Məhkəmə qərarları › İş №2(103)-4951/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4951/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4951/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il 2(010)-1546/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1719-xx.xx.2015-Sur56 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8624,77 manat əsas borca gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 1878,28 manat məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 38,78 manat məbləğində dövlət rüsumunun tutularaq QSCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1546/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 tərəfindən qeyd olunan qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il 2(010)-1546/2023 nömrəli qərardadı ilə İddiaçıQSC BOKT-un nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 15 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, məhkəmənin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayət "Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə göndərilsə də, şikayətin özü elektron imza ilə imzalanmamış, habelə şikayət Mülki Prosessual Məcəlləsinə "Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, “Elektron məhkəmə informasiya” Sistemindən müəyyən edilir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti 01 iyun 2023-cü il tarixdə elektron qaydada imzalanmaqla elektron kabinet vasitəsi ilə verilmişdir. Məhkəmə tərəfindən isə yalnız PDF formada olan apellyasiya şikayəti çıxarılmaqla işə əlavə edilmiş, qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlər onu deməyə əsas verir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il 2(010)-1546/2023 nömrəli qərardadı ləğv edilməli, sözügedən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il 2(010)-1546/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1546/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfdən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilsin və apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar