Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-49/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” Bank ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-4915/2017 saylı qətnaməsindən İddiaçı İKB ASC (yeni adı “xxxx” Bank ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçi İddiaçı X4 (yeni adı “xxxx” Bank ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X8 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və X3 999307 manat əsas borc, 720787 manat faizlər və 366214 manat dəbbə pulu olmaqla, cəmi ******* manat borc tutularaq iddiaçı, “İddiaçı İKB” ASC-nin (yeni adı “xxxx” Bank ASC) xeyrinə ödənilməsi və tələbin xx.xx.2010-cu il tarixli 2400 (İ) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən ipoteka predmeti olan 0,07006 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X1 və X6 cavabdeh qismində işdən çıxarılması və qalan hissədə iddia ərizəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəf ərizə verərək, X6 hüquqi varisi Ömərov Ələsgər oğlunun cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı “İddiaçı İKB” ASC (yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 2400 (G) nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 18% ödəmək şərtilə, 1.000.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı İKB ASC(yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh2 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən, mülkiyyətində olan 0,07006 ha torpaq sahəsinin ipoteka qoyulması barədə xx.xx.2010-cu il tarixli 2400 (İ) nömrəli ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı üsulu kimi Allahverdiyev Adadil Məzahim oğlu və X10 ilə İddiaçı İKB ASC (yeni adı “xxxx” Bank ASC) arasında müvafiq olaraq xx.xx.2010-cu il tarixli, 2400 (GZ)-2 nömrəli və xx.xx.2010-cu il tarixli, 2400 (GZ) nömrəli Zaminlik müqavilələri bağlanmışdır. İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı İKB ASC-yə (yeni adı “xxxx” Bank ASC) AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən Çıxarış verilmişdir. Borc alan Cavabdeh4 Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, əsas borc məbləğini vaxtında qaytarmamış və bu günə qədər faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixinə borc alan Cavabdeh4 kreditor qarşısında gecikdirilmiş borcu 2.086309 manat təşkil edir ki, bunun da 999307 manatını əsas borc, 720787 manat faizlər və 366214 manat dəbbə pulu üzrə borc məbləğləri təşkil edir. “lpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq cavabdehlə Cavabdeh2 xx.xx.2017-ci il tarixli HD-502 nömrəli ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli HD-502 nömrəli bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-4915/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Bank ASC) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)- 4915/2017 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. Qeyd edilir ki, iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. Belə ki İddiaçı İKB ASC-nin (yeni adı “xxxx” Bank ASC) keçmiş rəhbərliyi xüsusən, idarə heyətinin sədri V.V.Xamaza bu tipli bir çox müqavilələr bağlamış və müqavilə bağladığı şəxslərlə razılaşaraq bütün müqavilələri gizli saxlamış və iddia müddətinin süni surətdə ötürülməsinə zəmin yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(103)-3793/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Bank ASC) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(103)-3793/2018 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6219/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin (yeni adı “xxxx” Bank ASC) nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Bu halı Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında da vurğulamışdır. Xahiş etdi ki, iddia təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəmə, iddia müddətinin mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edir. Belə ərizə olmazsa, məhkəmə iddia müddəti keçmiş tələbə mahiyyəti üzrə baxaraq, müvafiq qərar çıxarır. Beləliklə, maddənin tələbinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi məhkəmə qərarı çıxarılana kimi verməlidir. Lakin iş materiallarında cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi yoxdur. İş materiallarından məhkəmə iclas protokolundan da görünür ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Kollegiya yuxarıda qeyd olunanları və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-4915/2017 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçi İddiaçı X2 (yeni adı “xxxx” Bank ASC) cavabdeh X3 999307 manat əsas borc, 720787 manat faiz və 366214 manat dəbbə pulu olmaqla, cəmi ******* manat borc tutularaq iddiaçı, “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- iddia tələbinin Cavabdeh4 999307 manat əsas borc, 720787 manat faiz və 366214 manat dəbbə pulu olmaqla, cəmi ******* manat borc tutularaq iddiaçı, “İddiaçı İKB” ASC-nin (yeni adı “xxxx” Bank ASC) xeyrinə ödənilməsi və tələbin xx.xx.2010-cu il tarixli 2400 (İ) nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən ipoteka predmeti olan 0,07006 ha torpaq sahəsinə yönəldilməsi hissəsi təşkil edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA№ ******* seriyalı çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən 0.07006 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə, Daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22807 nömrəli- vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı X4 (yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh4 arasında 2400 (G) saylı, xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank Cavabdeh4 illik 18% olmaqla 24 ay müddətinə 1.000.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X4 (yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh4 və Cavabdeh2 arasında 2400(İ) saylı, xx.xx.2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka saxlayanla borclu arasında xx.xx.2010-cu il tarixli, 2400 (G) nömrəli kredit müqaviləsinə əsasən 1.000.000 AZN məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər, ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən, mülkiyyətində olan 0,07006 ha torpaq sahəsidir. İpoteka ilə yüklü edilmiş əmlak ******* AZN məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA ******* seriyalı çıxarışdan görünür ki,Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44/torpaq sahəsi öhdəlikləri tam yerinə yetirilənə kimi 24 ay müddətində İddiaçı İKB-nın (yeni adı “xxxx” Bank ASC) xeyrinə ipoteka ilə yüklü edilmiş, Daşınmaz əmlakın Dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22807 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı X4 (yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh4 və Cavabdeh3 arasında 2400(GZ)-2 saylı, 25.11,2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor qarşısında borc alanın müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan İddiaçı X4 (yeni adı “xxxx” Bank ASC) ilə Cavabdeh4 və X10 arasında 2400(GZ) saylı, 25.11,2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor qarşısında borc alanın müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi uçün cavabdehdir. İş materiallarında olan İddiaçı Bankın (yeni adı “xxxx” Bank ASC) xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2010-cu il tarixli, 2400 (G) saylı krediti müqaviləsi üzrə 999307 AZN əsas borc, 720787 AZN faiz borcu, 366214 AZN dəbbə borcu, cəmi ******* AZN məbləğində borcu vardır. İş materiallarında olan“xxxx” İKB ASC-i (yeni adı “xxxx” Bank ASC) tərəfindən Cavabdeh4 və Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci il tarixli, HD-502 saylı bildirişdən görünür ki, borcu ödəməyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 23058 saylı rəyindən görünür ki, Cavabdeh4 ilə İddiaçı ASC (yeni adı “xxxx” Bank ASC) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 2400(G) saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə (yeni adı “xxxx” Bank ASC) ödənilməli olan kredit borcu xx.xx.2012-ci il tarixə əsas borcu ******* manat, faiz borcu 198812,88 manat, xx.xx.2016-cı il tarixə əsas borcu ******* manat, faiz borcu 1049312,88 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh4 oğlu kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın Cavabdeh2 oğlunun mülkiyətində olduğu ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya maliyyə arayışı və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 999307 manat əsas, 198812,88 manat faiz borcu tutulmalıdır. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya dəbbə pulu məbləği ilə bağlı qeyd edir ki, kredit müqaviləsindən irəli gələn kredit borcunun əsas borc üzrə 999307 manat, faiz borcu üzrə 198812,88 manat məbləğində müəyyən olunduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 366214 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ olmaqla, həmin hissədə iddia qismən təmin edilərək, dəbbə pulu azaldaraq 49965 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədə uyğundur. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Kollegiya hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ilə bağlı “Hüquq və Torpaq Məsələləri “X12” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, 11 saylı rəyindən müəyyən olunur ki, aparılmış tədqiqatla müəyyən olundu ki, torpaq sahəsi zəbt olunaraq bir çox hissəsində çoxmərtəbəli yaşayış binası, su hovuzları inşa edilməsəydi və qalan hissəsi isə yeni tikilinin həyətyanı sahəsi kimi istifadə olunmasaydı torpaq sahəsinin dəyəri təxminən ******* manat təşkil edərdi. Lakin torpaq sahəsində qeyd olunan tikililər inşa edildiyindən bazar dəyəri kəskin şəkildə ucuzlaşıb və hazırkı vəziyyətdə əmlak ******* manat civarında dəyər itkisinə məruz qalıb. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən, 0,07006 ha torpaq sahəsinin hazırkı şəraitdə real bazar dəyəri təqribən 500000 manat, likvid dəyəri isə təqribən 350000 manat təşkil edir. Kollegiya qiymətləndirmə ilə bağlı rəyə qiymət verərək, hesab edir ki, rəy kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud bazar və likvid dəyəri əmlaka baxış keçirilməklə müəyyən olunmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 350000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı cavabdehdən, 40 manatı ididaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İKB ASC (yeni adı “xxxx” Bank ASC) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-4915/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh4 İddiaçı İKB ASC-nin (yeni adı “xxxx” Bank ASC) xeyrinə 999307 (doqquz yüz doxsan doqquz min üç yüz yeddi) manat əsas, 198812,88 (yüz doxsan səkkiz min səkkiz yüz on iki manat, 88 qəpik) manat faiz borcu, 49965 (qırx doqquz min doqquz yüz altmış beş) manat cərimə, 18 (on səkkiz) manat dövlət rüsumu, cəmi 1.248.102,88 (bir milyon iki yüz qırx səkkiz min yüz iki manat səksən səkkiz qəpik) manat tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 44 ünvanında yerləşən, 0,07006 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 350000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh4 banka olan borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 60 (altmış) manatı Cavabdeh4, 40 (qırx) manatı iddiaçı İddiaçı İKB ASC-dən (yeni adı “xxxx” Bank ASC) alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-49/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-49/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver