Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4844/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, qeyri-yaşayış binası-qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada (Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Ə.Əliyev küçəsinə bitişik hissəsindəki qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə çıxışı olmaq şərti ilə 50 kv.metr təmirli qeyriyaşayış sahəsi) ödənilməsi; əsassız varlanmaya və əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6.000 manat (500 manat x 12 ay) zərərin; əlavə olaraq iddianın verildiyi tarixdən etibarən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinədək keçən hər ay üçün əlavə olaraq 500 manat kompensasiyanın; söküntü zamanı qarajda olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat zərərin; 10.000 manat mənəvi zərərin; məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumilikdə Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Ə.Əliyev küçəsinə bitişik hissəsində tikilmiş qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə çıxışı olmaq şərti ilə 50 kv.metr təmirli qeyri-yaşayış sahəsinin və 51.970 manat məbləğində zərərin, eləcə də iddianın verildiyi tarixdən etibarən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinədək keçən hər ay üçün əlavə olaraq 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC, məhkəmə baxışı gedişində icraatın dayandırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, hazırda iddiaçılar İddiaçı və Nümayəndə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh MMC-yə qarşı “onlara məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi ilə nəticələnən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06.03.2018-ci il tarixli, 98 nömrəli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması ilə bağlı nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarı ləgv edilmiş və iş “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06 mart 2018ci il tarixli, 98 nömrəli sərəncamının icrası nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsində təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Odur ki, həmin işə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə, İddiaçı və Nümayəndə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Cavabdeh MMC-yə qarşı “onlara məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi ilə nəticələnən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06 mart 2018-ci il tarixli, 98 nömrəli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması ilə bağlı nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi”nə dair inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı, qeyd olunan qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qeyd olunan inzibati iş üzrə Nərimanov Rayon İcra Hakimiyyətinin 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilmiş və iş digər hissələrdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Odur ki, hazırkı halda mülki işin həlli inzibati mübahisənin baxılan hisəsindən asılı deyil. Belə ki, həmin iş üzrə ləğv edilmiş inzibati aktın nəticələrinin aradan qaldırılması mümkün olmadıqda zərərin əvəzinin ödənilməsi ilə bağlı öhdəlik İcra Hakimiyyətinə aiddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, hər iki iş üzrə tələb iddiaçıya kompensasiya ödənilməsi ilə bağlıdır. Bu iş üzrə icraatın dayandırılması iddiaçıya dəymiş eyni zərərə görə iki ayrı məhkəmə aktı ilə kompensasiya ödənilməsi ilə nəticələnə bilər ki, bu da nə hüquqi, nə də faktiki baxımından ədalətli hesab oluna bilməz. Odur ki, şikayətin təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Bu işin hallarından görünür ki, İddiaçı və Nümayəndə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh MMC-yə qarşı “onlara məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi ilə nəticələnən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06.03.2018-ci il tarixli, 98 nömrəli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması ilə bağlı nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarı ləgv edilərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı iddiaçılara məxsus qeyriyaşayış sahələrinin (qarajların) sökülməsinə aid hissədə ləğv edilmiş və iş “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06 mart 2018-ci il tarixli, 98 nömrəli sərəncamının icrası nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsində təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bu baxımdan, Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia tələblərinin (iddiaçıya məxsus sözügedən qarajın sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair) düzgün həlli üçün iddiaçılar İddiaçı və Nümayəndə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh MMC-yə qarşı “onlara məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi ilə nəticələnən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 06.03.2018-ci il tarixli, 98 nömrəli “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması ilə bağlı nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi” tələblərinə dair çıxarılacaq yekun məhkəmə aktı əhəmiyyət kəsb edir. Ona görə də, həmin iddia üzrə mübahisə tam həll edilmədən bu iş üzrə iddialara baxılması mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı mülki işin icraatı dayandırılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4844/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4844/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver