Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-490/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-490/2023 (Açar sözlər: “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və su sızmasının qarşısının alınması”) Bakı şəhəri 23 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)-556/2022 nömrəli qətnaməsindən cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir.
2. 77 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilində yaşayan X3 ərizəsinə əsasən onun yuxarıda göstərilən mənzilində və həmin mənzilin üstündə yerləşən 100 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 100 saylı mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması, hamam otağının uzun müddət istismardan sonra sistemin bütövlüyünün pozulması səbəbindən aşağı 97 saylı mənzilə mütəmadi su axıdılır. Bunun da nəticəsində 97 saylı mənzilin mətbəxində kafellər, şkaf, yaşayış otağının divar kağızı yararsız vəziyyətə düşmüş, işıq sistemində qısaqapanmalar yaranmışdır. 77 saylı MKİS-də olan məlumata görə 100 saylı mənzil vətəndaş Cavabdeh məxsusdur. Lakin faktiki olaraq həmin 100 saylı mənzildə şəxsiyyəti onlara məlum olmayan vətəndaşlar yaşayırlar.
3. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/950 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilinin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xəttləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 97 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən 97 saylı mənzilə baxış keçirilmiş və aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin üst mərtəbəsində yerləşən 100 saylı mənzildən suyun sızması müəyyən edilmişdir.
4. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının 97 saylı mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma hallarının baş vermədiyi müəyyən edilmişdir.
5. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.242 manat məbləğində müəyyən edilmişdir.
6. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 700 manat pulun, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 800 manat pulun və iddiasının təmin edildiyi halda, tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin hamam otağının, sanitar qovşağının, mətbəxinin su kanalizasiya sisteminin bağlama qurğularının və borularının tam yenilənməsinin təmin edilməsi, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1.242 manat pulun, iddiasının təmin edildiyi halda, tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu və 110 manat vəkil xidməti üçün ödədiyi pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinin sahibidir. Mənzil xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”-a əsasən ona məxsusdur. İki ilə yaxın müddətdir ki, onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən 100 saylı mənzildən mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilin mətbəxində kafellər və mebel, yaşayış otağının divar kağızı yararsız vəziyyətə düşmüş, işıq sistemində qısa qapanmalar yaranmışdır. Onun mənzilindən yuxarıda 100 saylı mənzildə şəxsiyyəti ona məlum olmayan vətəndaşlar yaşayır. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli akta əsasən, baş verənlərin səbəbi üst mərtəbədə yerləşən 100 saylı mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması və hamam otağının uzun müddət istismarından sonra sistemin bütövlüyünün pozulmasıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin mətbəxində yerləşən, xx.xx.2021-ci il tarixdə 700 manata alınmış mebel, o cümlədən kafellər, yaşayış otağının divar kağızları, işıq sistemində yaranan qısa qapanmalar səbəbindən mənzilin blokda yerləşən elektrik sayğacının üzərində quraşdırılmış elektrik avtomatı yararsız vəziyyətə düşmüşdür. Korlanmış mətbəx mebeli onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Həmçinin mənzilin yararsız vəziyyətə düşmüş hissələrinin, mətbəx mebelinin və elektrik avtomatının fotoları sübut kimi iddia ərizəsnə qoşma olaraq təqdim edilir. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 700 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 800 manat təşkil edən təmir-bərpa işlərinin aparılması tələb olunur.
10. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, onun mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mənzilə, bir mərtəbə yuxarıda, yəni, ünvan 1 ünvanında yerləşən mənzildən mütəmadi olaraq su axıdılır. Nəticədə mənzilinin mətbəxinin və hamam otağının tavanı və işıq sistemi, mətbəxin kafelləri və orada yerləşən mebel, yaşayış otağının divar kağızları yararsız vəziyyətə düşmüş, yaşayış otağında yerləşən kondisioner zədələnmiş və mənzilin işıq sistemində qısa qapanmalar yaranmışdır. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzili vətəndaş Cavabdeh məxsusdur. Hazırda həmin mənzildə şəxsiyyəti ona məlum olmayan vətəndaşlar kirayə yaşayırlar. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur. Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli akta əsasən, baş verənlərin səbəbi, üst mərtəbədə, yəni ünvan 1 ünvanında yerləşən mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması və hamam otağının uzun müddət istismarından sonra sistemin bütövlüyünün pozulmasıdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin mətbəxində yerləşən mebel zədələnmiş, o cümlədən mətbəxin və hamam otağının tavanı və işıq sistemi, kafelləri, yaşayış otağının divar kağızları yararsız vəziyyətə düşmüşdür. Bunlarla yanaşı, işıq sistemində yaranan qısa qapanmalar səbəbindən mənzilin blokda yerləşən elektrik sayğacının üzərində quraşdırılmış elektrik avtomatı sıradan çıxmışdır. Qeyd olunan səbəblərdən, yəni mətbəxin və hamam otağının işıq sisteminin və mənzilin blokda yerləşən elektrik sayğacının sıradan çıxması səbəblərindən, hazırda mənzildə yaşamaq mümkünsüz olmuşdur. Korlanmış mətbəx mebeli onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Həmçinin, mənzilin yararsız vəziyyətə düşmüş hissələrinin, mətbəx mebelinin və elektrik avtomatının fotoları sübut kimi iddia ərizəsinə qoşma olaraq təqdim edilmişdir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 1.242 manat təşkil edən təmir-bərpa işlərinin aparılması tələb olunur.
11. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)- 556/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, vurulmuş maddi zərərə görə 1.242 manat və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
16. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
17. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə 1.242 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 100 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur.
18. Beləliklə, məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə iddianın “cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin hamam otağının, sanitar qovşağının, mətbəxinin su kanalizasiya sisteminin bağlama qurğularının və borularının tam yenilənməsinin təmin edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli və Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilinə su sızmasının qarşısının alınması vəzifəsi qoyulmalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 157.4-cü, 170.2-ci, 226.1-ci, 226.2-ci, 1096.1-ci, 1097.1-ci, 1098.2-ci, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)-556/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi maddi ziyan vurulmuş mənzilin çoxmənzilli binada yerləşməsini, cavabdehin mənzilinin üst mərtəbəsində də də mənzil olmasını nəzərə almamış, su axıntısının cavabdehin mənzilindən yuxarıdadakı mənzildən axması mümkünlüyünü araşdırmamışdır.İddiaçının mənzilinə ziyan dəysə də bu cavabdehin təqsirindən baş verməsi sübut olunmur.
b) Apellyasiya şikayətinə yazılı etiraz
23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
28. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
29. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;
30. 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır;
31. 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir;
32. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
33. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
34. 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər;
35. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
36. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;
37. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
50. Belə ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 77 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilində yaşayan X3 ərizəsinə əsasən onun yuxarıda göstərilən mənzilində və həmin mənzilin üstündə yerləşən 100 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 100 saylı mənzilin mətbəxində bağlama qurğularının sıradan çıxması, hamam otağının uzun müddət istismardan sonra sistemin bütövlüyünün pozulması səbəbindən aşağı 97 saylı mənzilə mütəmadi su axıdılır. Bunun da nəticəsində 97 saylı mənzilin mətbəxində kafellər, şkaf, yaşayış otağının divar kağızı yararsız vəziyyətə düşmüş, işıq sistemində qısaqapanmalar yaranmışdır. 77 saylı MKİS-də olan məlumata görə 100 saylı mənzil vətəndaş Cavabdeh məxsusdur. Lakin faktiki olaraq həmin 100 saylı mənzildə şəxsiyyəti onlara məlum olmayan vətəndaşlar yaşayırlar.
51. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/950 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilinin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xəttləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 97 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən 97 saylı mənzilə baxış keçirilmiş və aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzilin üst mərtəbəsində yerləşən 100 saylı mənzildən suyun sızması müəyyən edilmişdir.Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə, eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının 97 saylı mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma hallarının baş vermədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 97 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.242 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
52. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/8044 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki : -Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 100 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən mənzilin konstuktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır.Bu səbəbdən 97 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 97 saylı mənzillərin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən 97 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 97 saylı mənzilin üst mərtəbəsinə yerləşən 100 saylı mənzildən suyun sızması müəyyən olunur. -Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 100 saylı mənzilinə baxış keçirilən zaman, 100 saylı mənzilin konstruktiv elementləri üzərində (tavan və divarlar və s..) su sızma əlamətlərinin olmadığını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 103 mənzildən 100 saylı mənzilə suyun sızmadığı müəyyən edilir. -Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 100 saylı mənzilinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar saylı evin 103 saylı mənzilindən su axıdılmadığından dəymiş ziyanın miqdarının müəyyən edilməsinə dair tədqiqat aparılmadı.
53. Məhkəmə Kollegiyası Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 29 saylı evin 100 saylı mənzilinin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xəttləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadığını, cavabdehin şikayətinin dəlilləri baxımından təkrar ekspertiza zamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 100 saylı mənzilinə baxış keçirilən zaman, 100 saylı mənzilin konstruktiv elementləri üzərində (tavan və divarlar və s..) su sızma əlamətlərinin olmadığını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 103 saylı mənzildən 100 saylı mənzilə suyun sızmadığı müəyyən edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılmışdır. Beləliklə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir.
54. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 97 saylı mənzillərin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən 97 saylı mənzilə baxış keçirməsi və bununla bağlı aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı evin 97 saylı mənzilin üst mərtəbəsinə yerləşən 100 saylı mənzildən suyun sızması müəyyən olunur.
55. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-n 88-ci maddəsi)
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır.Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir.
57. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
58. Beləliklə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə davamlı maddi ziyanın vurulması halı birinci instansiya məhkəməsi zamanı da sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmamış olur.
59. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-n 88-ci maddəsi)
60. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)- 556/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.