Məhkəmə qərarları › İş №2(103)-4938/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4938/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4938/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli qərardaddan Cavabdeh1 MMC-nin verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Cavabdeh MMC həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayəti, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsinin tələblərinə cavab verməməsi əsası ilə qaytarmışdır. Cavabdeh MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Rayon Məhkəməsi şikayəti qəbul etmiş, şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla onu təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, MPM-nin 268.1. və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-nin 269-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi tarixdən sonrakı gündən başlanır və 10 günün tamamında qurtarır (MPM; maddələr 128 və 129). İş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardad cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə İmtiqam qızının elektron kabinetə xx.xx.2022-ci il tarixdə yüklənilmişdir. Cavabdeh MMC tərəfindən vəkilə (nümayəndəyə) 3 il müddətinə verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, MMC, digər səlahiyyətlər ilə yanaşı məhkəmə aktından şikayət vermək səlahiyyətini də vəkilə etibar etmişdir. Həmin etibarnamənin ləğv edilməsini təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, qərardad iddiaçıya rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilmiş və qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2022-ci il tarix olmuşdur. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə qərardaddan şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2022ci il tarixdə vermişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün müddət cavabdeh MMC tərəfindən ötürülmüşdür. Şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş cavabdeh MMC, Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayətə baxmış və daha sonra şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 10 may 2022-ci il tarixli qərardaddan Cavabdeh1 MMC-nin verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət, mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar