Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-487/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə qarşı «pul» tələbinə dair ilk, həmçinin «xxxxxxxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1339/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə (bundan sonra, cavabdeh) qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 5750 ABŞ dollarının, əldən çıxmış faydaya görə 24000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xxxxxxxxxxxxxxx MMC ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlamış, müqavilənin predmeti müqavilədə göstərilən şərtlərlə cavabdehin mülkiyyətində olan dəyəri 7500 ABŞ dolları olan **-BV-*** dövlət qeydiyyat nişanlı «Otoyol M 24.9» markalı avtobusun ona səkkiz ay müddətinə icarəyə verilməsi olmuşdur. Müqavilə şərtlərinə əsasən o, avtobusu təhvil alan gün 3500 ABŞ dollarını və növbəti hər ayın on beşindən gec olmayaraq 500 ABŞ dollarını, yəni cəmi 7500 ABŞ dollarını xxxxxxxxxxxxxxx MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş günü və məbləği əlavə № 1 cədvəl üzrə təyin olunmuşdur. Müqavilənin şərtləri tam yerinə yetirildikdə, avtomobil onun mülkiyyətinə çevrilməli idi. Cavabdeh həmin avtobusun öz mülkiyyətində olmasını və müqavilə üzrə tərəfindən öhdəlik yerinə yetirildikdə avtobusun ona veriləcəyi barədə heç bir maneə olmayacağını ona bildirmişdir. O, uzun müddət öhdəliyini icra etmiş, mülkiyyətçiyə əvvəl 3500 ABŞ dolları, sonra 1750 ABŞ dolları daha sonra 500 ABŞ dolları olmaqla cəmi 5750 ABŞ dolları ödəmiş, lakin avtobusun girovda olduğunu öyrənəndə, o, ödənişləri dayandırmış, cavabdeh tərəf avtobusun girovdan azad olunması üçün ondan vaxt istəmişdir. Nəticədə qarşılıqlı razılaşma əsasında müqavilənin müddətini xx.xx.2016-cı il tarixədək uzatmışlar. O, öhdəliyini yerinə yetirsə də, avtobus onun mülkiyyətinə verilməmiş, nəticədə ona ziyan dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, «xxxxxxxxxxxxxxx» MMC cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia verərək, cavabdehdən icarə haqqından qalan 2250 ABŞ dolları, avtobusu istismar etdiyi 11 ay müddət üçün (hər ay üçün) icarə haqqı olaraq 500 ABŞ dolları olmaqla 5500 ABŞ dolları, 2015-ci ilin avqust ayı üçün ödənilməmiş 250 ABŞ dolları (ödəniləcək günə manatın məzənnəsi ilə) və avtobusun təmirinə xərclənmiş 2020 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxxxxxxxxxxxx MMC İddiaçı ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlayaraq mülkiyyətində olan **-BV-*** dövlət qeydiyyat nişanlı «Otoyol M 24.9» markalı avtobusu 8 ay müddətinə İddiaçı icarəyə vermişdir. İddiaçı 3 ay, yəni 2015-ci ilin may, iyun, iyul ayları 500 ABŞ dolları olmaqla 1500 ABŞ dollarını, 2015-ci ilin avqust ayının 15-də isə 250 ABŞ dollarını MMC-yə ödəmişdir. Bundan sonra İddiaçı müqavilə şərtlərini pozaraq 2250 ABŞ dollarını MMC-yə ödəməmişdir. İddiaçının mülkiyyətində olan avtobusu xx.xx.2017-ci il tarixinədək özündə saxlayaraq, avtobusu istismar edərək yarasız vəziyyətə salmış, avtobusun yanacaq nasosunun yararsız vəziyyətdə olmasını bildirərək xx.xx.2017-ci il tarixdə avtobusu evakuator vasitəsi ilə gətirib MMC-yə təhvil vermişdir. Həmin avtobusun yanacaq nasosunun qiyməti 1840 manat təşkil edir, usta xərci isə 180 manatdır. Ona görə də İddiaçı icarə müqaviləsi üzrə icarə haqqı borcuna görə 2250 ABŞ dolları, avtobusun təmirinə görə 2020 manat, avtobusu 11 ay ərzində özündə qanunsuz olaraq saxladığına görə icarə haqqı olaraq 5500 ABŞ dolları (11 ay x 500 = 5500 ABŞ dolları) və avqust ayı üçün ödənilməmiş 250 ABŞ dolları tələb olunur. Qeyd edilənlərə əsasən məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 1339/2019 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı maddi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2030 manat məbləğində pulun «xxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - ilk iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının istifadəsində olmuş avtobusun yanacaq nasosunun dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etmiş, lakin ekspert hər hansı obyektiv araşdırma aparmadan cavabdeh tərəfin təqdim etdiyi, işdə olan xx xxxxxxx 2017-ci il tarixli qüsur aktına istinat etməklə orada göstərilən qiyməti yazmışdır. Halbuki, qüsur aktı birtərəfli qaydada cavabdeh tərəfindən tərtib olunmuşdur və orada yanacaq nasosunun dəyərinin necə müəyyən olunması göstərilməmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi yanacaq nasosunun dəyərinin müəyyən olunması istiqamətində sübutlara düzgün hüquqi qiymət verməmişdir. Avtobusun dəyişdirilmiş yanacaq nasosunun təmir dəyəri təqribən 300-350 manat həddində ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini əsassız sayaraq,qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə istifadə etdiyi avtobusu təhvil verən zamanı yanacaq nasosu tamamilə sıradan çıxmışdır. Onlar yanacaq nososunu işlək vəziyyətdə olan digər nasosla dəyişdirmişlər və ona 2020 manat xərcləri çıxmışdır. Lakin, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı isə ekspert yanacaq nososunun təmirini 2000 manat həddində qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qarşılıqlı iddianın təmin olunması hissəsində qismən ləğv olunmalı, qarşılıqlı iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, qarşılıqlı iddia qismən təmin olunmuş,lakin qarşlıqlı iddia üzrə iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). İşdə olan xxxxxxxxxxxxxxx MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, İlyasov X1 MMC-nin mülkiyyətində olan **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı «Otoyol M 24.9» markalı avtobusu ilkin olaraq 3500 ABŞ dolları ödəmək, qalan məbləği hər ayın 15-dək hər ay 500 ABŞ dolları olmaqla, cəmi 7500 ABŞ dolları ödəmək şərti ilə xxxxxxxxxxxxxxx MMC-dən icarəyə götürmüşdür. İşdə olan tərəflər arasında tərtib olunan 1 saylı Əlavədən görünür ki, xxxxxxxxxxxxxxx MMC-nin direktoru Q.İsmayılov xx.xx.2015-ci il tarixdə 3500 ABŞ dolları ilkin ödəniş, xx.xx.2015-ci ildə 500 ABŞ dolları, xx.xx.2015-ci ildə 500 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 250 ABŞ dolları pulu qəbul etmişdir. İşdə olan xxxxxxxxxxxxxxx MMC-nin direktoru Q.İsmayılov tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 376 saylı arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə əsasında icarəyə götürdüyü «Otoyol M 24.9» markalı dövlət qeydiyyat nişanı **- TB-*** olan avtobusu xx.xx.2017-ci il tarixdə xxxxxxxxxxxxxxx MMC-nin nümayəndəsi (Binəqədi qarajında) İbadov Telmana təhvil vermişdir. İşdə olan xxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2017-ci il tarixli qüsur aktından müəyyən olunur ki, **-TB-*** dövlət qeydiyyat nişanlı Otoyol M 24.9 markalı avtobusun yanacaq nasosunun bazar qiyməti 1188 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Bankının Müştəri xidməti departamentinin direktor müavini Z.Dadaşovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə xxxxxxxxxxxxxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən X8 şirkətinin istehsal etdiyi ipotekaya qoyulmuş İveco Otoyol M 24.9 markalı **-TB-*** dövlət nömrə nişanlı avtobusun ipotekasına xitam verilməsi xahiş olunmuşdur. İşin birinci isntansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, xxxxxxxxxxxxxxx MMC mülkiyyətində olan avtomobili İddiaçı icarəyə vermiş, sonuncu 7500 ABŞ dolları icarə haqqını ödəməyi, geri qaytarılacağı halda avtomobili saz vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər müqavilə bağlayarkən eyni zamanda müqavilə şərtlərinin tam yerinə yetiriləcəyi halı üçün avtomobilin İddiaçı mülkiyyətinə çevrilməsi barədə razılaşmışlar. İddiaçı müqavilə üzrə xxxxxxxxxxxxxxx MMC-yə 5750 ABŞ dolları ödədiyini, xxxxxxxxxxxxxxx MMC-in nümayəndəsi isə ödənişin 5250 ABŞ dolları olmasını etiraf etmişdir. İcarə müqaviləsi üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə aparılmış, «Otoyol M 24.9» markalı dövlət qeydiyyat nişanı **-TB-*** olan avtobus xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən xxxxxxxxxxxxxxx MMC-yə qaytarılmış, nəqliyyat vasitəsi qaytarılarkən yanacaq nasosunun işlək vəziyyətdə olmamış, bu səbəbindən də xxxxxxxxxxxxxxx MMC-nin həmin ehtiyat hissəsinin təmirini həyata keçirmişdir. Birinci isntansiya məhkəməsi ilk iddianın əsassız olması nəticəsinə gələrkən qeyd etmişdir ki, İddiaçı müqavilə bağlayarkən aldadıldığını bildirsə də, bağladığı əqdi mübahisələndirmədiyindən müqavilə üzrə apardığı ödənişlərin geri qaytarılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, avtomobil icarə müqaviləsinin şərtlərinə əsasən onun istifadəsində olmuş və İddiaçı avtomobildən istifadə etdiyinə görə icarə haqqını ödəmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, 2015-ci ilin avqust ayında son ödəniş edən İddiaçı müqavilə üzrə ödənişlərin geri qaytarılması tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini də ötürmüşdür. Məhkəmə, həmçinin İddiaçı əldən çıxan faydaya görə 24000 manat tələbi ilə bağlı da qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. İlk iddia üzrə iddiaçı özünə məxsus pul vəsaitinin cavabdehdə saxlanmasını, sonuncunun həmin vəsaiti saxlaması nəticəsində faydalanmasını sübuta yetirə bilmədiyindən ilk iddia bu hissədə də təmin oluna bilməz. Məhkəmə kollegiyası ilk iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə bağladığı xx xxxxx 2015-ci il tarixli müqavilə üzrə müvafiq pul vəsaitini aylar üzrə icarə haqqı kimi ödəmiş və ən azı bu müddət ərzində icarəyə götürdüyü nəqliyyat vasitəsinə (avtobus) sahiblik edərək, ondan istifadə etmişdir (işdə olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə əsasında icarəyə götürdüyü «Otoyol M 24.9» markalı dövlət qeydiyyat nişanı **-TB-*** olan avtobusu xx.xx.2017-ci il tarixdə xxxxxxxxxxxxxxx MMC-nin nümayəndəsi İbadov Telmana təhvil vermişdir). Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Tərəflər arasında bağlanmış həmin müqavilədə icarə haqqı kimi ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı hər hansı şərt müəyyən olunmamışdır. Əksinə, müqavilənin 2.1 və 3.1-ci bəndlərində - müqavilənin şərtinin pozulması halında avtomobilin qaytarılması müəyyən edilmişdir. Avtomobilin iddiaçı tərəfindən qaytarılması halı isə mübahisəli deyildir. İddiaçı tələbinin əsası kimi – avtomobilin girovda olmasını, onun mülkiyyətinə verilməməsini, yəni öhdəliyin cavabdeh tərəfindən pozulmasını göstərmişdir. Halbuki, iddiaçının özü müqavilədə göstərilən pulu tam olaraq cavabdehə ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, müqavilənin razılaşdırılmış şərtinə (1.1-ci bənd) görə müvafiq pul vəsaiti (7500 ABŞ dolları) tam ödənildikdən sonra avtomobil iddiaçının mülkiyyətinə verilməli idi. Avtomobilin həmin vaxtı girovda olması halı isə sonda (yəni, müqavilənin icra vaxtı çatdıqdan sonra) cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmək iqtidarında olmaması anlamına gələ bilməzdi. Eyni zamanda, işdə olan Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikası DİN Baş Dövlət X11 ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan da göründüyü kimi, Azərbaycan Beynəlxalq Bankı ASC ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən «İveco Otoyol M 24.9» markalı **-TB-*** dövlət nömrə nişanlı avtobusun ipotekasına xitam verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçı icarə haqqı kimi ödədiyi pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır. Tərəflər arasında bağlanmış müqavilədə də iddiaçı tərəfindən qismən həyata keçirilmiş müvafiq pul vəsaitinin qaytarılması halı şərtləndirilməmişdir. İddiaçı yalnız müvafiq pul vəsaitini tam ödədikdən sonra avtomobilin onun mülkiyyətinə verilməsini tələb edə bilərdi. Eyni zamanda, iddiaçı ödədiyi pul vəsaitlərinə münasibətdə avtomobilə faktiki sahibliyi həyata keçirərək, ondan istifadə etmiş (faydalanmış), sonradan avtomobili cavabdehə könüllü təhvil vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassız olmuş, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsasılandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 9166 saylı rəyindən görünür ki, ekspert onun qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparmamış, yalnız işdə olan, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxxx 2017-ci il tarixli qüsur aktına istinat etmişdir. Halbuki, həmin qüsur akında avtobusun dəyişdirilmiş yanacaq nososunun haradan, hansı qiymətə alınması və s. bu kimi zəruri məlumatlar göstərilməmişdir. Cavabdehin nümayəndəsi də yanacaq nososunun alınma dəyəri ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiklərini göstərmişdir. Belə olan halda isə, ekspertin əlavə tədqiqat (araşdırma) aparmadan avtobusun dəyişdirilmiş yanacaq nososunun dəyərinin 2000 manat təşkil etməsi barədə mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Bu səbəbdən də qeyd olunan halların obyektiv aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 32241 saylı rəyindən görünür ki, avtohissələrin işlənmiş qiymətləri nəzərə alınmaqla «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir (o, cümlədən – dəyişilməli hissələrin qiyməti 700 manat, tə mir-bərpa işlərinin qiyməti 100 manat). Həmçinin, avtohissələrin təzə qiymətləri nəzərə alınmaqla «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2100 manat müəyyən edilmişdir (o, cümlədən – dəyişilməli hissələrin qiyməti 2000 manat, təmir-bərpa işlərinin qiyməti 100 manat). Rəydən göründüyü kimi, avtohissələrin işlənmiş qiymətləri nəzərə alınmaqla «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir. Cavabdeh «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilə təzə yanacaq nososu alması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi də izahatında yanacaq nososunu işlək vəziyyətdə olan digər nasosla dəyişdirdiklərini bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, əksi sübuta yetirilməyində yanacaq nososunun işlənmiş qiyməti nəzərə alınmalıdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzər alaraq hesab edir ki, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçıdan 800 manat pul vəsaiti cavabdehin xeyrinə tutulmalıdır Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qalan hissələrdə təmin olunmamalıdır. Çünki, iddiaçı qalan hissədə tələblərini əsaslandıra və sübut edə bilməmişdir. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Tərəflərin özlərinin izahatı da iddiaların əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qarşılıqlı iddianın təmin olunan hissəsində qismən ləğv olunmalı, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya icraatı zamanı 120 manat məbləğində aparılmış ekspertiza xərci (məhkəmə xərci) mövcud olduğundan və qarşılqılı iddia qismən təmin olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin xərc İddiaçı aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə qarşı «pul» tələbinə dair ilk, həmçinin «xxxxxxxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1339/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 1339/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissədə qismən ləğv olunsun, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunsun. İddiaçı«xxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə 800 (səkkiz yüz) manat pul vəsaiti tutulsun. Qətnamə qalan hissədə (yoxlanılan hissədə) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı yaranmış ekspertiza xərci (məhkəmə xərci) İddiaçı aid edilsin. Aparılmış ekspertizanın ümumi dəyəri olan 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-487/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-487/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver