Məhkəmə qərarları › İş №2(103)-4835/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4835/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4835/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onlardan müştərək qaydada 30.900 (otuz min doqquz yüz) manat borc məbləğinin və ödənilmiş 184 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаriхli 2(008)-4696/2025 saylı qərardadına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda İddiaçı həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə, cavabdehə qarşı yönəlmiş iddianın əsaslı olub-olmaması, məhkəmə prosesi zamanı müəyyən olunan hallara aiddir və bu hal iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilir, iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab edilmir. İddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini araşdıran hakim, iddianın hansısa cavabdehə aid hissədə əsaslı olub olmadığını deyil, ərizənin qanunvericiliyin tələbinə uyğun tərtib edilib-edilmədiyini, mülki prosessul qanunvericilikdə qeyd edilən sənədlərin iddia ərəzisinə əlavə edilib edilmədiyini, məhkəmə və ərazi aidiyyatının pozulub-pozulmadığını və s. araşdırır və bu tələblərin pozulmasına görə iddianı geri qaytarır. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. İddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1an halda, iddia ərizəsinə Sabunçu Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə iddia ərizəsinin geri qaytarılmasını əsaslandırmaq üçün MPM-in 152-ci maddəsinə istinad etmişdir. Lakin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada və məzmunda tərtib edilmişdir. Belə olan halda hesab edir ki, məhkəmə tərəfindən bu maddəyə istinad edilməklə iddia ərizəsinin geri qaytarılması əsassızdır. Məhkəmənin iddia ərizəsinə Cəlilabad Rayon Məhkəməsində baxılmalı olması nəticəsinə gəlməsi işin hallarına uyğun deyildir. Çünki işin halları onu göstərir ki, iş üzrə cavabdeh olan Cavabdeh2 qeydiyyatda olduğu ünvan Sabunçu rayonu ərazisindədir. Belə olan halda iddia ərizəsinə onun seçiminə görə Sabunçu Rayon Məhkəməsində də baxla bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2025 saylı, 14 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4696/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Elektron-məhkəmə informasiya sistemi”ndə mövcud olan şəxsi məlumatlar bölməsindən Cavabdeh1 Cəlilabad rayonu, Privolnoye kəndi ünvanında rəsmi qeydiyyatda olduğu müəyyən olunur. İddia Cavabdeh1 ilə yanaşı, Cavabdeh2 qarşı yönəlsə də, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 yönələn tələb formal əsaslarladır. Belə ki, iddia ərizəsində İddiaçı iddia predmeti olan 30.900 manat pul vəsaitini ayrı-ayrı vaxtlarda Cavabdeh1 verdiyini və pulu qaytarmadığına görə həmin şəxs barəsində polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdiyini, eləcə də, keçmiş rəfiqəsi olan Cavabdeh2 sözlərindən təsirləndiyinə və güvəndiyinə görə, Cavabdeh1 dəfələrlə borca pul verdiyini bildirmişdir. Buna görə də, hesab edir ki, borc məbləği Cavabdeh1 ilə yanaşı, Cavabdeh2 da tutulmalıdır. Göründüyü kimi, Cavabdeh1 rayon qeydiyyatında olduğundan, Sabunçu Rayon Məhkəməsində baxılması üçün iddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydiyyatda olan rəfiqəsini formal əsaslarla cavabdeh qismində qeyd etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı özü də Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayır. İddiaçının polis bölməsinə məhz Cavabdeh1 barəsində şikayət ərizəsi ilə müraciət etməsi Cavabdeh2 yönələn tələbin formal əsaslarla olduğunu bir daha təsdiq edir. Ona görə də, qeydiyyat ünvanı ünvan 3əri Sabunçu Rayon Məhkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olur. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsində rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilmə imkanı müəyyən olunsa da, bu imkandan sui-istifadəyə yol verilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 cavabdeh kimi göstərilməsinin formal əsaslarla olduğunu və mülki işin ərazi aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə müraciət etməli olduğunu qeyd etmişdir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4696/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar