Məhkəmə qərarları › İş №2(103)-4882/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4882/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4882/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-876/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-876/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdehin ərizəsi təmin olunmamışdır. Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-876/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və həmin işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-876/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh X1 şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (m. 32.4). Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (m. 32.5). Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (m. 269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (m. 269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (m. 269.3). Göründüyü kimi, aidiyyət haqqında qərardaddan şikayət verildikdə baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 403-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər (m. 403.1.1). Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır (m. 403.1.2). Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur (m. 403.1.3). Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər (m. 403.1.4). İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar (m. 403.1.5). Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən cavabdehin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmiş, cavabdeh həmin qərardaddan şikayət vermiş, məhkəmə isə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, həmin qərardaddan verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, hazırki aiddiyyətlə bağlı məhkəmənin qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən apelyasiya məhkəməsi tərəfindən deyil, kasasiya instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan, şikayət qeyri-mümkün hesab edilərək, kasasiya instansiya məhkəməsinə göndərilməsi üçün (MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə) mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-876/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə kasasiya instansiya məhkəməsinə göndərilməsi üçün mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar