Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4938/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxxx katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-206/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-206/2020 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.164 (beş min bir yüz altmış dörd) manat əsas, 1.044,33 (bir min qırx dörd manat, otuz üç qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, cəmi 6.308,33 (altı min üç yüz səkkiz manat, otuz üç qəpik) manat borc, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Çünki, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəfindən dəftərxana vasitəsi ilə onların nümayəndəsinin iştirak olmadan baxılması barədə ərizə daxil olmuş, cavabdehlər isə məhkəmə iclasına üzürlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə illik 42% ilə 6.000 manat kredit verilmişdir. İddiaçı Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixə 5.164 manat əsas, 1.044,33 manat faiz, 232,58 manat cərimə borcunun yarandığını iddia edir və həmin məbləğin ödənilməsini cavabdehlərdən tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 16548 nömrəli ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixinə Cavabdeh1 5.164 manat əsas, 1.044,33 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh1 qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu göstərsə də bu pozuntuların nədən ibarət olduğunu şikayətində açıqlamamışdır. İkincisi, şikayətdə göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, o, qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh1 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla onlara münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-206/2020 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4938/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4938/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver