Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4955/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-4955/2024 Açar sözlər: (mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması; yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “X2” MMC cəlb edilməklə) “mənzildən istifadə hüququn tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-626/2024 nömrəli qətnaməsindən birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 8anov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 13 nömrəli sərəncamına əsasən sökülmüşdür. Söküntüsü aparılmış mənzil Cavabdeh1 istifadə və sahibliyinə 1992-ci il tarixdən verilmiş, İddiaçı isə xx.xx.1992-ci il tarixdən göstərilən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur.
2. “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 034/A nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasından mənzili “Vətəndaş”ın mülkiyyətinə verir, “Vətəndaş” isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilən qaydada “Satıcı”ya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Vətəndaş” yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi sahəsi 45,0 m2-dən ibarət olan təmirli mənzili Əliyar Əliyev küç.,ev 41 B ünvanında sökülmüş mənzili ilə əvəz edir. Müqavilənin 2.3-cü bəndinə əsasən “Vətəndaş”a 1,0 m2 sahənin ödənişi, 1.300 manat şirkət tərəfindən ödəniləcək.
3. “X2” MMC tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, MMC tərəfindən ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41 B ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi işlərinin aparılmasını həyata keçirir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 27 mart 2007-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər İddiaçı, X21, X16, X13, X14, X19, Cavabdeh2, X20, X17r.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1207/2003 saylı, xx.xx.2003cü il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kənd XDS İK-da bağlanmış 52 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X5 himayəsində və tərbiyyəsində saxlanılması, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək iddiaçı Cavabdeh1 xx.xx.2003-cü il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alınıb cavabdeh X7 verilməsi qət edilmişdir.
7. Xaçmaz Rayon X33 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli, 49 və 50 nömrəli arayışlarına əsasən, Cavabdeh2 1995-ci ildə A.Məmmədov adına X33 orta məktəbinin 1ci sinfinə qəbul olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və tam orta təhsil haqqında sənədlə təmin olunmuşdur, İddiaçı isə 1997-ci ildə A.Məmmədov adına X33 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2006-cı ildə 9-cu sinfi bitirmiş və ümumi orta təhsil haqqında sənədlə təmin olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B, 27 saylı mənzilin əvəzində ona verilən mənzildən istifadə hüququnun tanınması, iddiaçının orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin oğludur və doğulduğu vaxtdan cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanında qeydiyyatdadır və orada yaşamışdır. İddiaçı tərəfindən verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, “X2” MMC tərəfindən ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən çoxmənzilli binanın sökülərək yerində yeni binanın tikinti işləri həyata keçirilməkdədir. Lakin həmin məktubda cavabdehlə bağlanan müqavilə barəsində məlumat verilməkdən imtina olunmuşdur. Cavabdeh1 binanın sökülməsi ilə əlaqədar iddiaçıdan mənzili tərk etməsini və yeni tikiləcək binada ona verilən mənzildə birgə yaşayışı davam etdirəcəklərini iddiaçıya bildirmişdir. Yeni bina tikildikdən və yeni mənzil cavabdehə təhvil verildikdən sonra isə cavabdeh həmin mənzildən istifadəyə mane olmuş, iddiaçının həmin mənzildə yaşamasına imkan verməmişdir. Ona görə də iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək İddiaçı ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 8 saylı mənzildən istifadə hüququnun tanınması, iddiaçının orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, “X4” MMC ilə Cavabdeh1 arasında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 8anov rayonu, Əliyar Əliyev 41 B ünvanında, 1-ci blokun, 2-ci mərtəbəsində yerləşən, 8 saylı, 1 otaqlı, ümumi 45 kv.m ibarət olan təmirli mənzili Əliyar Əliyev küçəsi, ev 41 ünvanında sökülmüş mənzili əvəz edir. İddiaçının tələbinə münasibətdə qeyd edilir ki, iddiaçının sözügedən ünvan 5 ünvanında qeydiyyatda olması formal xarakter daşımışdır. Belə ki, uşaqların anası ilə Cavabdeh1 arasında olan nikaha 2003-ci ildə ləğv edilmiş və uşaqlar analarının himayəsində qalmışdır. Uşaqlar həmin vaxtdan bu günə qədər bir gün belə olsun həmin evdə yaşamamışlar. Əgər yaşamamışlarsa hansı istifadə hüququndan söhbət gedə bilər?! Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd olunanla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, o, həmin mənzildə yaşayırdı. İddiaçı 8 ildir evlidir. Cavabdeh1 isə yenidən nikaha daxil olmuş, 20 ildən çoxdur ki evlidir və 2 övladı var. Əgər iddiaçı iddia edirsə, o evdə yaşamışdırsa, 8 nəfərin 20 kv.m evdə yaşaması məntiqə uyğun deyildir.
12. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 ünvan 8anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə dair istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh2 anaları X9 ilə nikah pozulmamışdan qabaq onlar kirayə qalırdılar. 27 nömrəli mənzili keçmiş həyat yoldaşı bəyənmədiyindən orada qalmırdılar. Uşaqlar ananın himayəsində olduğundan, keçmiş həyat yoldaşı orada qeydiyyatda olduğundan uşaqlar 18 yaşına çatar-çatmaz ora qeydiyyata düşmüşlər. Nikah pozulduqdan sonra onlar Xaçmaz rayonu, Qusarçay qəsəbəsinə X5 anasının yanına daimi köçmüşlər. O, hal-hazırda ikinci həyat yoldaşı ilə X14 ilə rəsmi nikahdadır. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. O, sözügedən mənzildə qeydiyyatda olsalar da, hal-hazırda kirayə mənzildə yaşayırlar. Yeni mənzil onlara təhvil verilməmişdir. Ona məxsus mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur və uzun illərdir ki, cavabdehlər ayrı ünvanlarda yaşayırlar. Aralarında olan ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı və onun anası yaşadıqları mənzilə gələrək onun ailəsini təhqir etmiş, həyat yoldaşına hədə-qorxu gəlmiş, ona və ailəsinə nalayiq ifadələr işlətmişdir. Cavabdehlərin hər birinin yaşamaq üçün mənzilləri olsa da, ona məxsus mənzildən pasport qeydiyyatından çıxmırlar. Bu isə onun mülkiyyət hüquqlarını pozur.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair 2(005)- 1526/2024 saylı mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-626/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
15. Məhkəmə iclasında X15 və X6 şahid qismində dindirilmişlər.
16. X3 ifadəsində bildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Bina sökülən zaman cavabdeh ona mənzili satmaq istəsə də, oğlu ilə bağlı problemlər olduğunu bildirmişdir. İddiaçının mübahisəli mənzildə yaşadığını heç görməmişdir. DİN tərəfindən 2003-cü ildə order əsasında yaşayış mənzili verilirdi. O, cavabdehin əvvəlki ailəsini ümumiyyətlə tanımamış, yalnız ikinci ailəsi barədə məlumatı var. Cavabdehlə mənzilləri yanaşı yerləşirdi. Cavabdehin mənzili 1 otaqdan ibarət olmaqla, sahəsi 20-22 kv.m idi. Mənzillərin sahəsi hamıda eyni idi.
17. X1 ifadəsində bildirmişdir ki, Cavabdeh1 1994-1995-ci ildən etibarən tanıyır və o, qonşusudur, iddiaçını isə tanımır. 1986-cı ildən etibarən o, sökülən binada yaşayır. Atası Cavabdeh1 kimi polis işçisi olduğuna görə, ona həmin binada mənzil verilmişdi. Təqribən 1997-1988-ci ildən etibarən cavabdehin 2-ci ailəsini tanımış, onun 1-ci ailəsi barədə məlumatı yoxdur. Onlar 1-ci, cavabdeh isə 3-cü mərtəbədə olmaqla bina sökülənə qədər həmin ünvanda yaşamışlar. Əlavə olaraq qeyd edir ki, ona məxsus mənzil artım olduğuna görə, 45 kv.m idi, lakin mənzillərin standart sahəsi 1 otaqlı olmaqla 19-23 kv.m idi.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-626/2024 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) birinci iş üzrə iddia tələbi təmin edilməmiş, birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilərək cavabdehlər İddiaçı və Cavabdeh2 ünvan 8anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi qərara alınmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, birinci iş üzrə İddiaçı ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı ilə bağlı mübahisə mövcuddur. Belə ki, birinci iş üzrə cavabdehin verdiyi izahatlara və yazılı etirazlarına əsasən, ikinci iş üzrə cavabdehlər söküntüsü aparılmış mənzildə yaşamamışlar, yalnız Cavabdeh2 qısa müddət yaşamış, daha sonra anaları ilə daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hətta cavabdehlər ümumi təhsillərini Xaçmaz rayonunda almışlar. Bununla yanaşı, birinci iş üzrə İddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1990-cı il tarixdən sökülmüş ünvanda yerləşən mənzildə yaşamaqla qeydiyyatda olduğunu, binanın sökülməsi ilə əlaqədar mənzili tərk etdiyini və yeni tikiləcək binada veriləcək mənzildə yaşaması üçün ona şərait yaradılacağı iş üzrə Cavabdeh1 tərəfindən əmin edilmişdir. Birinci iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, söküntüsü aparılmış mənzilin 1992-ci ildə polis orqanlarında işlədiyinə görə verildiyini, həmin mənzildə cavabdehlər qeydiyyata alınsalar da keçmiş arvadı - cavabdehlərin anası tərəfindən həmin mənzildə qəti olaraq yaşamağa etiraz edildiyi, bu səbəbdən də övladlarını götürüb getdiyini bildirir.
20. ünvan 8anov rayonu, Ə.Əliyev küçəsi, ev 41B ünvanında yerləşən 27 saylı mənzil ilə bağlı birinci iş üzrə Cavabdeh1 istifadə hüququ 1992-ci ildən sonra yarandığından müvafiq münasibətlərə əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq edilməlidir.
21. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, işin məhkəmədə müəyyən edilmiş faktiki halları və şahid ifadələrinə əsasən, ikinci iş üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 mübahisəli mənzildə yaşamaları, o cümlədən həmin mənzildən təyinatı üzrə istifadə etmələri müəyyən edilmir. Belə ki, məhkəməyə sübut qismində təqdim olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Rayon X33 Orta Məktəbinin xx.xx.2024-cü il tarixli arayışlarından da göründüyü kimi, ikinci iş üzrə cavabdehlər 1995-ci il və 1997-ci il tarixlərində müvafiq olaraq A.Məmmədov adına X33 orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, məktəbi bitirənədək, yəni 2006-cı il tarixədək həmin məktəbdə oxumuşlar. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2- 1207/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh Bayramova (Qədirova) Məhbubə Qubad qızı arasında olan nikah pozulmuş, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı cavabdeh X5 himayəsində və tərbiyəsində saxlanılması qət olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər İddiaçı və Cavabdeh2 hələ valideynlərinin nikahlarının rəsmi qaydada pozulmasından əvvəl Xaçmaz Rayon X33 Orta Məktəbində təhsil almağa başlamışlar, nikah rəsmi pozulduqdan sonra anaları Bayramova (Qədirova) Məhbubə Qubad qızının himayəsində saxlanılmış və həmin dövrdə Xaçmaz rayonunda yaşamışlar.
22. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X6 da ifadələrində hazırki mübahisəli hala dair faktları təsdiq edərək, İddiaçı habelə Cavabdeh2 mübahisəli mənzildə yaşadığını görmədiklərini, onları tanımadıqlarını, Cavabdeh1 hazırki ailəsinin ikinci nikahı olmasından məlumatlı olmadıqlarını, o cümlədən hazırki nikahından dünyaya gəlmiş övladlarını tanıdıqlarını bildirmiş, mülki iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin dəlilləri barədə faktları təsdiqləmişlər. Beləliklə, ikinci iş üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 mübahisəli mənzildə heç vaxt yaşamadıqları şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.
23. Bundan başqa, iş materiallarında olan 134 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən Nərimanov rayonu, Əşrəf Əliyev 41B ünvanında yerləşən binada valideynləri ilə birgə qeydiyyatda olmuşdur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şəxsin mənzildə pasport qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.
24. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, birləşdirilmiş iddia üzrə digər Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, onun tərəfindən iddia tələbinə heç bir münasibət bildirilməmişdir.
25. Beləliklə, işin faktiki hallarına və şahid ifadələrinə əsasən müəyyən olunmuşdur ki, cavabdehlər faktiki olaraq ünvan 8anov rayonu, Əliyar Əliyev 41B ünvanında yerləşən 27 nömrəli mənzil ünvanda yaşamamışlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır.
26. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 53, 54, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə, 9-cu maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində bir sıra pozuntulara yol verilmiş, işin halları ilə uyğun gəlməyən və sübuta yetirilməyən faktiki hallara istinad olunmuşdur. Məhkəmə cavabdehin təqdim etdiyi boşanma haqqında qətnaməyə və orta məktəbin verdiyi arayışı, eləcə də şahid ifadələrini əsas götürərək belə bir qanunsuz qətnamə qəbul etmişdir. Şahid ifadələri ilə bağlı qeyd etmək lazımdır ki, həmin şəxslərin verdiyi ifadələr heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin şəxslər cavabdeh tərəfindən məhkəməyə cəlb edilmiş və ancaq öz mövqelərinə uyğun ifadə verə biləcək şəxslər nəzərə alınmışdır. Onların ümumiyyətlə bu işlə bağlılıqları müəyyən olunmur, həmin binada həqiqətən yaşamaları və qonşu olmaları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ümumiyyətlə belə bir vəsatəti təmin etməməli olduğu halda, həm vəsatəti təmin etmiş, həm də həmin şahidlərin verdikləri ifadələri mötəbər dəlil kimi qiymətləndirmişdir. Hətta qətnamədə də qeyd edildiyi kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, cavabdehlə 2003-2004-cü illərdən etibarən qonşu olmuşlar. Hazırki mübahisə isə 1992-ci ildən İddiaçı həmin mənzildə yaşaması ilə bağlı olmuşdur. Göründüyü kimi, bu ifadələr mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz, ona görə də məhkəmə tərəfindən qətnamə qəbulu zamanı nəzərə alınmamalı idi. Məhkəmənin növbəti kobud pozuntusu onunla əlaqədar olmuşdur ki, hər hansı sübut olmadan nikah rəsmi pozulduqdan sonra iddiaçının anası Bayramova (Qədirova) Məhbubə Qubadqızının himayəsində saxlanıldığı üçün həmin dövrdə Xaçmaz rayonunda yaşadığını müəyyən etməsi olmuşdur. Halbuki, bununla əlaqədar iş üzrə hər hansı sübut yoxdur və ola da bilməz. Həmin qətnamə şəxslərin yaşayış yeri ilə bağlı hər hansı məlumat vermir, yalnız İddiaçı anasının himayəsində saxlanıldığını təsdiq edir. Cavabdehin təqdim etdiyi təhsillə bağlı arayış onun yaşayış yerini müəyyən etmir. Çünki proses zamanı da bildirdiyi kimi, İddiaçı faktiki olaraq təhsilinin ilk illərini Bakı şəhərində 32 saylı orta məktəbdə almış, 2006-cı ildə 1 saylı Bakı Peşə liseyinə qəbul olmuş, 2009-cu il tarixində oranı bitirmişdir. Qətnamənin növbəti qanunsuzluğu onunla əlaqədar olmuşdur ki, iddia tələbi yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi olmuşdur və məhkəmə iddia tələbini olduğu kimi təmin etmişdir. Hətta məhkəmə gedişatı zamanı hakim pozuntuya yol verərək cavabdehə iddianın “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi dəyişdirilməsini təklif etmiş, lakin cavabdeh bununla razılaşmamış və tələbini bu qaydada qoymuşdur. Şəxsin övlad olma faktı artıq istifadə hüququnun yaranması üçün əsasdır. Onun sonradan həmin evdə yaşayıb-yaşaması istifadə hüququna xitam zamanı araşdırıla bilər. Qanunvericiliyin istinad olunan normalarından da aydın olur ki, şəxsin birinci dərəcəli ailə üzvü olması onun yaşayış sahəsindən istifadə hüququnun yaranması və bu hüququn mövcud olması üçün kifayətdir. Əgər şəxs bu hüququndan istifadə etməzsə və Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən əsaslar üzrə öz yaşayış yerini daimi olaraq tərk edirsə, yaranmış istifadə hüququna xitam verilə bilər. Məhkəmə elə bir qətnamə çıxarmışdır ki, İddiaçı ümumiyyətlə mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır. Halbuki, işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin oğludur və hazırda da valideynlik hüquqlarından məhrumetmə halı olmadığı üçün rəsmi olaraq ata-oğul statusundadırlar. Belə olan təqdirdə İddiaçı istifadə hüququnun ümumiyyətlə yaranmadığını təsbit etmək tamamilə qanunazidd olmuşdur. Qətnamədə 6-cı səhifə 2-ci abzasında da göstərildiyi kimi, “birinci iş üzrə cavabdehin verdiyi izahatlara və yazılı etirazlarına əsasən, ikinci iş üzrə cavabdehlər söküntüsü aparılmış mənzildə yaşamamışlar, yalnız Cavabdeh2 qısa müddət yaşamış, daha sonra anaları ilə daimi yaşamaq üçün başqa ünvana köçmüşlər, hətta cavabdehlər ümumi təhsillərini Xaçmaz rayonunda almışlar.” Göründüyü kimi, cavabdeh də İddiaçı həmin mənzildə yaşamasını qəbul etmiş, belə olan halda onun istifadə hüququnun olmayan hesab edilməsi mümkün deyildir. Növbəti və ən vacib məqamlardan biri odur ki, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ümumiyyətlə iddia predmeti ilə bağlı subyektiv hüququ yoxdur. Çünki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövləKt adastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun. Məhkəmə ikinci iş üzrə Cavabdeh1 subyektiv hüququ olub-olmamasını araşdırmamış, əmlak üzərində hüquqlar qeydiyyata alınmadığı və bununla əlaqədar cavabdeh tərəfindən hər hansı digər sənəd təqdim edilmədiyi halda, onu mülkiyyətçi kimi qəbul etmiş və verdiyi əsassız tələbi təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən birinci iş üzrə iddiaçı apellyasiya şikayini müdafiə edərək bildirdi ki, o, iki il mənzildə yaşamış və birinci və ikinsi sinifə oradan getmişdir. Cavabdeh onları mənzildən məcburi çıxartmışdır. Hazırda ailəlidir, Bayıl qəsəbəsində qayınatasının evində yaşayır. Mənzilin yerləşdiyi bina yataqxanadır, cavabdeh anası ilə ailə qurduqdan sonra ora verilmişdir. Atası polis işləyirdi.
33. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən birinci iş üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
34. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, kirayədə qaldığı üçün keçmiş həyatyoldaşı narazılıq edirdi və bildirirdi ki, ev sahibi tez-tez müdaxilələr edir və bu səbəblə Xaçmaza qayıdacaqdır. O, bu səbəblə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdi, polis olduğu üçün onu yataqxanaya müvəqqəti yaşamaq üçün göndərdilər və bildirdilər ki, sonra imkan olanda ona ev də verəcəklər. İddiaçının dörd yaşayış yeri var. İddiaçı ona bildirmişdir ki, onu incitmək məqsədilə bu iddianı qaldırıb. Onun öz iddiasını qaldırmaqda məqsədi odur ki, cavabdeh öz həyat yoldaşının evinə qeydiyyata düşsü
35. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə və birləşdirilmiş iş üzrə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. Kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə birinci iş üzrə iddia rədd edildiyindən, birləşdirilmiş iş üzrə iddia təmin edildiyindən, birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qətnamənin əsaslığı birinci iş üzrə tam, birləşdirilmiş iş üzrə isə yalnız İddiaçı münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. İşdə olan sənədlərlə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 13 nömrəli sərəncamına əsasən ünvan 11 ünvanında yerləşən bina sökülmüş, həmin binada iddiaçının yaşadığı 27 nömrəli mənzilin əvəzinə “X2” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MMC sözügedən ünvanda inşa ediləcək yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 8 saylı, 1 otaqlı, ümumi sahəsi 45,0 m2-dən ibarət olan təmirli mənzili Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür.
42. Tərəflərin izahatları və şahid ifadələri ilə həmçinin müəyyən edilir ki, sözügedən 27 nömrəli mənzil Cavabdeh1 polis əməkdaşı olduğu üçün order əsasında verilmişdir.
43. Birinci iş üzrə İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh1 binanın sökülməsi ilə əlaqədar iddiaçıdan mənzili tərk etməsini və yeni tikiləcək binada ona verilən mənzildə birgə yaşayışı davam etdirəcəklərini ona bildirmişdir. Yeni bina tikildikdən və yeni mənzil cavabdehə təhvil verildikdən sonra isə cavabdeh həmin mənzildən istifadəyə mane olmuş, iddiaçının həmin mənzildə yaşamasına imkan verməmişdir.
44. Lakin işdən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, valideynlərinin nikahlarının rəsmi qaydada pozulmasından əvvəl 1997-ci ildə Xaçmaz Rayon X33 Orta Məktəbində təhsil almağa başlamış, xx.xx.2003-cü il tarixdə valideynlərinin nikahı pozulduqdan sonra da anası Bayramova (Qədirova) Məhbubə Qubad qızının himayəsində olmaqla Xaçmaz rayonunda təhsilini davam etmiş, 2006-cı ildə təhsilini bitirmişdir. İş üzrə şahid qismində ifadə vermiş şəxslər ifadələrində bildirmişlər ki, İddiaçı sözügedən mənzildə yaşadığını görməmişlər.
45. Məhkəmə iclasında iddiaçı özü də bildirmişdir ki, o, birinci və ikinsi sinifə həmin mənzildən getmişdir.
46. Beləliklə, göstərilənlərlə müəyyən edilir ki, İddiaçı Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən binanın 27 nömrəli mənzilindən 1997-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində köçmüş və orada yaşamağa davam etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
48. Qanunvericiliyin tələbindən göründüyü kimi, Cavabdeh1 birləşdirilmiş iş üzrə iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır və onun ərizəsinin məzmunundan, həmçinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlarından müəyyən olunur ki, onun iddia qaldırmaqda məqsədi İddiaçı Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən binanın 27 nömrəli mənzilindən istifadə hüququnun olmamasının təsbit edilməsi, bunun müəyyən edilməsi nəticəsində İddiaçı həmin mənzildən qeydiyyatdan çıxarılması, veriləcək yeni mənzilə İddiaçı iddialarının qarşısının alınmasıdır.
49. İşdən də göründüyü kimi, İddiaçı mənzil qanunvericiliyi ilə müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində həmin mənzildən istifadə hüququnu itirmişdir. Beləliklə, iddia tələbinin “yaşayış sahəsindən istifadə hüququnun olmayan hesab edilməsi” və ya “istifadə hüququnun itirilmiş hesab edilməsi” kimi ifadə olunmasından asılı olmayaraq, hazırda İddiaçı sözügedən mənzildən istifadə hüququ mövcud deyil.
50. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə ifadə vermiş şahidlərin yaşayış yerlərinin Ə.Əliyev küçəsi 41B ünvanında yerləşən bina olması iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışlarla müəyyən edilir (iş v. 165-166). Birinci iş üzrə iddiaçı birinci instansiya məhkəməsində vəkil ilə təmsil olunmuş, digər şahidlərin çağırılması barədə vəsatət vermək hüququndan istifadə etməmişdir.
52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxsin mənzildə qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddia təmin olunduğundan birinci iş üzrə iddianın təmin edilməsi istisna edilir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 626/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.