Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4912/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-74/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan 80.000 manat əsas borc, 26.915 manat 71 qəpik faiz, 33.920 manat 10 qəpik cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-74/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 80.000 manat əsas borc, 25.457 manat 78 qəpik faiz, 5.000 manat cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış faiz və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 121.542 manat 23 qəpiyin Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, 145 manat və 145 manat olmaqla keçirilmiş iki ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-74/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki, bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Digər tərəfdən cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də, həmin ekspert rəyi sübut sayıla bilməz. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsinə əsasən, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 16 % ödəmək şərti ilə 80.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 344/14/1 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli 344/14 saylı kredit müqaviləsinə əsasən verilmiş 80.000 manat məbləğində kreditin qalıq məbləği 80.000 manatın ödəniş müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə 80.000 manat əsas, 26.915 manat 71 qəpik faiz, 33.920 manat 10 qəpik cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış borc olmaqla, cəmi 151.890 manat 26 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 16221 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx xxxxxx 2015-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 92.657 manat 78 qəpik məbləğində, xx xxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən illik 5 % hesablanmaqla) olan cəmi borcu isə 100.435 manat 56 qəpik məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2015-ci il tarixə - əsas borc üzrə – 80.000 manat, - faiz üzrə – 12.657 manat 78 qəpik. xx.xx.2017-ci il tarixə - əsas borc üzrə – 80.000 manat, - faiz üzrə 20.435 manat 56 qəpik. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə Cavabdeh cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31986 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi borc alan Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan əsas borc və faiz aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə - əsas borc üzrə – 80.000 manat; - faiz üzrə – 25.457 manat 78 qəpik. xx.xx.2019-cu il tarixə (illik 5 %hesablanmaqla) - əsas borc üzrə – 80.000 manat; faiz üzrə 36.513 manat 33 qəpik. İş materiallarında xx xxxxxx 2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 448.1-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, Cavabdeh qeyd olunan müqavilə üzrə Ləğv prosesində olan “xxxx” ASC-dən 80.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etmədiyindən həmin müqavilədən yaranan əsas, xx xxxxxx 2020-ci il tarixli 31986 saylı ekspert rəyi ilə müəyyən edilən 25.457 manat 78 qəpik faiz və 5.000 manat cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış faiz Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qətnamədən apelyasiya şikayəti vermiş cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir.Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə tərtib olunan ekspert rəylərini mübahisələndirsə də, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-74/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4912/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4912/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver