Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4847/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)- 2405/2010 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 7.603.53 ABŞ dolları məbləğində borcun məcburi şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 7.603.53 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “xxxxxxxxxx” ASC-nə ödənilməsi, tutmanın girov qoyulmuş əmlaka yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-2405/2010 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsində 2010-cu ildə 2(004)-2405/10 nömrə ilə aparılan işdən xəbəri olmamışdır. Ona məhkəmənin keçirilməsi haqqında məlumat verilməsi, hətta qərarın surətinin Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 33 mənzil 64 ünvanında tərəfindən imza edilərək qəbul edilməsi barədə məhkəməyə yanlış məlumat verilmişdir. Əlində olan əsas faktlara istinad edərək məhkəmə bildirişlərini, məhkəmə qərannı almadığını, heç bir yerə alması ilə bağlı imza etməməsini bildirir. O, ünvan 1 ünvanda 29.11,2008-ci ildən qeydiyyatdadır. ünvan 2 mənzil 64 ünvandakı mənzilini isə hələ xx.xx.2008-ci ildə satmış və oradan köçmüşdür. Onun İddiaçı ASC-yə hec bir borcu və ya zaminlik öhdəliyi yoxdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2010 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, 2(004)-2405/2010 saylı, xx xxxx 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpası barədə Cavabdeh3 ərizəsi təmin edilməmişdir. Cavabdeh3 həmin qərardaddan şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh3 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, İddiaçı ASC səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışından müəyyən olunur ki, Cavabdeh3 xx xxx 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvandakı mənzili X1. Bundan başqa, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh3 ailə üzvləri ilə birlikdə xx xxxxxx 2008-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin sənədlərlə müəyyən edilir ki, şikayətçi Cavabdeh3 ərizəsində göstərdiyi kimi, həqiqətən də, 2008-ci ildə Yasamal rayonunda əvvəl yaşadığı Mirəli Seyidov küçəsi ev 33 mənzil 64 ünvandakı mənzili sataraq ailəsi ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Belə olan halda, onun məhkəmə tərəfindən 2010-cu il tarixdə poçt vasitəsilə həmin ünvana göndərilən qətnaməni şəxsən imzalayaraq götürməsini məhkəmə inandırıcı hesab etmir və bununla bağlı ərizəçinin dəlilləri ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Bakı şəhəri Yasamal ayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-2405/2010 saylı qətnaməsi iş üzrə cavabdeh olan Cavabdeh3 mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi təqdim olunmamış, bununla başlı iş materiallarında olan qəbzin onun tərəfindən imzalanması öz təsdiqini tapmamış, Cavabdeh3 həmin qətnaməni rəsmi qaydada öz müraciəti əsasında yalnız xx.xx.2020-ci il tarixdə almışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2010 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, həmin Məhkəminin xx xxxx 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü hesab edilməklə, həmin müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh3 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2405/2010 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)- 2405/2010 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin buraxılması üzürlü hesab edilsin və həmin müddət barpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4847/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4847/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver