Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-486/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1566/2024 nömrəli, xx.xx.2024-cü i tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-1566/2024 nömrəli, xx.xx.2024-cü i tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi iddianı rədd edərkən, bunu faizdən faiz tutulmasının yolverilməzliyi ilə əsaslandırıb, halbuki onun iddia tələbinin əsası xeyrinə cavabdehdən tutulmuş pul məbləği barədə məhkəmə aktının bu günə qədər icra edilməməsi ilə bağlıdır ki, o, MM-in 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş məbləğ üçün illik 5 faiz ödəməni tələb edir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borca görə 53000 manat, məzənnə fərginə görə 6218 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 59248,4 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5% olmaqla, illik 2960,92 manat, iki illik 5921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
10. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən cavabdehdən iddiaçının xeyrinə 4132,54 manatın tutulması qərara alınmışdır. Qərardad qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
11. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən işə baxılıb yekun qərar çıxarılanadək mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir.
13. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı- Cavabdeh və X5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/mdən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətinə qaytarılmış ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə iddia tələbi rədd edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Cavabdeh və X5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlər Cavabdeh və X2 tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatı İddiaçı aid edilməsi qət edilmişdir.
15. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadı ilə mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) özgəninkiləşdirilməsi barədə cavabdehin və üçüncü şəxslərin üzərinə qoyulmuş qadağa götürülmüşdür.
16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-6934/2022 nömrəli qərardadı ləğv edilərək, cavabdeh X3 mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi barədə ərizəsi təmin edilməmişdir.
17. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 qərardadı ləğv edilərək, mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülmüşdür.
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1790/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi təmin edilməmişdir.
19. 18.11.2023-cü il tarixli Beh müqaviləsinə əsasən satıcı “Lider Əmlak” ona məxsus Bakı şəhəri, Xətai rayonu, Fazil Bayramov 11/56, bina 1, 100 saylı mənzilin 358000 manat məbləğində satılmasına razılıq verir, beh olaraq 2000 manat məbləğində pul vəsaiti götürür.
20. Xətai Rayon Məhkəməsinin 2(011 )-1184/2 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru Toğrul Baxşəliyev tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə aidiyyəti orqanlara sorğular göndərilmişdir.
21. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 25, 32 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.
22. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011) 1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası aşağıdakı qaydada dəyişdirilərək, icra sənədi üzrə borclu Cavabdeh mülkiyyətində olan Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılsın və mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi, borclu Cavabdeh mülkiyyətində olan Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait hesabına borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır.
23. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı 01 mart 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı borclu Cavabdeh məxsus KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyətin qoyulması hissəsində ləğv edilərək, borclu Cavabdeh məxsus KAMAZ 65115 01602 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətlər götürülmüşdür.
24. Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı qismən ləğv edilərək, Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülmüşdür.
25. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir.
26. Cavabdeh xx.xx.2020-ci il tarixdə Xətai Rayon İcra Şöbəsində verdiyi izahatında bildirmişdir ki, pandemiya dövrü olduğu üçün müvəqqəti işləmir. Müvəqqəti gördüyü müəyyən işlər bağlıdır. Qısa müddət ərzində məsələnin həlli üçün çalışacaq, 10 gün ərzində tələbkarla görüşəcək və məsələ həllin tapacaq. İcra sənədi ilə bağlı heç bir ödəniş etməmişdir
27. Baş dövlət Yol Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə bağlı bildirilmişdir ki, Mercedes220 minik markalı ** OK *** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyi üçün qərardadın icrası mümkün olmamışdır.
28. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı xeyrinə 4132.54 manatın tutulması qərara alınmışdır.
29. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh əmək haqqının 50% miqdarında pul və borcun 7%həcmində icra ödənişinin tutulması xahiş edilmişdir.
30. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “X7 Azərbaycan” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə cari hesablaşma hesabları bağlı olduğundan sərəncam icra olunmadan geri qaytarılmışdır.
31. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmişdir.
32. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə inkasso sərəncamının müddəti bitdiyindən geri qaytarılmışdır.
33. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı verdiyi təqdimat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir.
34. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə Xətai Rayon İcra Şöbəsində verdiyi izahatında bildirmişdir ki, əslində onun İddiaçı borcu yoxdur. O tələbkarla yalan əqd bağlamışdır. Məhkəmənin qətnaməsi yalan əqdə əsasən çıxarılmışdır. Hal-hazırda maddi çətinliklə üzləşmişdir, borcu ödəyə bilmir.
35. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3723/2021 saylı xx.xx.2021-ci il tarixli icra qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2410/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 3(011) 3723/2021 saylı qərarı dəyişdirilərək, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə cəzası 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri ilə əvəz edilmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2410/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə Cavabdeh təqdim edilmişdir.
38. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icrasının təmin edilməsi məqsədilə Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsini tələbkara təklif etmiş və satılaraq pulun ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
39. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6934/2021 saylı işlə bağlı hazırki icra sənədinin icraatının dayandırılmasını xahiş etmişdir.
40. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat verilmişdir.
41. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-1044/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun borclu Cavabdeh məxsus Kamaz 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir.
42. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı xeyrinə 4748,63 manat tutullması qərara alınmışdır.
43. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 8(011)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli borclu Cavabdeh məxsus “Kamaz 65115 016 02” yük markalı, 90-EZ 689 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməmişdir.
44. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər dayandırılmışdır.
45. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Cavabdeh ödəməli olduğu 59.248,40 manat əsas məbləğin 2023-cü il üçün (xx.xx.2023xx.xx.2023-cü il) 5%-i 2.962,42 manat məbləğində, eləcə də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (qərardadın verildiyi tarixədək) 24.248,40 manat məbləğin 5%-i 447,92 məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
48. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
49. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
50. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
51. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
52. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
53. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
54. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
55. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
56. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
57. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Tətbiq edilən prosessual hüquq normaları:
58. Mülki Prosessual Məcəllə
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
63. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
64. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
65. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
68. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
69. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
70. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
71. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
72. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
75. İddia tələbini təmin etməyən rayon məhkəməsi hesab qeyd etmişdir ki, məhkəmə qətnaməsi və qərardadı üzrə öhdəliyin icrasının gecikdirilməsi borclunun təqsirli və qərəzli hərəkətləri nəticəsində baş verməmişdir. Belə olan halda, həmin öhdəliyin gecikdirilməsinə görə əlavə faizlərin hesablanması da yolverilməzdir. Digər tərəfdən məhkəmə hesab edir ki, məhkəmə qərarlarına əsasən müəyyən edilmiş öhdəliyin ödənilməsi üçün yetərli vəsaitə malik olmayan şəxsə münasibətdə öhdəliyin icrasının gecikdirilməsinə görə bir tərəfdən faizlərin hesablanması, digər tərəfdən mövcud olan borcun indeksasiyasının aparılması, son nəticədə borclunun kreditora məxsus olan vəsaiti qanunsuz saxlamaqla ondan faydalanmağın qarşısının alınması, öhdəliyin vaxtında icra edilməsinə xidmət etmir. Əksinə hər dəfə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin artması ilə borculunun vəziyyətini daha da ağırlaşdıraraq onun tərəfindən tələbin icrasını mümkünsüz edir.
76. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
77. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
78. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Cavabdeh ödəməli olduğu 59.248,40 manat əsas məbləğin 2023-cü il üçün (xx.xx.2023xx.xx.2023-cü il) 5%-i 2.962,42 manat məbləğində, eləcə də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (qərardadın verildiyi tarixədək) 24.248,40 manat məbləğin 5%-i 447,92 məbləğində müəyyən edilir.
79. Beləliklə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, bu isə səhv qətnamənin qəbuluna səbəb olmuşdur. İddiaçıya ödənilməli olan əsas məbləğin beş faizinin müəyyən edilməsi üçün təyin edilmiş ekspert rəyi ilə müəyyən edilən cəmi məbləğin 3410,34 manat olduğu nəzərə alınaraq iddia tələbi həmin hissədə əsaslı olmuşdur və qismən təmin edilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
81. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
82. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
83. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3410,34 manat məbləğində illik 5 (beş) faiz (cərimə) iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
84. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri, yəni iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (60+30=90) 90 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
86. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
87. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
88. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1566/2024 nömrəli, xx.xx.2024-cü i tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3410,34 (üç min dörd yüz on manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (60+30=90) 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.