənilmiş dövlət rüsumunun 73,20 (yetmiş üç manat, iyirmi qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamə cavabdeh X1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulan ümumi borcun məbləği hissəsində dəyişdirilsin. Ümumi borc 5.319,34 (beş min üç yüz on doqquz manat, otuz dörd qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh X9 Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar