Məhkəmə qərarları › İş №2(103)-4953/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4953/2021

22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4953/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iş mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı cavabdehdən 10.10.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və indiyə qədər tərəfindən ödənilmiş 6000 manat aliment pulunun 3000 manatının cavabdehdən alınaraq, ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 13.06.2015-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər.Həmin nikahdan 10.10.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir.Cavabdehlə münasibətləri pisləşdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilərək tərəflər arasında 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 13.06.2015ci il tarixdə bağlanmış nikahın pozulması, 10.10.2016-cı il təvəllüdlü X2 Nuray Allahverdiyevanın yanında qalması, qarşılıqlı iddia tələbinin qismən təmin olunaraq Ömər Allahverdiyevin yetkinlik yaşına çatana kimi saxlanması üçün 19.02.2018-ci il tarixdən başlayaraq Cavabdeh X1 xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Hal-hazırda cavabdeh işləyir, aylıq müntəzəm qazanca malikdir. İddiaçı tərəfindən uşağa hər ay 500 manat Uşaq Bağçaları (Midlands və Happy Babies) üçün pul ödənilir. İndiyə kimi cəmi 6000 manat ancaq uşağın bağçasına pul ödəmişdir. Lakin cavabdeh bir dəfə də olsun nə bağça pulunu ödəmiş, nə də ki əlavə xərclərdə iştirak etmişdir. Hal-hazırda da oğlu X5 bağçaya gedir və bağçanın aylıq xərcləri 500 manat təşkil edir.Belə ki, o, bir valideyn kimi övladının tələbatını ödəməkdə çətinlik çəkir. Buna görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uşağının saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və hazırda uşağın tələbatını ödəmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1098/2018 saylı 01.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 10 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və hər ay ondan 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1388/2020 saylı işi üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarına əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-4144/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki işin apellyasiya baxışı zamanı iddiaçı Cəfərova (Allahverdiyeva) Nuray Allahverdi qızı məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı Cavabdeh məhkəməyə ərizələri təqdim edərək, apellyasiya şikayətlərindən imtina etdiklərindən apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər barışıblar və nikah münasibətləri davam edir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyatorların apellyasiya şikayətlərindən imtina barədə ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Cəfərova (Allahverdiyeva) Nuray Allahverdi qızı və Cavabdeh tərəflərindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilsin. İddiaçı Cəfərova (Allahverdiyeva) Nuray Allahverdi qızı və Cavabdeh apellyasiya şikayətləri üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar