Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4849/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X13 və X9 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-603/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 603/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-4516/2018 saylı qətnaməsi ilə Cavabdeh X5 xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2014‑cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, Cavabdeh 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ilin iyul ayında o, X12 ağır əməliyyat keçirmişdir. Həkim tərəfindən ona ağır fiziki əməyin bir il müddətində ciddi məhdudlaşdırılması məsləhət görülmüş, 2019-cu ilin iyul ayında təkrar müayinədən keçdikdə əlavə 1 il müddətində ağır fiziki əməyin məhdudlaşdırılması məsləhət görülüb. Həmişə fəhlə işində işlədiyinə və ağır fiziki işlə məşğul olduğuna görə artıq 2 ildir işsizdir, lakin 2 il müddətində böyük çətinliklərlə hər ay 308 manat məbləğində aliment ödəyir. Himayəsində xəstə nənəsi və yaşlı atası var. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qətnaməni qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almayıb. Xəstəliklə əlaqədar sənədləri təqdim etmək üçün imkan verməyib və hər ay iki uşağa ödənilən məbləğin 32 manat məbləğində artımını heç bir məlumatı araşdırmadan təmin edib. Məhkəmə “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edilməsinə istinad etsə də, nəzərə almayıb ki, yaşayış minimumunu təmin etmək təkcə bir valideynin üzərinə düşmür. Uşağın maddi təminatını hər iki valideyn həyata keçirməlidir, təkcə ata etməli deyil. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nəzərə almamışdır ki, İddiaçı İncəsənət Gimnaziyasında çalışır və kifayət qədər yüksək əmək haqqı alır. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı yüksək əmək haqqı alır. O ağır işdə işləyir, hazırda pandemiya ilə əlaqədar işləmir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, uşaqlara kömək etmir, özü 400 manat maaş alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеlyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-4516/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqların və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, eyni zamanda cavabdehin daimi iş yeri və müntəzəm gəliri barədə məhkəməyə rəsmi sənəd verməməsini, onun maddi vəziyyətini, iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə tələbini, 2020-ci il üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi məbləğini hər ay hər uşağa görə 170 manat müəyyən etmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Cavabdeh 2019-cu ilin iyul ayında əlavə 1 il müddətində ağır fiziki əməyin məhdudlaşdırılmasının məsləhət görüldüyünü bildirsə də, apelyasiya şikayətinə xx.xx.2018-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış təqdim etmişdir. Bundan başqa, cavabdehin həqiqətən də işsiz olması öz təsdiqini tapmış olsa belə, bu, cavabdehin üzərinə aliment öhdəliyinin qoyulmasına mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 603/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4849/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4849/2020
10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver