Məhkəmə qərarları › İş №2(103)-4854/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4854/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4854/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (hüquqi varisləri X9 və X6) qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə X3 ərizəsinə baxılmasına dair məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadından İ.H.Məmmədova tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul tələbi» ilə bağlı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dəymiş zərərə görə 235.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-8891/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh hüquqi varisləri X9 və X2 267.907 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin hüquqi varisi X6 məhkəməyə ərizə ilə müraciət edərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-8891/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın icraatındakı mülki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli 2(008)- 8891/2021 saylı qətnamə ilə “Cavabdeh hüquqi varisləri X9 və X2 267.907 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” qət edilmişdir. Eyni zamanda, Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e9963/2023-4-26-003 saylı bildirişi və eyni tarixli icraata başlamaq haqqında qərarı ilə, xx.xx.2021-ci il tarixli 2(008)-8891/2021 saylı icra sənədi üzrə nəzərdə tutulan 267.907 manat məbləğində pulun cavabdehlər X9 və X2 tutulması ilə bağlı icra hərəkətlərinə başlanmışdır. Lakin, həmin icra sənədi üzrə qeyd olunan məbləğin, miras payı qəbul etmiş varislərin hər birinə münasibətdə, hansı həcmdə tutulması Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın xx.xx.2021-ci il tarixli 2(008)-8891/2021 saylı qətnaməsinin “qət etdi” hissəsində aydın şəkildə izah edilməmişdir. Belə ki, cavabdehlərdən biri olan X6 xx.xx.2020-ci il tarixli 2V-39 reyestr nömrəli “Qanun üzrə vərəsilik hüququ haqqında Şəhadətnamə” əsasında, mərhum Cavabdeh miras qalmış əmlak - yalnız, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2005ci il tarixli AA701115 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi XTA**********2243, mühərrikin nömrəsi ******* və buraxılış ili 2005 olan VAZ 21104 MİNİK markalı **-OB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. Bu da, o deməkdir ki, sözügedən icra sənədi üzrə nəzərdə tutulan 267.907 manatın varislərə münasibətdə X7mdan tutulmalı olan həcmi, onun qəbul etdiyi mirasın, yəni buraxılış ili 2005 olan VAZ 21104 MİNİK markalı 10OB115 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri həcmində olmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-8891/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. X4 tərəfindən şikayət verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adıgedən qətnamədə nəzərdə tutulmuş 267.907 manatın vərəsələrə münasibətdə, hansı həcmdə tutulması onlara tam aydın olmadığından, qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-8891/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh hüquqi varisləri X9 və X2 267.907 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230-cu maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, sözügedən qətnamədə hər hansı bir aydın olmayan ifadə və ziddiyyət yoxdur. Qətnamənin izah edilməsi üçün əsas yoxdur, belə ki, qətnaməyə nəzər yetirdikdə müəyyən edilir ki, verilən iddia tələbi üzrə qəbul edilmiş qətnamə kifayət qədər anlaşılandır, nəticə hissəsi də aşkar yazılmışdır. Nəzərə alınmalıdır ki, ərizədə qeyd edilən hal qətnamənin izah edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 nörməli 14 mart 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar