Məhkəmə qərarları › İş №2(103)-4868/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4868/2022

17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4868/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1948/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2213,90 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq şirkətinə çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 45,14 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2559,04 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 06/394 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10207 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və "X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki. cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 91,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 151,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; 03/2021-ci il tarixli akt əsasında 885,60 manat; cəmi 2213,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla birlikdə ümumi olaraq 2213,90 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1948/2022 saylı, 12 may 2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh dəymiş zərərə görə 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə iddia tələbini qismən təmin edən zaman ilkin zərərin cavabdeh tərəfindən vurulmasını təsdiq edən və buna uyğun olaraq tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* №-li aktı nəzərə alsa da, cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktları nəzərə almamışdır. Halbuki həmin aktlar cavabdeh tərəfindən onun yaşayış sahəsində iddiaçı tərəfindən quraşdırılmış sayğaca kənar müdaxilə edilməsi ilə bağlı tərtib edilmiş və kənar müdaxilənin qaz sayğacına kənardan əlavə qurğu ilə qoşulması olaraq xarakterizə olunmuşdur. Məhkəmə bununla bağlı Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “X1”nın 4.2, 4.8 və 4.9-cu maddələrinə istinad etsə də, bununla bağlı qeyd edilməsi zəruridir ki, sübut rolunu oynamış digər aktlar məhz iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş, buna dair fotoşəkil çəkilmiş və itirilmiş qazın sərfiyyatı hesablanmasına dair akt tərtib edilərək müvafiq tələbnamə hazırlanmışdır. Hazırki mərhələdə məhkəmə ilk növbədə həmin aktların tərtib edilməsi zamanı sayğaca cavabdeh tərəfindən kənar müdaxilələrin olub-olmamasını, həmin kənar müdaxilələrin həyata keçirilməsində cavabdehin təqsirini və buna hansı həcmdə şərait yaratmasını müəyyən etməli, həmin müdaxilənin məhz cavabdehin mülkiyyətində olan daşınmaz əmlakı qazla təmin edən sayğaca münasibətdə olub-olmamasını aydınlaşdıraraq iş üzrə yekun məhkəmə qətnaməsi qəbul etməli idi ki, bu hal nəzərə alınmamışdır. Ayrıca qeyd edilməsi zəruridir ki, tərtib edilmiş aktların etibarsızlığını şübhə altına alan hallar olmamaqla bərabər, digər aktlarla bərabər qiymətləndirilməməsi də qeyrimüəyyəndir. Halbuki iş materiallarına əlavə edilmiş aktlardan da bəlli olur ki, məhz iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən müxtəlif vaxtlarda baxış həyata keçirilən zaman mövcud pozuntular aşkar edilmiş və məhz həmin pozuntular aşkar edildikdən sonra müvafiq aktlar tərtib edilərək dəymiş zərərinin həcminin müəyyən edilməsi ilə bağlı tədbirlər görülmüşdür. Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş və abonetin saldosunu özündə əks etdirən AGİS və GASREPORT çıxarışlardan bəlli olur ki, cavabdeh hansı tarixlərdə hansı həcmdə qaz sərfiyyatını həyata keçirmiş, istifadə edilmiş qaz sərfiyyatına görə hansı məbləğdə ödənişlər həyata keçirilmiş və qalıq borcunın hansı həcmdə olması öz əksini tapmışdır. Nəzərə alınsa ki, AGİS və GASREPORT-da nəzərdə tutulmuş məlumatlar qaz sayğacının elektron sisteminə əsasən müəyyən edilmişdir, belə olan halda həmin məlumatların sübut hesab edilməsi və əsas götürülməməsi qeyrimüəyyəndir ki, nəticədə iddiaçının dəymiş ziyanla bağlı hüquqlarının müdafiəsi məhdudlaşdırılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırda yaşadığı evə 2018-ci ildə köçsə də qaz sayğacı 2020-ci ildə quraşdırılmışdır. Tərəfindən sayğaca hər hansı kənar müdaxilə olmamışdır. İddiaçı tərəfindən aylıq sərfiyyat 150 manat göstərilmişdir, lakin onun aylıq sərfiyyatı həmin dəyərdə olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı İB ilə Cavabdeh arasında 30 aprel 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 06/394 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 may 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 may 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3996 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin 28 iyun 2018-cı il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 iyun 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 31 iyul 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 31 iyul 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 avqust 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 avqust 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 sentyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 günqəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin 30 oktyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 29 noyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 918 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 29 noyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 dekabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 dekabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 yanvar 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır İş materiallarında olan İddiaçı İB-nin 28 fevral 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 mart 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 mart 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 aprel 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 aprel 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan **********10207 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2021-ci ilin iyul ayı üçün 885,60 manat təşkil edir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, tərəflər arasında 30 aprel 2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı 30 may 2019-cu il tarixdə akt tərtib edilmiş, cavabdehə 399,60 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Həmçinin «X1»na uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia qismən təmin edilərək cavabdehdən yalnız aşkar edilmiş qeyri-qanuni olaraq qazdan istifadə edilməsi barədə 30 may 2019-cu il tarixli akt üzrə borc tutulmalı, Cavabdeh 399,60 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməsinin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib etməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehdən yalnız aşkar edilmiş qeyri-qanuni olaraq qazdan istifadə edilməsi barədə 30 may 2019-cu il tarixli akt üzrə borc tutulmalı, Cavabdeh 399,60 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddia ərizəsinin - pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin tutulması hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sənəd və ya sübut növünü təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 2513,90 manat olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1948/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar