Məhkəmə qərarları › İş №2(103)-4947/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4947/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4947/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs “AAAF İnşaat MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “AAAF İnşaat MMC cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 299/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 32.817,74 manat, 4.079,04 manat faiz borcu, əldən çıxmış fayda üçün 8.204,43 manat, cəmi 45.101,21 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 225,30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 299/2023 nömrəli qətnaməsi ilə (L.O.Talıbova) iddia qismən təmin edilmiş, Cavabdeh 24.130 manat əsas borcun və 225,70 manat dövlət rüsumu və bank xidmət xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Qətnamədən narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər.

6. Üçüncü şəxs “AAAF İnşaat MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq normaları

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Tərəflərin tərtib etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: a) Bu Sazişi imzalamaqla Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçı olaraq həmin iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat pulla bağlı tələb hüququnu "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixində bağlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə ləğv olunmuş kredit müqaviləsi üzrə Banka dəymiş zərərin ödənilməsi məqsədilə hazırki iş üzrə iddiaçı "xxxx" ASC-yə ötürür və həmin məbləğin "xxxx" MMC tərəfindən Banka ödənilməsinə razı olduğunu bildirir. b) Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçı olaraq həmin iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat məbləğ üzrə sonuncu tərəfindən həyata keçirilmiş bütün ödənişləri (əgər mövcuddursa) Banka ödəməyi öz öhdəsinə götürür. c) Hazırki iş üzrə Cavabdeh yuxarıda adı çəkilən məhkəmə qərarı üzrə sahib olduğu tələb hüququnu Banka ötürdüyü təqdirdə iddiaçı olaraq Bank hazırki məhkəmə işi üzrə Cavabdeh qarşı öz iddia tələblərindən imtina edir. d) Hazırki məhkəmə işi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə həmin iş üzrə iddiaçı Cavabdeh ödəməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat məbləğin sonuncunun tələb hüququnu Banka güzəşt etməsi ilə əlaqədar Banka ödənilməsi ilə bağlı öhdəlik götürür. Əgər həmin məbləğdən artıq Cavabdeh edilmiş ödənişlər mövcuddursa, həmin ödənişlər qeyd olunan ödəmə məbləğindən çıxılır və Cavabdeh tərəfindən Banka ödənilir. e) Hazırki iş üzrə Tərəflər xx.xx.2015-ci il tarixdə bağlanmış kredit və alqı-satqı müqavilələri və bundan irəli gələn digər tələblərlə bağlı gələcəklə bir-birilərinə qarşı nə məhkəmədən kənar, nə də məhkəmə qaydasında hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini) öz öhdələrinə götürürlər. f) Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısı ilə çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

9. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-299/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı "xxxx" ASC və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: a) Bu Sazişi imzalamaqla Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçı olaraq həmin iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat pulla bağlı tələb hüququnu "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixində bağlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə ləğv olunmuş kredit müqaviləsi üzrə Banka dəymiş zərərin ödənilməsi məqsədilə hazırki iş üzrə iddiaçı "xxxx" ASC-yə ötürür və həmin məbləğin "xxxx" MMC tərəfindən Banka ödənilməsinə razı olduğunu bildirir. b) Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçı olaraq həmin iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat məbləğ üzrə sonuncu tərəfindən həyata keçirilmiş bütün ödənişləri (əgər mövcuddursa) Banka ödəməyi öz öhdəsinə götürür. c) Hazırki iş üzrə Cavabdeh yuxarıda adı çəkilən məhkəmə qərarı üzrə sahib olduğu tələb hüququnu Banka ötürdüyü təqdirdə iddiaçı olaraq Bank hazırki məhkəmə işi üzrə Cavabdeh qarşı öz iddia tələblərindən imtina edir. d) Hazırki məhkəmə işi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6229/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə həmin iş üzrə iddiaçı Cavabdeh ödəməsi qət edilən 24.130 (iyirmi dörd min yüz otuz) manat məbləğin sonuncunun tələb hüququnu Banka güzəşt etməsi ilə əlaqədar Banka ödənilməsi ilə bağlı öhdəlik götürür. Əgər həmin məbləğdən artıq Cavabdeh edilmiş ödənişlər mövcuddursa, həmin ödənişlər qeyd olunan ödəmə məbləğindən çıxılır və Cavabdeh tərəfindən Banka ödənilir. e) Hazırki iş üzrə Tərəflər xx.xx.2015-ci il tarixdə bağlanmış kredit və alqı-satqı müqavilələri və bundan irəli gələn digər tələblərlə bağlı gələcəklə bir-birilərinə qarşı nə məhkəmədən kənar, nə də məhkəmə qaydasında hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini) öz öhdələrinə götürürlər. f) Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısı ilə çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-299/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar