Məhkəmə qərarları › İş №2(103)-492/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-492/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-492/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" Kiçik Müəssisəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-23/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər "xxxx" Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 29 yanvar 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" KB məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə "xxxx" Müəssisəsi arasında bağlanmış 24 may 2011-ci il tarixli, 170/00/7/11 saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" Müəssisəsindən 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 471.723,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.966.100,48 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 237 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 267 manat məbləğində dövlət rüsumunun tutulması, 02 iyun 2011-ci il tarixli, 171/00/7/11 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 400.000 manat məbləğində müəyyən edilməklə, cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılmasına və evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh4, Cavabdeh5, X12, X17, X13, X20 və X21 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, 04 iyun 2011-ci il tarixli, 171/00/7/11/1 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməklə, cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində küçəsində mülkiyyətində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılması və qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 qeyri-yaşayış binasını ən gec bir ay ərzində boşaltmadıqda, həmin qeyri yaşayış sahəsinin məcburi qaydada boşaldılması, 10 iyun 2011-ci il tarixli, 170/00/7/11/2 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, 3cü Yasamal küçəsi 21 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh9, X7, X18 və onunla birlikdə yaşayan ailə üzvü X14 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, 01 noyabr 2011-ci il tarixli, 170/00/7/1 1/3 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 1.000.000 manat məbləğində müəyyən edilməklə, cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 286 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Rəfıyeva Hicran Lətif qızı və onunla birlikdə yaşayan ailə üzvü X22, Cavabdeh8, Həsənova (Rəfibəyli) Rahilə Rəfi qızı, X15 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, 13 mart 2012-ci il tarixli, 170/00/7/11/4 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, 18 aprel 2012-ci il tarixli, 171/00/7/11/5 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 10.000 manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılması, 18 aprel 2012-ci il tarixli, 171/00/7/11/5 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisəsindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılması, 18 aprel 2012-ci il tarixli 171/00/7/11/5 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 105.000 manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisisindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndi 3 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılması, 06 fevral 2013-cü il tarixli, 171/00/7/11/6 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməklə cavabdeh "xxxx" Müəssisisindən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlakkompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılması və qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra qeyri-yaşayış binasını ən gec bir ay ərzində boşaltmadıqda, həmin qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-23/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Müəssisəsindən ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 70.000 manat cərimə borcu olmaqla, cəmi 3.564.376,63 (üç milyon beş yüz atmış dörd min üç yüz yetmiş altı manat, altmış üç qəpik) manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 (iki yüz otuz yeddi) manat dövlət rüsumlarının tutulması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 450000 manat, Cavabdeh3 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yeerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiymətinin 150000 manat, Cavabdeh9, X7 və X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 245.000 manat, Rəfıyeva Hicran Lətif qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesində yerləşən 286 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 1.045.500 manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 223.000 manat, X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinin ilkin satış qiyməti 26.500 manat, X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinin ilkin satış qiyməti 174.000 manat, "xxxx" MMC-yə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsinin ilkin satış qiyməti 90.000 manat və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiymətinin 6.022.000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, adları çəkilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ləğv prosesində olan QSC "xxxx" KB-nin təmin edilmiş tələblərinin ödənilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X17, X13, X20 və X9 Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evindən, Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m. ümumi, 36,2 kv.m. əsas, 44,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından, Cavabdeh9, X7, X18 və X3 Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evindən, Rəfıyeva Hicran Lətif qızı, X22, Cavabdeh8, Həsənova (Rəfibəyli) Rahilə Rəfi qızı, X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesində yerləşən 286 saylı fərdi yaşayış evindən, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evindən çıxarılmaları və Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksinin (qeyri-yaşayış sahəsi) boşaldılması (iddiaçıya satıldığı təqdirdə), ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin daşınmaz əşyaların mülkiyyətçilərinə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun "xxxx" Müəssisəsindən tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda cavabdehlər "xxxx" Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank iş üzrə ekspert rəyi ilə razı olmamasını əmlakların faktiki bazar qiymətinə uyğun dəyərləndirilmədiyinə və ekspertizanın hansı əsaslarla həmin rəydə göstərilən nəticələrə gəlməsinin aydın olmadığını məhkəmənin nəzərinə çatdırmışdır. Qeyd edilən əmlakların qiymətinin ilkin satış qiymətləri ilə kəskin fərqin olmasını nəzərə alaraq ekspertizanın yenidən keçirilməsi ilə bağlı vəsatətlə rayon məhkəməsinə müraciət edilsə də, məhkəmə vəsatət hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qiymətlər arasında olan fərqə əhəmiyyət verməmişdir. Həmin daşınmaz əmlakların dəyəri həqiqi bazar dəyərindən yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakların iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni ərazidə yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. Hazırki dövrdə respublikada daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü hamıya bəlli olan haldır və bu faktın sübut edilməsinə ehtiyac yoxdur. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoyulmamış, maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Cavabdehlər "xxxx" Kiçik Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsasız olduğuna görə ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının tətbiq edilməsində cox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasında cavabdeh tərəf olaraq onların iştiraklarını təmin etməmişdir. Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin, cavabdeh "xxxx" Müəssisəsinin iddiaçı QSC “ Bank Stardart” KB-nə olan borcunun müəyyən edilməsi məhkəmə tərəfindən düzgün hesablanmamışdır. Belə ki, iddiaçı Bank Standart KB tərəfindən təqdim edilən sübutlar, ödəniş qəbzləri reallığı tam əks etdirmir və nəticədə məhkəmə şişirdilmiş bir məbləğdə borcun tutulması barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1572/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" Müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinin 427500 manat, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsi 144560 manat, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinin 232000 manat, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 286 saylı fərdi yaşayış evinin 995000 manat, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinin 215000 manat, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinin 25000 manat, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinin 164360 manat, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 03 ha torpaq sahəsinin 85500 manat, Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin ******* manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, qətnamənin qalan hissədə yəni, "xxxx" Müəssisəsindən ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 70.000 manat cərimə borcu olmaqla, cəmi 3.564.376,63 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumlarının tutulması, tutmanın - ipoteka predmetləri olan Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinə, Cavabdeh9, X7 və X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinə, Cavabdeh6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesində yerləşən 286 saylı fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinə, X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinə, X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinə, "xxxx" MMC-yə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsinə və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinə yönəldilməsi, adları çəkilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ləğv prosesində olan QSC "xxxx" KB-nin təmin edilmiş tələblərinin ödənilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X17, X13, X20 və X9 Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evindən, Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m. ümumi, 36,2 kv.m. əsas, 44,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından, Cavabdeh9, X7, X18 və X3 Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evindən, Rəfıyeva Hicran Lətif qızı, X22, Cavabdeh8, Həsənova (Rəfibəyli) Rahilə Rəfi qızı, X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesində yerləşən 286 saylı fərdi yaşayış evindən, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evindən çıxarılmaları və Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksinin (qeyri-yaşayış sahəsi) boşaldılması (iddiaçıya satıldığı təqdirdə), ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin daşınmaz əşyaların mülkiyyətçilərinə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun "xxxx" Müəssisəsindən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5270/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1572/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin1.4 ha torpaqla birlikdə ilkin satış qiymətinin 5.724.000 manat məbləğində müəyyən olunmasına dair hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X17, X13, X20, X21, Rəfiyev Hicran Lətif qızı, Cavabdeh7, X10, Həsənova (Rəfilbəyli) Rahilə Rəfi qızı və X11 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh "xxxx" Kiçik Müəssisəsi, X1, X5, X6 və X3 iş materiallarında olan ünvanlarına göndərilmiş məhkəmə bildirişi isə bu barədə poçt qəbzinin üzərindəki qeydlərə əsasən müvafiq olaraq «ünvan tam deyil» və «rəhmətə gedib» səbəbindən geri qaytarılmışdır. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Aidə Zeynalova öz apellyasiya şikayətini müdafiə edəərk onun təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etməyərək onların təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi «borcun ipoteka predmetinə yönəldilməsi» hissədə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5270/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 fevral 2019-cu il tarixli qətnaməsi “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin 5.724.000 manat məbləğində müəyyən olunması” hissəsində ləğv edilib, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün göndərildiyindən və qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alındığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin 5.724.000 manat məbləğində müəyyən olunması” hissəsində yoxlanılır. İşin faktiki hallarına görə "xxxx" Müəssisəsi ilə QSC "xxxx" KB arasında bağlanmış 24 may 2011-ci il tarixli, 170/00/7/11 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən "xxxx" Müəssisəsinə 60 ay müddətinə, illik 6% olmaqla 3.200.000 manat məbləğində kredit verilmişdir. 02 iyun 2011-ci il, 04 iyun 2011-ci il, 10 iyun 2011-ci il, 01 noyabr 2011 -ci il, 13 mart 2012-ci il, 18 aprel 2012-ci il və 06 fevral 2013-cü il tarixlərdə bağlanmış ipoteka müqavilələri ilə müvafiq olaraq digər cavabdehlər Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən 0,10725 ha torpaq sahəsi və onun üzərində yerləşən 132 saylı fərdi yaşayış evi, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,50 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyriyaşayış binası; Cavabdeh9, X7 və X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsindəki 0,03211 ha torpaq sahəsi və onun üzərində yerləşən 121 saylı fərdi yaşayış evi; Cavabdeh6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində inşa olunmuş 286 saylı fərdi yaşayış evi; Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 79 b saylı fərdi yaşayış evi; X16 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha və 0,8711 ha torpaq sahələri; "Res- İnvest” MMC-yə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsi və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən 1,4 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisəni ipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat vermişlər. Beləliklə, 3.200.000 manat məbləğində kredit cavabdeh "xxxx" Müəssisəsinə verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, 08 may 2015-ci il tarixə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 471.723,85 manat cərimə borcu qalmışdır. Xəbərdarlıq məktubu ilə iddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, elektron xidmətlər portalından və qəbzlərə əsasən isə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 237 manat dövlət rüsumu ödənilmişdir. Borc məbləği cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Hazırki vəziyyətdə apellyasiya icraatında yoxlanılan hissə üzrə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsi ipoteka ilə yüklü edilərkən tərəflərin razılaşması əsasında əmlakın ilkin satış qiyməti 1.000.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin ƏEM/M 17-258/18 saylı 01 mart 2018-ci il tarixli rəyinə əsasən Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin qiyməti 6.022.000 manat müəyyən edilmişdir. Lakin hazırki işə bundan əvvəl ilk dəfə apellyasiya qaydasında baxılarkən "xxxx" Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən hazırlanmış xx.xx.2019-cu il tarixli ekspert rəyində həmin əmlakın dəyəri 5.724.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5270/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilənlərlə bağlı xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin 14 yanvar 2019-cu il tarixli ekspert rəyini vermiş ekspert Nüsrət İbrahimov ifadəsində bildirmişdir ki, anbarın sahəsi 7309 kv.m-dir. Onun bir hissəsi soyuducu anbarıdır, soyuducu anbarın bir kvadrat metrini 7.10 manata icarəyə verirlər. Bu qiymət soyuducu anbarlar nəzərə alınmaqla verilmişdir. Maya dəyəri satışın ən aşağı dəyəridir. 1.000.000 manat anbarın divarlarının qiymətidir. Qiymətləndirmə bazar qiymətlərinə uyğun olaraq aparılmışdır. Hazırki işdə mübahisələndirilən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə 2(103)-12441/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Bununla bağlı "xxxx" MMC-nin G-12/19-352 saylı xx.xx.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin mövcud bazar qiyməti ******* manat təşkil edir. “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Məhkəmə kollegiyası sözügedən rəyi əsaslandırılmış, mötəbər və real hesab edərək belə qənaətə gəlir ki, qətnamə «borcun ipoteka predmetinə yönəldilməsi» hissəsində dəyişdirilərək, ipoteka predmeti olan “Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksi kimi müəssisə ilə birlikdə ilkin satış qiyməti xx.xx.2019-cu il tarixli rəyə əsasən ******* manat müəyyən edilməlidir. Beləliklə, tərəflər Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mübahisəli əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə dəyərinin sonuncu rəydə verilmiş qiymətdən fərqli olmasına dair başqa sübut təqdim edə bilməmişlər. Halbuki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin müəyyən olunması” hissəsində dəyişdirilməli, həmin ipoteka predmetinin ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməli, keçirilmiş qiymətləndirmənin dəyəri olaraq 2400 manat pulun 2000 manatı iddiaçı LPO “Bank Standart” KB-yə, 400 manatı isə "xxxx" Kiçik Müəssisəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO “Bank Standart” KB-nin Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-23/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin müəyyən olunması” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilsin. Hazırki iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olaraq 2400 manat pulun 2000 manatı iddiaçı LPO “Bank Standart” KB-dən, 400 manatı isə "xxxx" Kiçik Müəssisəsindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, "xxxx" ASC Əməliyyat filialı, M\h: AZ89NABZ********************, kod: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H\h: AZ40AMRA********************) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar