Məhkəmə qərarları › İş №e-2(001)-5471/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5471/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5471/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MKT-yə qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MKT-yə qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A ünvanında yerləşən Cavabdeh2 MTK 16 mərtəbəli 5A saylı yaşayış evinin 1-ci igiriş, 7-ci mərtəbə ümumi sahəsi 95.0 kv.m olan 2 otaqlı 37 nömrəli mənzilin bacısı tərəfindən bağışlanmış ünvan 2 ünvanda yerləşən əmlakın satılaraq əldə edilmiş gəliri hesabına alınması nəzərə alınaraq mənzilin 97.95 % hissədə payın ödənişinin şəxsi vəsaiti hesabına alınması ilə əlaqədar mənzilin 100% pay hüququnun onun adına rəsmiləşdirilməsi, cavabdehin 2.05% paya münasibətdə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-3877/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “iddiaçı Cavabdeh2 MTK cavabdeh qismində cəlb etməklə Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri,Xətai rayonu Zığ yolu 5A ünvanında yerləşən, 16 mərtəbəli 5A saylı yaşayış evinin 1- giriş 7- ci mərtəbə ümumi sahəsi 95.0 kv.m olan 2 otaqlı 37 nömrəli mənzillə bağlı müqavilənin ləğv edilməsi, mənzil üzərində iddiaçının 100% payının müəyyən edilməsi, cavabdehə mənzilə olan payının müqabilində kompensasiya verilməsi ilə bağlı iddia tələbini irəli sürsə də, tərəflərin izahatından və iş materiallarından görünür ki, tələb keçmiş ər-arvad, yəni İddiaçı ilə Cavabdeh1 arasında əmlak bölgüsü ilə bağlıdır. Belə ki, Cavabdeh1 ilə İddiaçı 2015-ci il tarixdə nikaha daxil olmuş, mübahisəli mənzilin alqı satqısı isə 2024-cü il tarixə, yəni tərəflərin birgə nikahı dövrünə təsadüf edir. Tərəflərin hər ikisi də ünvan 4 ünvanında qeydiyyatdadır” ... «Elektron məhkəmə» informasiya sistemindən çıxarışlardan göründüyü kimi, iddiaçı və cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadırlar. Lakin ünvan 6larından görünür ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak Bakı şəhəri Xətai rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “… Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir”. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1 qarşı” iş üzrə 13 iyul 1995-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəməyə və ya məhkəmə funksiyasını yerinə yetirən orqana müraciət hüququna qoyulan məhdudiyyət qanuni məqsəd daşımırsa və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə yoxdursa, həmin məhdudiyyət 6-cı maddənin 1-ci bəndinə uyğun ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırkı iş bir məhkəmədən digərinə göndərilsə də, məhkəmələr arasında fikir ayrılığının olması aşkardır. Belə ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MTKnin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu ərazisi olmaqla cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə iddia ilə xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, iddia icraata qəbul edildikdən sonra mülki iş ərazi aidiyyat qaydaları əsaslanmaqla digər cavabdehin qeydiyyat ünvanı əsasında bir məhkəmədən digər məhkəməyə göndərilməklə məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Ona görə də, hesab edirəm ki, hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün e-2(001)- 5471/2025 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MKT-yə qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(001)-5471/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar