Məhkəmə qərarları › İş №2(103)-4913/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4913/2022

25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4913/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydın əvəzinin ödənilməsi tələbində dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh Əlihəsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh Əlihəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36,429.45 manat olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq xx.xx.2021-ci ildən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq İddiaçı MMC-yə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, ilk iddia üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə İddiaçı MMC-nin özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir xərclərinin dəyəri olaraq 5645 manat və mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manat pul ilk iddia üzrə İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Əlihəsən oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-59/2022saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-cu il tarixli qətnaməsinin dəyişdirilərək, onunla "X4" MMC arasında 02iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyalarının onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 940 manat icarə haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətiylə əlaqədar mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qəraraaldı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-4913/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC-nin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar