Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4834/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 3-cü şəxs X12, cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X10 Cavabdeh, cavabdeh İddiaçı qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2021 saylı işi üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, 15 mart 2006-cı il təvəllüdlü X1 üçün ondan aylıq qazancının 16,65% miqdarında alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.02.2021-ci il tarixdə X17 məhkəməyə ərizə ünvanlayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasını və aliment tələbi barədə iddia ərizəsinin qəbul edilərək, İddiaçı 14.03.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında 14.03.2018-ci il təvəllüdlü X2 üçün alimentin tutlması tələbinə dair iddiasının qismən təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-522/2015 saylı, 03 fevral 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının və başqa gəlirlənin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: Səbail rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən, 28 noyabr 2002-ci il tarixdə anadan olmuş X15 və 15 mart 2006-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun aylıq qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment 06 yanvar 2015-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi qət edilmişdir (səh.8); AZ-İİ 183114 nömrəli, 19.03.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı və X17 19 mart 2017-ci il tarixdə nikahlarını bağlamışlar (səh.9); AZ-İV 117603 nömrəli, 21.05.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X16 14 mart 2018-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X13r (səh.10); BOS Şelf MMC-nin 15.02.2021-ci il tarixli, HR- 2021/BOS/GHA/R-00/049 saylı arayışına əsasən, İddiaçı BOS Şelf MMC-də 06/01/2015-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda Dənizdə materiallar üzrə əlaqələndirici vəzifəsində işləyir. İşçinin aylıq tarif maaşı 3200.00 manat təşkil edir (səh.42). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2021 saylı işi üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli, 2(009)-522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməmiş, alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X11 iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı, 08 fevral 2021-ci il tarixdən başlayaraq, 14 mart 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı X14 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, İddiaçı 30 (otuz) manat dövlət rüsumu tutulması, aliment tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 100, 112-ci maddələrinə; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 234-cü maddələrinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qeyd edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, 06 yanvar 2015-ci il tarixdən başlayaraq, 28.11.2002ci il təvəllüdlü X8 və 15.03.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 100, 112-ci maddələrinə; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qeyd edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 522/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, 06 yanvar 2015ci il tarixdən başlayaraq, 28.11.2002-ci il təvəllüdlü X8 və 15.03.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 28.11.2002-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatmışdır. Bununla əlaqədar olaraq, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlardan biri yetkinlik yaşına çatdığı üçün ondan tutulan alimentin miqdarının dəyişdirilməsini və yalnız 15.03.2006-cı il təvəllüdlü X1 üçün ondan aylıq qazancının 16,65% miqdarında alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 mart 2017-ci il tarixdə X17 ilə rəsmi nikah bağlamış və onların birgə nikahından 14.03.2018-ci il tarixdə X16 doğulmuşdur. X17 müstəqil tələb irəli sürən 3-cü şəxs qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 14.03.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəlü sürərək, ilkin iddia tələbinin təmin edilməməsini, müstəqil tələb irəli sürən 3-cü şəxs X11 iddia tələbinin qismən təmin edilməsini, Səbail rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, 03.02.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı 15.03.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı 2 yetkinlik yaşına çatmamış uşağı olduğuna görə onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalı, lakin uşaqlar ayrı-ayrı valideynlərin yanında yaşadıqları üçün tutulan 1/3 hissədə aliment yarı bölünməklə hər uşağa görə tutulan alimentin miqdarı 1/6 hissədə müəyyən olunmalıdır. Beləliklə, iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2015-ci il tarixli, 2(009)-522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı, 08 fevral 2021-ci il tarixdən başlayaraq, 14 mart 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı X14 ödənilməlidir. Aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İlkin iddia üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ləğv olunmasını, iddia tələbim tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 112-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 385, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, X10 iddia tələbindən də faktiki görünür ki, bu fənd X18 və nikahda olan arvadı tərəfindən əvvəlcədən hazırlanmışdır ki, verilən aliment azaldılsın. Buna sübut kimi məhkəməyə uşağları oldugdan 2 il sonra müraciət etmələrini, birgə yaşamalarını, yaxın zaman ərzində keçmiş həyat yoldaşının vetkinklik yasına çatmış oğlu üçün ödədiyi və gəbzini özündə saxladığı təhsil haqqını guya keçmiş ərinin indiki ailəsinə baxmadığını və s. göstərmək olar. Məhkəmə aliment bölgüsü apararkən X10 X18 ilə birgə yaşadığını nəzərə almamışdır. Əgər Kamil onun övladları ilə yaşasaydı, o, heç aliment istəməzdi. Bir atanın övladı ilə bir evdə yaşamasının dəyərini heç nə ödəyə bilməz. Onun uşaqları hazırda ata nəvazişi görmür. Oğlunu atasız tərbiyə etmir və bəlkə də edə bilmir. O, həm ata, həm də ana funksiyası daşıyır. Həddi buluq yaşına çatmış övladları 15 gündən bir, saat hesabı ilə atalarını görüblər. İlkin iddiaçı keçmiş əri ilə birgə yaşayır və birgə təsərrüfat aparır. Əgər o, 1/6 hissədə aliment tələb edirsə, onda ərindən boşansın və uşağını onu kimi tək saxlasın. Keçmiş ərinin maaşının ona ayrılan hissəsi çıxılmaqla qalan hissəsi onların evlərinə getdiyi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Eyni zamanda bildirir ki, X9 ikinci nikahdan və birgə yaşadığı uşağından fərqli olaraq ondan ayrı yaşayan 15 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək ödənilən aliment 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi kimi müəyyən edilməlidir. Maddi hüquq normasının pozulduğu və ya düzgün tətbiq edilmədiyi hallardan biri kimi onun səhv təfsir edilməsi elə bir vəziyyəti nəzərdə tutur ki, bu zaman məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq edir, lakin onun məzmununu və mahiyyətini səhv başa düşməsi nəticəsində qətnamədə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, İddiaçı və Cəmilənin birləşərək plan qurduqlarını, Cəmilənin aliment tələb edərkən məqsədi Kamilin aliment məbləğini azaltmaq üçün etdiyini, əslində ayrılmadıqlarını, uşağına baxdığını, K.Aydinbəyovla münasibətinin olmadığını, K.Aydinbəyova məxsus evdə yaşadıqlarını, lakin evin kiçik olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddiaçı K.Aydinbəyovun uşaqlarına baxdığını, şənbə-bazar günlərində uşaqların atalarının yanında olduğunu, uşaqlara cib xərclərini verdiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən 3-cü şəxs X10 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin 27; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 99, 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, başqa ailə üzvləri qarşısında olan vəzifələr valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Lakin apellyasiya şikayətinin dəlilləri bir ailə təsərrüfatı üzrə qanunvericilik tələbləri ilkin olaraq tutulmalı alimentin tənasübü baxımından əsaslı olsa da, iki övlad üçün öncədən tutulan alimentin məbləği üzrə əvvəlki təminatdan az olmayan, yəni qanunvericilik baxımından 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissədə tutulan alimentin yarısı məbləğində bir övlada münasibətdə dəyişən mütənasibliyini pozmur və digər ailə təsərrüfatının nəzərə alınması bunun ağlabatanlıq meyarlarını müəyyən etmiş olur. Məhkəmə kollegiyasının qənaəti birinci instansiya məhkəməsinin nəticəsi ilə uyğunluq təşkil etdiyindən qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2021 saylı işi üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4834/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4834/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver