Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4912/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyət ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, 20.11.2014-cü il tarixli, 791 nömrəli kredit müqaviləsi üzrə yaranmış 286,41 manat əsas borc, 699,81 manat cərimə, müqavilənin bitdiyi 20.11.2017-ci il tarixdən sonra hesablanmış 43,16 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1029,38 manat pulun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə X1 22.12.2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(001)-1886/2021 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2550/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Yasamal RPİ tərəfindən 28.01.2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri Binəqədi RPİ tərəfindən 10.04.2015-ci il tarixdə verilmiş AZE 14375108 nömrəli şəxsiyyət vəsiqəsindən və “AZEMİS” sistemindən 12.04.2021-ci il tarixdə çap edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri üzrə ünvan 3 ünvanda 10.04.2015-ci ildən rəsmi qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Bu səbəbdən hazırkı işə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə uyğun olaraq ərazi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvan 3 ünvan üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə uyğun olaraq, hazırkı mülki işə ərazi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvan 3 ünvan üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4912/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4912/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver