Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4887/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə İclas katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Abışov Raman Təmrar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin satışından əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-cü il tarixli, 2(008)-565/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008) 623/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı 90 EO-452 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tərıxli, 2(008) 623/2023 nömrəli qətnaməsi qismən- nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmiş, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan Xəlilov Zöhrab Akif oğlunun kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda nəqliyyat vasitəsinin sahibi X3r. Hazırda iddiaçı “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** (hazırda **-CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyini nəzərə alınaraq bazar qiymətinə uyğun onun nəqliyyat vasitəsinə müəyyən edilmiş 1/2 hissəsində pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** (hazırda **-CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyini nəzərə alaraq bazar qiymətinə uyğun iddiaçının nəqliyyat vasitəsinə müəyyən edilmiş 1/2 hissəsinə müvafiq 15.000 (on beş min) manat məbləğ və 135 (yüz otuz beş) manat dövlət rusumu, cəmi 15.135 (on beş min yüz otuz beş) manat Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 56 nömrəli mənzilə (Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi, Bakı şəhəri Sabunçu rayonu 2595 nömrəli məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1-ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət ümumi sahəsi 67.2 kv.m olan 37 (yeni 44) nömrəli mənzilə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh pay hüquqlarının tanınması, “Mercedes Benz 230" markalı **- EO-*** dövlət nömrə nişanlı avtomobilin başqa şəxsə satılmasına dair 17 dekabr 2021ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarmaqla 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payların müəyyən edilməsi, “Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin başqa şəxsə satılmasına dair 15 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, əvvəlki vəziyyətinə qaytarmaqla 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ev 13. 56 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 16 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh mülkiyyət hüququ tanınmış, Bakı şəhəri Sabunçu rayonu Y. Əliyev küçəsi 2595 nömrəli məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) nömrəli mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə, Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli və "Mercedes Benz 230" minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə, X6 arasında bağlanmış xx.xx.2021ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230" minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Qətnaməyə əsasən "Mitsubishi Pajero" minik markalı, **-FJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə Xəlilov Zöhrab Akif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilərək həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının payı müəyyən edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə X2 adına özgəninkiləşdirilmiş (ona satılmış) və dövlət qeydiyyat nişanı **-CQ-***-ya dəyişdirilmişdir. Sabunçu Rayon İcra Şöbəsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsindən gələn məktuba əsasən xx.xx.2008ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil xx.xx.2024-cü il tarixdən X2 adına rəsmiləşdirilmiş və onun sahibliyindədir. İddia ərizəsinə əlavə edilmiş şəkillərdən də göründüyü kimi, nəqliyyat vasitələrinin satış elanları yerləşdirilən turbo.az internet saytına əsasən 3200 kub.m həcmli dizel mühərrikli, 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero" markalı nəqliyyat vasitələrinin satış qiyməti xx.xx.2024-cü il tarixə 29.000 manat təşkil edir. Nəqliyyat vasitəsinin saz vəziyətdə olması qənaəti ilə artıq satılmış ‘"Mitsubishi Pajero” minik markalı **-EJ-*** (hazırda **-CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2008-ci il buraxılışlı olmasını (buraxılışının ilin axınına olmasını), heç bir təmirə ehtiyacı olmadığını və saz vəziyyətdə olduğunu nəzərə alınsa onun dəyərinin ən azı 30.000 manat olması qənaətindədirlər. Nəqliyyat vasitəsinin hazırki qiymətini, həmçinin məhkəmə qətnaməsi ilə nəqliyyat vasitəsinə iddiaçının 1/2 hissədə payının müəyyən edilməsini nəzərə alınsa tələb məbləği 15.000 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** (hazırda **- CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyini nəzərə alaraq bazar qiymətinə uyğun onun nəqliyyat vasitəsinə müəyyən edilmiş 1/2 hissəsinə müvafiq 15.000 manat (on beş manat) məbləğ, 135 manat (yüz otuz beş manat) dövlət rusumu və 300 manat ekspertiza üçün ödənilmiş xidmət haqqı, cəmi 15.435 manat (on beş min dörd yüz otuz beş manat) Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-cü il tarixli, 2(008)- 565/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi nəzərə alınaraq, bazar qiymətinə uyğun 26.000 manatın 1/2 hissəsi olan 13.000 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 129 ( yüz iyirmi doqquz) manat dövlət rüsumu və 150 (yüz əlli) manat ekspertiza xərcinin cavabdehdən tutularaq, iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamələri ilə, **-EJ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero" minik markalı avtomobilə İddiaçı 1/2 payı müəyyən edilsə də, avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən icrası mümkün olmamış və hazırda iddiaçı tərəfindən avtomobilin satışından əldə olunan pulun bazar qiymətinə uyğun 1/2 hissəsinin ona ödənilməsi barədə müraciət etməsini məhkəmə qanuni və əsaslı hesab etmişdir. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh və Xəlilov Zöhrab Akif oğlu ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yəni artıq həm Cavabdeh həm də Xəlilov Zöhrab Akif oğlu aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən xəbərləri olduğu halda məqsədli şəkildə xx.xx.2024-cü il tarixdən X2 adına rəsmiləşdirilmişdir. Cavabdeh qüvvədə olan məhkəmə qərarına əsasən avtomaşının 1/2 hissəsinin İddiaçı məxsus olduğunu bildiyi halda, məhkəmə qərarlarına etinasızlıq etməklə iddiaçıya məxsus 1/2 hissəni də qanunsuz olaraq başqa şəxsə satmaqla iddiaçını mülkiyyət hüququndan məhrum etmişdir. Ona görə də, avtomaşının mövcud bazar satış qiymətinin 1/2 hissəsi cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən 8.600 manatını və iş üzrə təyin edilmiş qiymətləndirici "xxxx" MMC-nin 19 dekabr 2024-cü il tarixli 31 nömrəli ekspert rəyində, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyəri 9.500 (doqquz min beş yüz) manat təşkil etməsini əsaslı hesab etməmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində nəqliyyat vasitəsi istismara yararsız sökülmüş, təkərləri açılmış vəziyyətdə olduğu əsası ilə qiymətləndirmə aparılsa da, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkillərindən,nəqliyyat vasitəsinin istismara tam yararlı vəziyyətdə olduğu görünür. İş materiallarına əlavə edilmiş “Mitsubishi Pajero” minik markalı avtomobilin bazar dəyəri ilə bağlı şəkillərdən görünür ki, “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 365 000 km avtomobilin bazar dəyəri 17.900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 310000 km avtomobilin bazar dəyəri 23.900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 195200 km avtomobilin bazar dəyəri 28500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 236000 km avtomobilin bazar dəyəri 26.500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 359800 km avtomobilin bazar dəyəri 32.500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 350000 km avtomobilin bazar dəyəri 29.800 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar dəyərinin 26.000 manat qiymətləndirərək məbləğin ağılabatan və ədalətli olduğu qənaətinə gəlmişdir. İddiaçı məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi nəzərə alaraq, bazar qiymətinə uyğun 15.000 manatın bölünməsi barədə qətnamə qəbul etməsini xahiş etsə də, iş materialları ilə, “Mitsubishi Pajero" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 26.000 manat müəyyən olunmuşdur. Qeyd olunan qətnamədən narazı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə Azərbaycan Respublikası Mülki Məcələsinin 225.1, Azərbaycan Respublikası Ailə Məcələsinin 32.1, 32.2, 36.1, 36.3-ci maddələrinə istinad edilmiş, lakin düzgün tətbiq edilməmişdir. Qətnamə qəbul edilərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırki mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ xarakterli aktları ətraflı araşdırmamışdır, bununla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-565/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, məhkəmə özünün təyin etdiyi və aldığı ekspertiza rəyinə, sorğusu əsasında aldığı alqı-satqı müqaviləsini digər sübutlarla birgə tədqiq edə və qiymətləndirə bilməmişdir. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişir. Bu faktı qətnamənin əsaslandırıcı və nəticə hissəsində aşkar görmək mümkündür. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə qiymətləndirmə aparmış və düzgün nəticəyə gəlməyərək iddiaçının formal mülahizələri əsasında cavabdehə qarşı iddianı təmin etmişdir. Xüsusi bilik tələb olunan məsələlərdə ekspert rəyi tələb edilir. Məhkəmə ekspertiza təyin etsə də, həmin ekspertizanın rəyini qətnamədə nəyə görə qəbul edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmənin özünün təyin etdiyi ekspertiza və sorğusu əsasında əldə etdiyi sübutlarla həqiqətin doğruluğunu təsdiqləyə bilməmişdir. Aşkar faktlar məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə gəldiyi nəticə hər-hansı tutarlı sübutla əsaslandırılmamışdır. Həmçinin məhkəmə ekspertiza təyin etməsinə və alınan ekspert rəyinə, eyni zamanda mübahisə predmetinin alqısatısına dair DYPİ-dən alınan sənədə əhəmiyyətli sübut olaraq qəbul etməyərək, qətnaməsində qeyd etmişdir ki, “Mitsubishi Pajero” minik markalı avtomobilin bazar dəyəri ilə bağlı şəkillərdən görünür ki, “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 365000 km avtomobilin bazar dəyəri 17900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 310000 km avtomobilin bazar dəyəri 23900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 195200 km avtomobilin bazar dəyəri 28500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 236000 km avtomobilin bazar dəyəri 26500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 359800 km avtomobilin bazar dəyəri 32500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 350000 km avtomobilin bazar dəyəri 29800 manat təşkil edir. Mülki məhkəmə icraatında məhkəmə təcrübəsində yalnız mötəbər yazılı sübutlar tədqiq olunduğuna rəğmən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi şəkillərə baxaraq yeni məhkəmə təcrübəsi yaratmaq istəmişdir. Bu prosessual hərəkətlər qanuna ziddiyyət təşkil edir və qəbuledilməzdir. Məhkəmə istinad etdiyi “şəkilləri mötəbər sübut hesab edərək” həmin maşınların texniki vəziyyətinə, daxili və xarici avadanlıq və detallarına baxmadan hazırki mübahisə predmeti təşkil edən nəqliyyat vasitəsi ilə müqayisə etməklə 26.000 manat qoyması işə məhkəmənin qərəzli yanaşmasından xəbər verir. Məhkəmənin qətnaməsində maraq doğuran hal ondan ibarətdir ki, məhkəmə hansı mötəbər müqayisə ilə xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsində göstərilən 8.600 manatını və məhkəmənin iş üzrə təyin etdiyi qiymətləndirici "xxxx" MMC-nin 19 dekabr 2024-cü il tarixli 31 nömrəli ekspert rəyində, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyərinin 9.500 (doqquz min beş yüz) manat təşkil etməsini əsaslı hesab etmir. Maşının alqı-satqısı cavabdehin yaxın qohumu ilə aparılmamışdır, maşın tamamən kənar bir şəxs tərəfindən alınmışdır və belə olan halda alqı-satqı müqaviləsi necə sübut kimi qəbul edilməyə bilər. Bundan başqa məhkəmə maşının qiymətləndirilməsi üçün qiymətləndirmə təyin edir və qiymətləndirici "xxxx" MMC-nin maşına yerində baxaraq texniki, daxili və xarici görünüşünü rəyində qeyd etməklə obyektiv rəyini sübut kimi qəbul etmir. Məhkəmə bu sübutu da qəbul etməyərək təkrarən öz təşəbbüsü ilə qiymətləndirmə təyin edir və qiymətləndirməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməklə qiymətləndirici qarşısında “Mitsubishi Pajero” minik markalı **-EJ-*** (hazırda **-CQ-*** dövlət qeydiyyat nişanlı) dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin 2021-ci il üçün real bazar dəyəri nə qədər müəyyən olunur” sualını qoymuşdur. Ekspert qiymətləndirmənin aparılmasından imtina etmişdir və imtinanın əsası kimi o göstərilmişdir ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən iş materialarında olan 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci il tarixə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin cavab tapa bilmədiyi sualın cavabını məhkəmə elə özü tapmışdır. Əgər məhkəmə sualın cavabını bilirdisə niyə ekspertiza təyin edirdi. Nəyi sübut etmək istəyirdi. Ancaq məhkəmə heç nəyi sübut edə bilmədiyi halda onun qətnaməsi ilə necə razılaşmaq olar. Bu qətnamə qanunsuzdur, ədalətsizdir, prosessual qanunvericiliyə zidd olaraq qəbul edilmişdir və ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iş materialarında olan sübutları tədqiq edə bilməmişdir, cavabdehin və nümayəndənin izahatlarına əhəmiyyət verməmiş, yalnız iddiaçının formal mülahizələrinə əsaslanmışdır. Maraqlıdır ki, məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində nəqliyyat vasitəsi istismara yararsız sökülmüş, təkərləri açılmış vəziyyətdə olduğu əsası ilə qiymətləndirmə aparılsa da, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkilərindən, nəqliyyat vasitəsinin istismara tam yararlı vəziyyətdə olduğu görünür. Şəklin xx.xx.2024-cü il tarixdə çəkilməsi nə ilə sübut olunur. Məhkəmə ekspertizanın rəyində əks etdirdiyi fotoları qəbul etmir, hansı ki, ekspert MPM-də nəzərdə tutulan məsuliyyətini dərk edərək nəqliyyat vasitəsinə yerində baxış keçirmiş, fotolarını çəkmiş və gəldiyi nəticəni rəydə əks etdirmişdir. Məhkəmə alqı-satqı müqaviləsində əks etdirilən satış məbləğinin nəyə görə sübut kimi qiymətləndirməməsini əsaslandıra bilməmişdir. Məhkəmə qətnaməsində “Mülki Prosessual Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur” qeyd etsə də, buna əməl olunmamışdır. Əlavə olaraq nəqliyyat vasitəsinin satışından əldə olunan vəsait ailəyə uşaqlara xərclənmişdir ki, onların saxlanmasına valideyinlər borcludurlar. Ümumiyyətlə iddiaçının iddia tələbi əsassızdır, rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlakdaxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında vurğulayır ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il, 1/2024 nömrəli Qərarına əsasən, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər arvadın ümumi birgə mülkiyyəti sayılır. O cümlədən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, məhkəmə qətnamələri ilə, **-EJ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero" minik markalı avtomobilə İddiaçı 1/2 payı müəyyən edilsə də, avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən icrası mümkün olmamış və hazırda iddiaçı cavabdeh tərəfindən avtomobilin satışından əldə olunan pulun bazar qiymətinə uyğun 1/2 hissəsinin ona ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qüvvədə olan məhkəmə qərarına əsasən avtomaşının 1/2 hissəsinin İddiaçı məxsus olduğunu bildiyi halda, məhkəmə qərarlarına etinasızlıq etməklə iddiaçıya məxsus 1/2 hissəni də qanunsuz olaraq başqa şəxsə satmaqla iddiaçını mülkiyyət hüququndan faktiki məhrum etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, avtomaşının mövcud bazar satış qiymətinin 1/2 hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcələsinin 225.1, Azərbaycan Respublikası Ailə Məcələsinin 32.1, 32.2, 36.1, 36.3-ci maddələrinin düzgün tətbiq edilməməsini göstərsə də, bu barədə hər-hansı bir dəlilə isinad edilməmiş, pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır. Cavabdehin əsas dəlili isə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar Pajero” dəyərinin 26.000 manat qiymətləndirilməsi barədə gəldiyi nəticənin əsassız olması ilə bağlı olmuşdur ki, Məhkəmə Kollegiyası da bu dəlilə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunan “Mitsubishi Pajero” minik markalı avtomobilin bazar dəyəri ilə bağlı şəkillərdən görünür ki, “Mitsubishi minik markalı, 3.2 L, 2006-cı il tarixli, 365000 km avtomobilin bazar dəyəri 17.900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2006-cı il tarixli, 310000 km avtomobilin bazar dəyəri 23.900 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 195200 km avtomobilin bazar dəyəri 28.500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2007-ci il tarixli, 236000 km avtomobilin bazar dəyəri 26.500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 359800 km avtomobilin bazar dəyəri 32.500 manat; “Mitsubishi Pajero” minik markalı, 3.2 L, 2008-ci il tarixli, 350000 km avtomobilin bazar dəyəri- 29.800 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 dekabr 2024cü il tarixli 31 nömrəli ekspert rəyindən görünür ki, “Mitsubishi Pajero" minik markalı, **- EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyəri 9.500 (doqquz min beş yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən 8.600 manatını və iş üzrə təyin edilmiş qiymətləndirici "xxxx" MMC-nin 19 dekabr 2024-cü il tarixli 31 nömrəli ekspert rəyində, “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin likvid (real bazar) dəyəri 9.500 (doqquz min beş yüz) manat təşkil etməsini əsaslı hesab etməmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində nəqliyyat vasitəsi istismara yararsız sökülmüş, təkərləri açılmış vəziyyətdə olduğu əsası ilə qiymətləndirmə aparılsa da, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkillərindən, nəqliyyat vasitəsinin istismara tam yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir (i.v 114-118). Məhkəmə hesab etmişdir ki, xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar dəyərinin 26.000 manat qiymətləndirərək məbləğin ağılabatan və ədalətli olduğu qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində nəqliyyat vasitəsi istismara yararsız sökülmüş, təkərləri açılmış vəziyyətdə olduğu əsası ilə qiymətləndirmə aparılmışdır. Halbuki iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş “Mitsubishi Pajero" minik markalı, **-EJ-*** (hazırda **-CQ-***) dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkillərindən, nəqliyyat vasitəsinin istismara tam yararlı vəziyyətdə olduğu görünür. Bu da apellyasiya şikayətinin şəklin xx.xx.2024-cü il tarixdə çəkilməsi nə ilə sübut olunmasına dair dəlilini təkzib edir. Məhkəmə də haqlı olaraq nəticəyə gələrkən xx.xx.2024-cü il tarixdə çəkilmiş fotoşəkilə istinad etmişdir. Kollegiya qeyd edir ki, nəzərə alınması mütləqdir ki, məhkəmə aktarından sonra pay hüququ tanınmış avtomobili cavabdeh xx.xx.2024-cü il tarixdə X2 adına rəsmiləşdirərkən avtomobil "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində göstərilmiş vəziyyətdə olmamışdır. Başqa sözlə, cavabdeh avtomaşını X4 təbii ki texniki cəhətdən saz vəziyyətdə satmışdır. Belə ki, cavabdeh “Mitsubishi Pajero” minik markalı avtomobilin 27 may 2024-cü il tarixdə satarkən istismara yararsız, texniki cəhətdən saz vəziyyətdə olmayan halda olmasını sübut edə bilməmişdir. Göründüyü kimi xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar dəyərinin 26.000 manat qiymətləndirərək məbləğin ağlabatan və ədalətli olması barədə birinci instansiya məhkəməsi düzgün qənatə gəlmişdir. Cavabdeh isə apellyasiya şikayətində xx.xx.2008-ci il buraxılışlı, Ağ mirvari rəngli, 3200 kub.m həcmli dizel mühərrikli, “JMYLYV98W8J732869” ban nömrəli, **-CQ-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin bazar dəyərinin düzgün müəyyən edilmədiyini irəli sürsə də, həmin halı təsdiq edəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, avtomobilin bazar dəyərinin müəyyənləşdirilməsi üçün yenidən mütəxəssis rəyi alınmasına zərurət olmamışdır. Belə ki, internet resurslarından mübahisə predmeti olan avtomaşının ilinə görə bazar dəyəri barədə kifayət qədər məlumat mövcuddur. İş materiallarından görünür ki, rəy vermiş mütəxəssis də ümumi istifadə olunan resusrlardan istifadə etmişdir ki, yenidən rəy alınması tələb olunduğu halda eyni hal təkrarlanacaqdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur. Məhkəmə Kollegiyası həmçinin apellyasiya şikayətinin əlavə olaraq nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaitin ailəyə uşaqlara xərclənməsi və onların saxlanmasına valideynlər borclu olmasına dair dəlilləri ilə qeyd edir ki, tərəflər arasında münasibətlər avtomobilin satışından əvvəl pozulduğundan və onlar ayrı-ayrı təsərrüfat idarə etdiyindən bu dəlil əsassızdır. Belə ki, apellyator buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-cü il tarixli, 2(008)- 565/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə