Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4880/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə X1 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 31 may 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, iş, məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadından verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması (şikayətə münasibət bildirilməsi) üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materiallarından, məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yalnışlığın aradan qaldırıldığı, Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində isə qətnamə ilə yanaşı, həmin qərardadı da mübahisələndirdiyi (qərardadın ləğv olunmasını xahiş etdiyi), lakin məhkəmənin qərardaddan verilən şikayətə baxmadığı aydın olur; halbuki Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya onu da qeyd edir ki, məhkəmənin sonradan apellyatorun ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qərardadına düzəliş etmiş olması, həmin qərardadın ləğv edilməsi ilə bağlı ərizəyə münasibət bildirilməsi vəzifəsindən məhkəməni azad etmir. Başqa sözlə əgər qərardaddan şikayət verilmişdirsə, məhkəmə hər bir halda bu şikayətə münasibət bildirməli, zəruri olduğu halda şikayət verən şəxsi dəvət edərək şikayəti müdafiə edibetmədiyini aydınlaşdırmalı, şikayəti müdafiə etdiyi təqdirdə ona MPM-nin 269-cu maddəsinə uyğun qaydada baxmalıdır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2023 saylı iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, həmin iş üzrə 16 iyun 2023-cü il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması (münasibət bildirilməsi) üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4880/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4880/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver