Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4899/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(001)-1359/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, 25.06.2018-ci il tarixli, 3M- 652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manat borcun, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 15000 manat borcun gecikdirilmiş vaxt üçün illik 5%-i olmaqla, 31.08.2018-ci il tarixdən bu günədək cəmi 11,17% miqdarında, yəni 1675 manatın, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 11.11.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən 840 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 17535 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh (bundan sonra-cavabdeh) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 26.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manatın ödənilmiş hesab edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Abbasov X7 Elmir Alış oğlu ilə arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 25.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 2 ay ərzində, yəni 31.08.2018-ci il tarixədək qaytarılması şərtilə Cavabdeh 15000 manat borc vermişdir. Lakin həmin müddət ərzində Cavabdeh borcunu qaytarmamış və bu günə qədər bir manat da olsun ödəniş etməmişdir. İddiaçı dəfələrlə Cavabdeh borcunu ödəməsini tələb etsə də, heç bir faydası olmamış, son zamanlar isə cavabdeh həmin borcu verməyəcəyini açıq şəkildə demişdir. Borc Cavabdeh tərəfindən 31.08.2018-ci il tarixinədək qaytarılmalı olduğu halda, 2 il 3 aya yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh öhdəliyini icra etməmişdir. Bununla əlaqədar 01.10.2020-ci il tarixdə, iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 rayonu ərazisində yerləşən, Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 25.06.2018-ci il tarixli, 3M- 652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 31.08.2018-ci il tarixinədək ödəməli olduğu borcu bu günədək ödəmədiyi üçün borclu Cavabdeh bildirişin göndərilməsini xahiş etmişdir. Lakin E.A. Şəmiyev 20 gün ərzində yenə də borcunu ödəməmiş, belə olan halda Bakı şəhəri 20 saylı notariat ofisində icra qeydi aparılaraq, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh 15000 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 15020 manat pulun tələbkarın xeyrinə tutulması təklif edilmiş və iş icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edildiyindən tələbkarın nümayəndəsi Binəqədi rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək notariusun icra qeydinin geri qaytarılmasını xahiş etmiş, İcra şöbəsinin icra məmuru A.Ağalarova icra sənədinin geri qaytarılmasına dair 04.03.2021-ci il tarixli qərar qəbul etmişdir. Borclu Cavabdeh 31.08.2018-ci il tarixinədək ödəməli olduğu 15000 manat pul məbləğini gecikdirdiyinə görə, 31.08.2018-cı il tarixdən bu günədək həmin məbləğin Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş il üçün 5% olmaqla 2 il 2 ay 24 gün ərzində cəmi 11,17 %-ni, yəni 1675 manat pulu ödəməyə borcludur. Cavabdeh borclu olduğu 15000 manat məbləğ, 2018-ci ilin avqust ayından 2020-ci ilin noyabr ayınadək həmin illərin cəmi inflyasiyası qədər, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 11.11.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunaraq artırılmalıdır. Arayışdan da görünür ki, istehlak qiymətləri indeksi 2020ci ilin sentyabr ayında 2018-ci ilin avqust ayına nisbətən 105,4 % təşkil edir. 2020-ci ilin oktyabr ayında isə bu rəqəm Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 100,2 % göstərilmişdir. Oktyabr ayı da daxil olmaqla istehlak qiymətləri indeksi cəm olaraq 105,6 % təşkil edir ki, bu da həmin müddət ərzində cəm inflyasiyanın 5,6 % olması deməkdir. Yəni, 15000 manat borc inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi olan 5,6 % qədər artırılmalıdır ki, bu da 840 manat təşkil edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, ilk iddia ərizəsində göstərilən iddia tələbi hər hansı sübuta və fakta əsaslanmayan iddiaçının öz mülahizələrini əks etdirən yalnız böhtan və şər xarakterlidir. Onun İddiaçı ilə əvvəllər yaxşı münasibəti olmuş, 2018-ci ilin iyun ayında İddiaçı ona 80000 manat dəyərində Rusiya istehsalı olan Rus Crustal markalı arağının olmasını bildirib, ona həmin arağı satmağı təklif etmişdir. Həmin vaxt onun həmin arağı alıb satmaq üçün pulu olmadığına görə İddiaçı ona notariat kontorunda 15000 manat məbləğində kredit müqaviləsi bağlayaraq həmin araqları satmaq üçün nisyə verə biləcəyini demişdir. O, razılaşaraq 25.06.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində aralarında İddiaçı ona 2 ay ərzində yəni 31.08.2018-ci il tarixədək qaytarılması şərtilə 15000 manat borc verməsi ilə bağlı 3M-652 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Notariat ofisində kredit müqaviləsi bağlansa da həmin pul, yəni 15000 manat ona verilməmişdir. Aralarında olan razılaşmaya əsasən o, arağın satışından əldə edilən pulun 10%-ni özünə götürüb, pulun qalan hissəsini İddiaçı verməli idi. İddiaçı ona birinci dəfə 6000 manat dəyərində qalan vaxtlarda isə hər dəfə 1500-2000 manat dəyərində nisyə Rusiya istehsalı olan araq vermiş, o isə həmin nisyə aldığı araqları Bakı şəhərində ayrı-ayrı mağazalara satıb, pulunu İddiaçı verməklə yenidən 1500-2000 manat dəyərində nisyə araq alıb satmışdır. İddiaçı hər dəfə əvvəlcə alınmış arağın pulu tam ödənildikdən sonra ona nisyə araq vermişdir. O, İddiaçı 2 ay müddətində cəmi 20000 manat dəyərində nisyə araq alıb satmaqla pulunu İddiaçı vermis, lakin sonradan ona həmin arağın keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu təsdiq edən sertifikatının 2014cü il tarixli olması məlum olmuşdur. O, bu barədə İddiaçı bildirsə də, ona bunu izah edə bilməmişdir. O, həmin arağın Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilməsindən və həmin arağın saxta olmasından şübhələnib həmin arağı satmaqdan imtina etmişdir. Həmin vaxt arağın satışından əldə edilmiş puldan ona çatan 2000 manat pulu götürüb qalan pulu İddiaçı təhvil vermişdir. İddiaçı o, həmin arağın satışından imtina etdiyinə görə ona öz narazılığını bildirib, 2000 manat pulu da verməyini ondan tələb etmişdir. O, isə həmin pulun aralarında olan razılaşmaya görə ona məxsus olmasını bildirmişdir. İddiaçı isə ziyana düşməsini, arağın satışını tam başa çatdırmadığına görə ona pul verməyəcəyini bildirib, həmin 2000 manat pulu ondan tələb etmişdir. O isə həmin pulu verməmişdir. İddiaçı müraciəti əsasında Bakı şəhəri 14 saylı notariat ofisində aralarında bağlanmış 25.06.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi bağlı Bakı şəhəri 20 saylı Notariat Kontorunun 8i-2309 nömrəli 21.10.2020-ci il tarixli icra qeydi aparılaraq ondan cəmi 15020 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi təklif edilmiş və iş icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmiş, həmin şöbədə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin məsələ üzrə 25.06.2018-ci il tarixdə iddiaçının ona 15000 manat borc verilməsi absurddur. Belə ki, İddiaçıla aralarında bağlanmış 25.06.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi üzrə müqavilədə qeyd edildiyi kimi 15000 manat borc pul verilməmiş, müqavilə ilə razılaşdırılan məbləğ ona təqdim edilməmiş, bu haqda aralarında hər hansı bir akt imzalanmamış, eləcə də həmin pul vəsaitinin ona verilməsi ilə bağlı notarius bankda depozit hesabı açmamış, aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı 2 ay müddətində cəmi 20000 manat dəyərində nisyə araq alıb-sataraq pulunu qaytarmaqla, onun tərəfindən şifahi müqavilə üzrə götürdüyü öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Əgər İddiaçı ona 25.06.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi üzrə 15000 manat borc vermişdirsə, nəyə görə həmin borcu 2 il ərzində ondan tələb etməmişdir. İddiaçıdan aldığı spirtli içkilərin pulunu ödəməsini şahid ifadələri ilə təsdiq edə bilər. Pulun qaytarılması barədə iddiaçıdan hər hansı bir sənəd almamışdır. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-652 nömrə ilə qeyd edilmiş, 25.06.2018-ci il tarixli kredit müqaviləsi ilə razılaşdırılan məbləğin, yəni 15000 manatın ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(001)-1359/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh 25.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “ilk iddia ərizəsi qismən təmin edilməsi” hissədə dəyişdirilərək, iddianın tam təmin edilməsini, “ilk iddia ərizəsi qalan hissədə təmin edilməsin” hissədə ləğv edilməsini və Cavabdeh oğlundan 17535 (on yeddi min beş yüz otuz beş) manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd olunur ki, məhkəmənin ilk iddiaçının icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə faiz tələbi və borc məbləğinin indeksləşdirilməsi tələbi ilə bağlı gəldiyi nəticə qüvvədə olan qanunlara əsaslanmamaqla formal mülahizələr nəticəsində qəbul edilib. Belə ki, məhkəmə “tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti 31.08.2018-ci il tarixədək müəyyən olunduğu halda borcverən vaxtında borcun qaytarılması üçün müraciət etmək hüququndan istifadə etməməklə hazırda faiz və pul məbləğinin indeksləşdirilməsi tələbi irəli sürməsi hüquqdan suiistifadə olduğundan bu iddia tələblərinin təmin edilməməsi mümkün deyildir” nəticəyə gəlməsi zamanı yenə də qüvvədə olan qanunlara yox formal mülahizələrə əsaslanıb. Göründüyü kimi, qətnamənin bu hissəsində məhkəmənin gəldiyi nəticənin formal mülahizə olması qrammatik nöqteyi-nəzərdən də təsdiq olunur. Öhdəliklərin icrası müddəti 31.08.2018-ci il tarixədək müəyyən olunduğundan İddiaçı borcverən kimi məhkəməyə müraciət edənədək borcun qaytarılması üçün iddia ərizəsinin 1-ci abzasında da qeyd edildiyi kimi bu məqsədlə borcluya dəfələrlə şifahi müraciət etmiş, borcun qaytarılmasını tələb etmişdir. Borcverənin bütün müraciət və tələbləri heç bir nəticə vermədiyindən 15000 manat əsas borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş il üçün borcun 5 faizi qədər, cəmi 1675 manat və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 11.11.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən, infliyasiya göstəricisinə uyğun olaraq həmin borc məbləğinin indeksləşdirilməsinə görə 840 manat məbləğin ödənilməsi üçün məhkəmədə borcluya qarşı iddia qaldırmışdır. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci və 560.2-ci maddələrinin tələblərini əsas götürərək həmin Məcəllənin 445.7-ci maddəsinin tələbini təmin etməməsi maddi hüquq noprmalarmın pozulması və ya düzgün tətbiq edilməməsidir. Əgər məhkəmə Cavabdeh 25.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manatın iddiaçının xeyrinə tutulmasını qət edirsə, deməli həmin 15000 manat borc indi yox, 25.06.2018- ci il tarixdə yaranıb və icra müddəti 31.08.2018-ci il tarixədək olduğundan həmin tarixdən sonra gecikdirilmiş sayılmalıdır və gecikdirilmiş vaxt üçün borclu Azərbaycan Respublikası MM-nin 445.7- ci maddəsinə əsasən illik 5 faiz ödəməyə borcludur. Eyni zamanda həmin borc məbləği Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məyyən etdiyi infliyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması, 26.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borcun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd olunur ki, notariusda kredit müqaviləsi bağlansa da həmin pul, yəni 15.000 manat cavabdehə verilməmişdir. Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarında dəyişiklik etmiş, həmin dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə adınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Onların arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər isə ona münasibətdə yerinə yetirilməmiş və həmin kredit müqaviləsi əvvəlcədən aralarında şifahi razılaşdırılmış nisyə araq alverinin pulunun qaytarılmasının qarantı kimi bağlanmışdır. Məhkəmə iclasında qeyd olunanları həmin hadisələrin şahidləri olmuş X13,X3 və X6 təsdiq edərək 25.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı cavabdehə 15000 manat borc vermədiyini, əslində cavabdehlə İddiaçı arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğunu və aldığı malın dəyərini tam olaraq İddiaçı ödədiyini bildirsələrdə, məhkəmə tərəfindən qeyd edilən şahid ifadələri sübut növü kimi qəbul edilməmiş və münasibət bildirilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən İddiaçıla aralarında alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərini təsdiq edən qaimələr və sertifikatın surətləri təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sənədlər sübut növü kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 cavabdehin apellyasiya şikayətini qəbul etmədi, iddiaçının apellyasiya şikayətini müdafiə etdi, ilkin iddia və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hər iki tərəf apellyasiya şikayəti verildiyindən, apellyasiya şikayətlərinin dəlillərinə əsasən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddianın MM-nin 445.7-ci maddəsinə əsasən 5%-lə pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qeyd olanan hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 25.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, borc verən borcalana 15000 manat məbləğində faizsiz borc vermiş, borcalan isə aldığı krediti 31.08.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 11.11.2020-ci il tarixli 02/1-574 saylı məktubundan müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2020-ci ilin sentyabr ayında 2018ci ilin avqust ayına nisbətən 105,4 % təşkil etmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsinin 04.03.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, tələbkar İddiaçı müraciəti əsasında borclu Cavabdeh 15000 manatın tutulmasına dair icra sənədi geri qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin 24.04.2015-ci il tarixli № AZ 031 RSK 0681 seriyalı gigiyenik sertifikatının surətindən müəyyən olunur ki, hazırkı sertifikat 02.09.2014-cü il tarixli 26 nömrəli kontraktla gətiriləcək Rus xrustalnaya nişanlı vodka üçün 24.10.2018-ci il tarixinə kimi qüvvədədir. Kollegiya cavabdeh olan apellyatorun şahid ifadələri ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyator şahidlərin təsdiq olunmamış izahatlarını məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, apellyator məhkəməyə şahid qismində yalnız X4 təqdim etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Cavabdeh və X5 tanıyır. Cavabdeh ona 2018-ci ilin iyun ayında X.İ.X18 markalı arağını satmağa verməsini və arağın satılmasında ona kömək etməsini demişdir. O, təkliflə razılaşmışdır. Cavabdeh İddiaçıla kredit müqaviləsi bağlamasının səbəbi ona məlum deyildir. O, Cavabdeh İddiaçı dəfələrlə pul verməsinin şahidi olmuşdur. Lakin Cavabdeh İddiaçı verdiyi pulun məbləği ona məlum deyildir. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, şahid qismində dindirilmiş X6 ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş yazılı izahatı imzalasa da, izahatda nə yazılmasından xəbəri yoxdur. Buna görə də, məhkəmədə verdiyi ifadəni təsdiq edir. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 25.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən İddiaçı borcalan Cavabdeh 15000 manat borc vermiş, borcalan 31.08.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsədə borcunu qaytarmamışdır. Məhkəmə iclasında borcalan Cavabdeh 25.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcverən İddiaçı tərəfindən ona 15000 manat borc verilmədiyini, əslində onunla İddiaçı arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğunu və o, aldığı malın dəyərini tam olaraq İddiaçı ödədiyini bildirsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh sübut növü olaraq məhkəməyə təqdim etdiyi oxunması mümkün olmayan qaimələr, şahid ifadəsi, təsdiq olunmamış izahatlar və sertifikatın surəti ilə bağlı qeyd edir ki, bu sənədlər bağlandığı gündən borcalan tərəfindən belə mübahisələndirilməyən müqavilə üzrə Cavabdeh öhdəliyinin icrasından azad edilməsi üçün əsas və mötəbər sübut növü ola bilməz. Belə ki, əgər tərəflər nisyə alğı-satqı müqaviləsi bağlamaq niyyətində olmuş olsaydılar notariat ofisində bu əqd barədə iradə ifadələrini bildirərdilər. Göründüyü kimi, cavabdehin “onların arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər isə ona münasibətdə yerinə yetirilməmiş və həmin kredit müqaviləsi əvvəlcədən aralarında şifahi razılaşdırılmış nisyə araq alverinin pulunun qaytarılmasının qarantı kimi bağlanması” ilə bağlı dəlili sübut olunmamışdır. Kollegiya apellyatorun qanunvericilikdə olan dəyişikliyə görə kredit müqaviləsi üzrə pulun depozitə keçirilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin 4-cü hissəsinə əsasən borc münasibətlərində pul depozitə yerləşdirilməlidir. Bu dəyişiklik 15.11.2018-ci ildə qüvvəyə mindiyi halda, hazırkı mübahisə üzrə tərəflər arasında kredit müqaviləsi üzrə hüquq münasibətləri 25.06.2018-ci ildə yaranmışdır. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, ilk iddia ərizəsi 15000 manat borcun qaytarılması hissədində əsaslı olduğundan iddianın həmin hissədə təmin edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. MM-nin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-nin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə MM-nin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulmasının təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İşin hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəlik 31.08.2018-ci il tarixədək icra edilməli idi. Həmin tarixdən 2020-ci ilin noyabr ayınadək olan müddət 2 il 2 ay 24 gün təşkil edir. Belə olan halda 804 gün (2 il 2 ay 24 gün-804 gün təşkil edir) üçün illik 5% -15000 x 5% : 360 gün x 804 gün=1675 manat təşkil edir. Buna görə də, iddia tələbi 5 faiz hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1675 manat tutulmalıdır. Kollegiya hesab edir ki, ilk iddia tələbi indeksasiya ilə bağlı hissədə əsassız olduğundan, məhkəmə həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, tutulmalı olan pul məbləğinin indeksasiyası qətnamənin icrası zamanı həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(001)- 1359/2021 saylı qətnaməsi ilk iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulmasının təmin olunmayan hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.5-ci maddəsinə əsasən 1675 (min altı yüz yetmiş beş) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4899/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4899/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver