Məhkəmə qərarları › İş №2(103)-4940/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4940/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4940/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit borcunun və faizlərin tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6136/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 276 saylı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 61000 ABŞ dolları, normal faiz borcu üzrə 49643,58 ABŞ dolları, cərimə məbləği üzrə 26367 ABŞ dolları, cəmi 137010,58 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 61000 ABŞ dolları əsas borc, 23280 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 89280 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-6136/2015 nömrəli qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

4. 16.12.2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-6136/2015 nömrəli qətnaməsi Cavabdeh poçt vasitəsi ilə göndərilmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindənxx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən kassasiya şikayəti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1756/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-6136/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6136/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6136/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi və Bakı şəhəri Nərimanov Rayon 2(005)-6136/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir.

11. Qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6136/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

13. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

15. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

17. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.

18. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.

19. Lakin iş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət elektron imzalanmamış, ”Mülki Prosessual Məcəlləyə əlavə 2”- də müəyyən edilən formaya uyğun tərtib edilməmişdir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6136/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar