Məhkəmə qərarları › İş №2(103)-4908/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4908/2022

07.07.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4908/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İmanov Azad Nizam oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-dən ona mərhum əri Rafiq Əhməd oğlunun ölümü nəticəsində zərər çəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, 15 aprel 2022-ci il tarixdə cavabdeh "xxxx" MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli Barışıq Sazişin müddəalarına əsasən ilk iddiaçı X1 xx.xx.2022-ci il tarixli iddia tələbinin tam və ya qismən təmin olunmuş hissədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü tərəfində qarşılanması və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASG Helicopter Service” MMC xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin İddiaçı qarşı xx.xx.2021-ci il tarixli Barışıq Sazişin müddəalarına əsasən ilk iddiaçı X1 xx.xx.2022-ci il tarixli iddia tələbinin tam və ya qismən təmin olunmuş hissədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü tərəfində qarşılanması və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASG Helicopter Service” MMC xeyirinə tutulması barədə tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdehin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 156.1.-ci maddəsinə əsasən Hakim qarşılıqlı iddianı ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Belə ki, cavabdeh tərəfindən verilən qarşılıqlı iddia Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7794/2021 saylı xx.xx.2021-ci tarixli qərardadı ilə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin müddəalarının icrası ilə bağlıdır və qaşılıqlı iddia üzrə cavabdehin üzərinə hər hansı yeni bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Rayon məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia bilavasitə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7794/2021 saylı xx.xx.2021ci tarixli qərardadının icrasına yönəldiyindən icraata götürülməməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Azad İmanov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar