Məhkəmə qərarları › İş №2(103)-4939/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4939/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4939/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2 (103) –4939/2021 Məhkəmə iclası PROTOKOLU 03 iyun 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Səmədov Tofiq Səməd oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 10:40-da açır və baxılacaq işi elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlib-gəlməmələrini aydınlaşdırır. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə dair məktubu elan edir. Məhkəmə kollegiyası yerində müşavirə edərək, qərara alır: Mülki iş Qaradağ Rayon Məhkəməsinin 2(002)-74/2021 saylı, 16 may 2021-ci il tarixli məktubuna əsasən baxışdan çıxarılaraq həmin məhkəməyə göndərilsin. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə iclasının protokolu 03 iyun 2021-ci il tarixində tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar