Məhkəmə qərarları › İş №2(103)-4945/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4945/2020

18.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4945/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “xxxx” MMC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmişapellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə, Cavabdeh2nə və "xxxx” ASC-nə qarşı iddia ərizəsi, sonradan isə ancaq “xxxx” MMC-ni cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən ona dəymiş zərərin əvəzi qismində 6271,40 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinin və Cavabdeh2 xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrası qaydasında “xxxx” MMC-nin təşkil etdiyi hərracda elektron qaydada iştirak edərək ən yüksək qiyməti (3305 manat) təklif etməklə 117,8 qram qızıl-zinyət əşyalarını (2 sep, 2 klon, 2 komplekt, kolye, qolbağ) almış, hərracın qalibi kimi onunla hərracın təşkilatçısı arasında hərracın yekunları barədə N 67/02 saylı protokol tərtib edilmiş, əmlakın dəyərini “İpoteka Haqqında” Qanunun 42.7-ci maddəsinə əsasən 7 gün ərzində Cavabdeh2 depozit hesabına ödəmişdir. Protokolda hərracın keçirilməsinə dair sifarişi verən Cavabdeh2 icra məmurunun və tələbkar bankın rümayəndəsinin imzası tələb olunsa da, protokol onlar tərəfindən imzalanmamış, sonradan öyrənmişdir ki, icra məmuru hərrac günü heç hərracın keçirilməsində iştirak etməmişdir. Belə olduğu təqdirdə o, hərrac təşkilatçısı ilə arasında tərtib olunan protokolu və Cavabdeh2 depozit hesabına ödədiyi 3162 manatın qəbzini götürərək Cavabdeh2nə getmiş, lakin orada müxtəlif bəhanələr gətirərək protokolu imzalamaqdan imtina etmişlər. Sonra isə bildirilmişdir ki, o, bura gəlməli deyil, hərrac özü protokolu onlara göndərməlidir. Hərracların keçirilməsinə dair https://birjanews.az/saytında qızıl-zinyət əşyalarının hərracında qalib olduğu göstərilsə də, udduğu qızıl-zinət əşyalarını ona verməkdən imtina etmişlər. Bu hüququ pozulmasaydı, satın aldığı 117,8 qram İtaliya qızılı ona adi mülki dövriyyə şəraitində bir xeyli miqdarda qazanc qazandıracaqdı. Bu qazancın miqdarını müəyyən etmək üçün “X6 Kredit Təşkilatı” X1 müraciət edilsə, 1 qram 750 əyyarlı İtaliya qızılının qramı 48 manat müəyyən olunmuşdur. Belə olduğu təqdirdə 117,8 qram 750 əyyarlı qızılın qiyməti 5664 manat edir. 750 əyyarlı qızılın bazarda alış-satış qiyməti isə daha çox 55-60 manat arası qiymətləndirilir. “xxxx” MMC ilə arasında bağlanan protokolda da qeyd olunub ki, hərracın satışını təşkil edən sifarişçi hərrac protokolunun yekununu təsdiq etdiyi andan hərraca görə tam məsuliyyət daşıyır və istənilən instansiyada cavabdeh qismində çıxış edir. Əgər konkret olaraq bu normaya istinad edilsə, sifarişçi (Cavabdeh2) hərracın yekununu öz imzası ilə təsdiq etməkdən imtina etdiyinə görə, natamam protokola hərrac təşkilatı, yəni “xxxx” MMC məsuliyyət daşımalıdır. Bu qarmaqarışıq vəziyyətdə əmlakın satışını həyata keçirən tərəflər, qanunla öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, biri-birilərinin üzərinə atmışlar. Nəticədə qalibi olduğu hərracdan satın aldığı qızıl-zinyət əşyalarını ala bilməyərək, əldə edə biləcəyi qazancdan məhrum olmuşdur. Bununla əlaqəli Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 415.5-ci maddəsinə istinad edilsə, ödədiyi beh (144 manat) də ikiqat məbləğdə (288 manat) ona qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin iddianın mahiyyətinə varmadan qərar verdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini və lazımi araşdırma aparmadığını irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, cavabdeh MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı X7 məxsus ümumi çəkisi 117,8 qram olan qızıl-zinyət əşyaları Cavabdeh2 sifarişi əsasında hərraca çıxarılmış, “xxxx” MMC-nin keçirdiyi hərracda iştirak edən iddiaçı ilkin satış qiyməti 2875 manat müəyyənləşdirilən həmin əmlakı 3305 manat təklif edərək satın almış, bununla əlaqədar xx.xx.2019-cu il tarixdə “Hərracın yekunları barədə protokol” tərtib olunaraq protokol iddiaçı və hərrac təşkilatçısının direktoru tərəfindən imzalanmış, iddiaçı əmlakın dəyərini, yəni 3162 manatı (ödədiyi beh məbləği çıxılmaqla) Cavabdeh2 hesabına ödəmiş, lakin protokol sifarişçinin (Cavabdeh2) və tələbkarın (“xxxx” ASC) nümayəndələri tərəfindən imzalanmadığından əmlak ona verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, iddiaçının iddiasını sübuta yetirə bilmədiyini vurğulamaqla qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 41-ci maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.5-ci maddəsinə görə isə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının qalibi olduğu hərracın təşkilatçısı olan “xxxx” MMC-nin direktoru müvafiq protokolu imzalamış, beləliklə də onun iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və sifarişçinin, yaxud tələbkarın hərrac protokolunu imzalamamış olmalarının məsuliyyətini təşkilatçı daşıya bilməz. Buna görə də kollegiya hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən hazırkı icraat çərçivəsində iddianın təmin (tam və ya qismən) olunması mümkün deyildir; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “xxxx” MMC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar