Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4956/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı “qaz xətlərinin çıxarılması” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və “Beyləqan-Q Kiçik müəssisəsinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı “qaz xətlərinin çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayonu, 1 nömrəli X2 ərazisində (faktiki olaraq Suraxanı rayonu) yerləşən 1 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin balansında olmaqla dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Abşeron rayon İcra Hakimiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsinin İddiaçı xeyrinə icarə hüququ ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4nə məxsus qeyri-yaşayış obyektlərinə dördü yeraltı, biri yerüstü olmaqla beş qaz xətti çəkilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
2. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “texniki şərtlərin ləğv edilməsi və qaz xətlərinin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh6 tərəfindən Cavabdeh1 verilmiş TŞ 14849 saylı, xx.xx.2013-cü il tarixli Texniki Şərtin, Cavabdeh3 verilmiş TŞ 26276 saylı, xx.xx.2015-ci il tarixli Texniki Şərtin, Cavabdeh2 verilmiş TŞ 28975 saylı, xx.xx.2017-ci il tarixli Texniki Şərtin, "xxxx" Kiçik Müəssisəsinə verilmiş Texniki Şərtin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş Texniki Şərtin ləğv edilməsi, həmin Texniki Şərtlər əsasında icarə hüququ ilə ona məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivi ərazisində yerləşən, sahəsi 1 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdən başlayaraq 99 illlik müddətinə icarə hüququ ilə onun xeyrinə yüklü edilmişdir. Həmin torpaq sahəsi üzərinə həm dövlətin mülkiyyət hüququ, həm də torpaq üzərində onun xeyrinə icarə hüququ ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlakın ünvanı Abşeron rayonu, 1 nömrəli X2 ərazisi kimi qeyd edilsə də, bu qeyd həmin ərazinin fəaliyyəti dövründə Abşeron rayonuna tabe olan 1 nömrəli Zeytunçuluq Sovxozuna düşdüyü səbəbindən edilmişdir. Bu daşınmaz əmlak ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ərazilər Bakı şəhəri Suraxanı rayonunun ərazisi hesab olunur və daşınmaz əmlak üzərində qeydiyyat da 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilir. Torpaq sahəsi hal-hazırda tərəfindən istifadə olunmur. Torpaqda müəyyən işlər görülməsi üçün bu ilin əvvəlində əraziyə getdikdə orada ona məxsus ərazidən keçirilməklə çəkilmiş qaz xəttinin olduğunu müşahidə edib. Bununla bağlı dərhal aidiyyəti üzrə Cavabdeh6nə müraciət edib. Ərizə üzrə mütəxəssislər cəlb edildi və əraziyə birlikdə baxış keçirildi. Bu zaman məlum oldu ki, o aşkar etdiyi xətlərdən başqa xətlər də mövcuddur. Daha dörd xətt yeraltı olaraq çəkilmişdir. Ümumilikdə beş qaz xətti aşkar edildi. Eyni zamanda müəyyən edildi ki, qaz xətləri qeyri-əhali qaz xətləri olmaqla fərdi şəxslərə məxsusdur. Bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edildi və həmin aktın surəti Cavabdeh6 Bakı X6 departamentinin xx.xx.2020-ci il tarixli, ZM-275 saylı “Müraciətə baxılması haqqında” cavab məktubu ilə birlikdə ona verildi. Bundan sonra yenidən Cavabdeh6nə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək çəkilmiş qaz xətlərinin yerinin dəyişdirilməsini xahiş edib. Cavab olaraq məlumat üçün ona Cavabdeh6 İstehslat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərovun imzası ilə xx.xx.2020-ci il tarixli məktub göndərildi. Məktub Bakı X6 Departamentinə ünvanlanmaqla ərizənin baxılması həmin təşkilata həvalə olundu. Lakin bu müddət ərzində müraciət etdiyi problem həllini tapmadı. Belə olduqda o ilk növbədə həmin qaz xətlərinin çəkilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərt alınıb-alınmamasını müəyyən etmək məqsədi ilə yenə də Cavabdeh6nə ərizə ilə müraciət edib. Müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixində cavab məktubu alıb. Həmin məktubda qaz xəttinin çəkilməsinə Cavabdeh6 tərəfindən verilmiş üç texniki şərt – iddia tələbləri üzrə cavabdeh olan fiziki şəxslərə aid olan texniki şərtlərin kodları haqqında məlumat alıb. Məktubda “digər iki obyekt barədə bazada heç bir məlumat tapılmaması” bildirildi. Müraciətinin aidiyyəti təşkilat tərəfindən həll edilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, onun icarəsində olan torpaq sahəsindən keçməklə çəkilməsinə qanunsuz olaraq verilmiş texniki şərtlər əsasında qaz xətləri çəkilmiş olması aşkar olsa da, nə aidiyyəti orqanlar, nə də həmin qaz xətlərinin istifadəçiləri bu pozuntunu aradan qaldırmaq niyyətində deyil. Hesab edir ki, iddia tələbləri üzrə cavabdehlər tərəfindən icarə hüququ ilə ona məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş qaz xətləri onun hüquqlarını pozur. Belə ki, əvvəla həmin qaz xətləri torpaq sahəsindən istifadədə ona məhdudiyyətlər yaradır. Digər tərəfdən təhlükəsizlik baxımından da bunu doğru hesab etmir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər hansı bir iş aparılması zamanı qaz xətlərinin zədələnməsi və yarana biləcək qaz sızması yanğınla və yaxud partlayışla nəticələnə bilər. Digər tərəfdən məlumdur ki, icarə hüququ özü alınıb satıla bilən hüquqdur. Bu qaz xətlərinin mövcudluğu ona məxsus icarə hüququnun qiymətinə mənfi təsir edir. Aşkardır ki, hər hansı bir alıcı bu icarə hüququnu almaq istədiyi halda qaz xətlərinə görə icarə hüququnu bazar qiymətindən aşağı qiymətləndirəcək. Beləliklə hesab edir ki, icarə hüququ ilə ona məxsus olan torpaq sahəsindən qaz xətlərinin keçirilməsinə hüquqi əsas vermiş texniki şərtlər ləğv edilməlidir. Belə ki, verilmiş texniki şərtlər digər şəxslərin hüquqlarını toxunmamalı olduğu halda buna əməl edilməmişdir”.
5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X2 ərazisində yerləşən 1 ha torpaq sahəsində çəkilmiş beş qaz xətti həmin sahədən cavabdehlərin hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh6 İB Cavabdeh2 məxsus obyektin qazlaşdırılması üçün tərtib edilmiş hər iki texniki şərt mübahisəli torpaq sahəsində mövcud olan, artıq çəkilmiş olan qaz xəttini mənbə kimi qəbul etməklə həmin xətdən fermaya qaz xətti çəkilməsi ilə bağlı tərtib edilmişdir. Yəni bu texniki şərtlərin heç biri hazırda iddiaçının icarəsində olan torpaq sahəsindən keçən qaz xəttinin çəkilməsi ilə bağlı tərtib edilməmiş, artıq çəkilmiş olan həmin qaz xəttindən cavabdehin fermasına xətt çəkilməsi ilə bağlı verilmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, texniki şərtlər tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Bu baxımdan həmin texniki şərt istənilən halda başqasının mülkiyyətində olan torpaq sahəsindən qaz xətti çəkmək üçün qanuni əsas təşkil edə bilməzdi. Bu baxımdan məhkəmə qaz xəttinin Cavabdeh6 İB tərəfindən çəkilmiş olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məxsus qeyri-yaşayış obyektlərini qazla təmin edən qaz xəttinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh6 İB tərəfindən iddiaçının müraciətinə verilmiş cavabda qeyd edilmişdir ki, Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2013-cü il tarixdə, Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2015-ci il tarixdə texniki şərt verilmişdir. Digər Cavabdeh2 fərqli olaraq həmin cavabdehlər müvafiq texniki şərt və layihələndirmə sənədlərini məhkəməyə təqdim etmədiklərindən (Qaz xətlərinin qanuni əsasla çəkildiyini iddia edirlərsə, bu sənədləri məhkəməyə təqdim etmək onların üzərinə düşürdü) məhkəmə tərəfindən həmin texniki şərtlərin iddiaçının torpaq sahəsindən keçən qaz xəttinə görə, yoxsa Cavabdeh2 olduğu kimi artıq çəkilmiş qaz xəttindən obyektə qaz xətti çəkilməsinə görə verilmiş olduğunu müəyyən etmək mümkün olmamışdır. İstənilən halda məhkəmə təkrar qeyd edir ki, texniki şərtlər tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir və qaz xəttinin çəkilməsi üçün hüquqi əsas təşkil etmir. Digər cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qazla təmin edən qaz xətlərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh6 İB tərəfindən verilmiş məlumatda bu qaz xətlərinin biri yerüstü (Cavabdeh5nə məxsus olan), digəri isə yeraltı olmaqla iddiaçının icarəsində olan torpaq sahəsindən keçdiyi qeyd edilmiş, bununla bağlı akt tərtib edilmişdir. Cavabdeh6 İB tərəfindən iddiaçının müraciəti üzrə verilmiş digər cavabda bu iki qeyri-yaşayış obyektinin qazlaşdırılması ilə bağlı bazada heç bir məlumat tapılmadığı qeyd edilmişdir. Göründüyü kimi digərlərindən fərqli olaraq bu cavabdehlərə məxsus obyektləri qazla təmin edən qaz xətti ilə bağlı texniki şərt belə verilməmişdir. Belə olan halda həmin cavabdehlərin qaz xətlərinin qanuni olaraq çəkdildiyini iddia etmələri üçün heç bir əsasları yoxdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı icarəsində olan torpaq sahəsindən heç bir qanuni əsas olmadan beş qaz xətti çəkilmişdir. Bu qaz xətlərinin hər biri cavabdehlərdən birinə məxsus qeyriyaşayış obyektini qazla təmin edir və cavabdehlərin sifarişi əsasında çəkilmişdir. Cavabdehlərin heç biri işin bu hallarını mübahisələndirməmiş, qaz xətlərinin çəkilməsi ilə heç bir əlaqələri olmadığını, qaz xəttindən keçən qazdan istifadə etmədiklərini iddia etməmişlər. Cavabdehlərin mübahisələndirdiyi əsas məsələ qaz xətlərinin Cavabdeh6 İB tərəfindən, onların nəzarəti altında çəkilmiş olması ilə bağlı olmuşdur ki, məhkəmə həmin məsələni artıq yuxarıda araşdırmış, Cavabdeh6 İB tərəfindən bu qeyri-yaşayış obyektlərindən üçünün qazlaşdırılması ilə bağlı tərtib edilmiş texniki şərtlərin sadəcə texniki sənəd olduğu və başqasının mülkiyyətində olan torpaq sahəsindən qaz xətti çəkmək üçün qanuni əsas təşkil etmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsində çəkilmiş bu qaz xətləri qanunsuz olaraq çəkilmişdir və qaz xətlərini çəkmiş cavabdehlər tərəfindən sökülməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 12, 16-cı maddələri, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 1.5-cı maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(010)-25/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işdə olan, o cümlədən cavabdehlərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. Cavabdehlər tərəfindən təqdim edilmiş çoxsaylı sənədlər, rəylər, lisenziyalar, sertifikatlar və sənədlər əsasında verilmiş texniki şərtlərlə tam sübut edilir ki, cavabdehlər iş üzrə mübahisəli hesab edilən qaz xətlərinin çəkilməsi zamanı heç bir qanunsuzluğa yol verməmiş, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu,“Qazdan istifadə qaydaları”,“Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və “Tikinti norma və qaydaları”nın tələblərinə əməl etmiş, müvafiq səlahiyyətli orqanların, yəni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və X3 Agentliyinin, Dövlət Neft Şirkətinin,Azəriqaz İB-nin bilavasitə iştirakı və müvafiq icazələri ilə qaz xətləri çəkilmişdir. Hazırki iş üzrə mübahisıəli hesab edilən qaz xətləri layihə-smeta və texniki icra sənədlərinə uyğun çəkilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin təqdim etdiyi sənədlərin “sadəcə texniki sənəd olduğu və başqasının mülkiyyətində olan torpaq sahəsindən qaz xətti çəkmək üçün qanuni əsas təşkil etmədiyi”ni göstərsə də, qəbul etdiyi qətnamədə cavabdehlərin mülkiyyətlərində olan obyektlərə qaz çəkdirməkləri üçün hansı qaydaya əməl etməli olduqları və hansı sənədləri əldə etməli olduqlarını göstərməmişdir. Cavabdehlərə məxsus qeyri-yaşayış obyektlərinə quraşdırılmış qaz xətlərinin hansı dövrdə quraşdırılmasından və bu məqsədlə texnii şərtlərin hansı tarixdə verilməsindən asılı olmayaraq məhkəmə iclasında araşdıılmış sübutlarla tam təsdiq eilmişdir ki. iddiaçı Nəcəf Nağdalıyevin icarəsinə hazırki iş üzrə sözügedən torpaq sahəsi verilərkən tam qanunsuzluğa yol verilmiş, həmin torpağın, cavabdehlərin qeyri-yaşayış sahlərinə çəkilmiş qaz xətləri ilə yüklü olması nəzərə alınmamışdır. İddia tələbinin Cavabdeh6 İB-nəqarşı iddianın rədd edilməsi hissəsində də qətnamə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırki işdə Azəriqaz İB-ni cəlb etmədən hazırki iddianın mahiyyəti üzrə obyektiv həll edilməsi heç cürə mümkün deyildir. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə əlaqədar qeyd edilməlidir ki, ekspert qarşısında birinci instansiya məhkəməsinin qoyduğu suallar nəzərə alınmaqla həmin rəy əhəmiyyətsizdir və hər hansı sübut növü kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi ekspert qarşısında cavabdehlər tərəfindən çəkilmiş qaz xətlərinin mövcud qanunvericiliyə uyğun çəkilib-çəkilməməsi aydınlaşdırmalı olduğu halda, işə baxan hakim hər iki tərəfin qəbul etdiyi və sübut olunmağa ehtiyac olmayan məsələ üzrə, yəni iddiaçının icarəsində olan torpaq sahəsindən qaz xəttinin keçib-keçməməsi barədə sual qoymuşdur. Halbuki, iş üzrə tərəflər həmin faktı təsdiq etdiklərindən və bu fakt vizual baxışla da sübut olunduğundan qeyd olunan sualın ekspert qarşısında qoyulmasına heç bir zərurət və ehtiyac yoxdur. Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və “Beyləqan- Q Kiçik müəssisəsinin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsi qətnaməsində texniki şərt qaz xəttinin çəkilməsi üçün əsas olmadığını bildirir. Qanunvericilikdə qaz xəttinin çəkilməsi üçün yeganə sənədin texniki şərt olmağı yazılmışdır. Qazın çəkilməsi texniki işdir və buna görə də texniki sənəd olmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində texniki şərtin texniki sənəd olduğunu bildirir. Bununla razılaşmırlar.Texniki sənəd olmadan hansı sənədlə qaz xətti çəkilə bilər? "Azəriqaz" İB-in və digər orqanların xəbəri olmadan heç bir qaz xətti çəkilə bilməz. Müdafiə etdiyi şəxslər qanunvericiliyin bütün şərtlərinə əməl edib, pulu ödəyib texniki şərtlərini alıblar. Heç kəs özbaşına qaz xətti çəkə bilməz, "Azəriqaz" İB nümayəndələrini göndərir və qaz xətti çəkilir. Qaz xəttini çəkən və sayğacı ora qoyan "Azəriqaz" İB-dir, xətti səhv çəkibsə, yerini dəyişdirilməlidir.
11. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o birinci instansiya məhkəməsində iştirak edib və "Azəriqaz" İB-in nümayəndəsini görməyib. O məhkəmədən "Azəriqaz" İB-in nümayəndəsinin iclasda iştirakının təmin edilməsini xahiş edib, amma məhkəmə heç bir şəkildə təmin etməyib. Onlar şikayət edəndən sonra iddiaçıya məxsus tikililəri söküblər. Torpaqları başqa adama satanda o alan adama buradan qaz çəkmək istədiyini deyib, o da çəkməyinə razılıq verdi. O 60.000 manat qazın çəkilməsinə pul ödəyib. Sonradan gördülər ki, çox məbləğ lazımdır, ona görə almadılar. Vidadi müəllimin zeytun zavodları olan yerlədə 100.000 manatlıq qaz xətləri gedirdi, o onu videoya da çəkib. İddaçı amma bildirirdi ki, qaz xətlərini görməmişdir. Şikayət etmişdilər ki, qaz xəttinin üzərindən tikinti aparılır. Daha sonra iddiaçı bu iddianı qaldırmışdır. Qaz xətlərinin yerini dəyişə bilirlərsə, dəyişilməsini də təklif ediblər. Orada heç bir qaz xətti zədələnməyib, çünki o hər gün oradadır və qaz xətti partlasa məlumatı olardı. O qaz xəttinin çəkilməsi ilə bağlı "Azəriqaz" İB-ə ərizə yazıb və marşrut xətti ilə qanuni olaraq qazı çəkib. İddiaçı tərəf işin gedişatının dəyişdiyini gördüyünə görə iddia tələbini yüngülləşdirmək adı ilə texniki şərt hissəsini iddiadan çıxardılar.
12. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi əvvəl texniki şərti də əhatə etmişdir, amma ərizə verib texniki şərt hissəsində iddianı azaldıblar. Məhkəmədə texniki şərtlə bağlı sorğu verildi. Texniki şərt onu əhatə etmişdir ki, A nöqtəsindən B nöqtəsinə qədər məsafədə qazpaylayıcı nöqtədən qaz verilsin. Bu onların maraqlarına toxunmur, nə qədər qaz götürmələrinin onlara heç bir aidiyyatı yoxdur. Texniki şərt texniki məsələlərə aid olduğu üçün hesab ediblər ki, iddia tələbində qalsa belə təmin edilməyəcək, çünki onlara aid olmayan bir məsələdir. Ona görə də o hissədə imtina ediblər. 1 hektardan ibarət bir neçə yanaşı icarə hüququ ilə müxtəlif şəxslərə verilən torpaq sahəsi var. Onlardan biri təmsil etdiyi şəxsin icarəsində olan və icarə hüquqü ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsidir. Torpaq sahəsinin arasında ara məsafəsi olaraq 6 metr yol saxlanılır. Texniki şərt verilən qaz paylayıcı məntəqədən çıxan və qaz çatan məntəqə onların sahə deyil. Tərəflər boruya qənaət etmək üçün ortadan düz xətti çəkiblər. Həmin qaz xətti kiril əlifbası ilə "Г" şəklində çəkiləndə problem yaranmır. Onların tələbi bu olmuşdur ki, onlar torpaq sahəsinin kənarı ilə onların hesablamalarına görə 50-60 metr əlavə qaz borusu çəkilsin. Qaz xəttinin haradan və necə təzyiqdə gəlməsinin onlara aidiyyatı yoxdur, bu barədə mübahisə qaldırmaq hüququ yoxdur. Məhkəmədə müəyyən olundu ki, marşrut "Azəriqaz" İB tərəfindən təsdiq olunmayıb. Torpaq sahəsini onlar 2013-cü ildə icarəyə alsalar da, torpaq sahəsinin mülkiyyətçisi Abşeron Rayon İcra Hakimiyyətidir. Abşeron Rayon İcra Hakimiyyətinə qaz xəttlərinin çəkilməsinə icazə verməsi barədə onların şifahi müraciəti olub və onlar belə icazə vermədiyini bildiriblər. Mülkiyyətçi olaraq icazənin şərti verildiyini bildirib, hətta onlara onun sxemini də izah etdilər. Sxemin 2 təsdiq hissəsi olmalıdır, birini mülkiyyətçi olaraq Abşeron Rayon İcra Hakimiyyəti, digərini isə qazı verən orqan razılaşdırma möhürünü vurmalıdır. Elə bir sənəd isə yoxdur. Yəni, Cavabdeh6 İB-nin möhürü olmadan razılaşma ola bilməz. Cavabdehlərdən biri "Azəriqaz" İB-in deyil, lisenziya ilə fəaliyət göstərən təşkilatın sxemini gətirdi. Mülkiyyətçi qaz xəttinin bu torpaq sahəsindən keçməsinə razılıq verməmişdir. Razılıq verilməyibsə servitutdan söhbət gedə bilməz. Onların fəaliyyətsizliyi ilə bağlı torpağın əlindən alınması fikrinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsində sərəncamın ləğv edilməsi ilə bağlı müraciət olunmuş və məhkəmə ona qiymət vermişdir, qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Onların qonşuluğunda yerləşən bir nəfər torpaq sahəsində qanunsuz olaraq özbaşına şəkildə onların torpaq sahəsinə daxil olaraq evləri tikə-tikə gedib, daha sonra, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilib və hazırda cəzaçəkmə müəssisəsindədir. Həmin cinayət işində onlarda da zərərçəkmiş şəxs qismində idilər. Qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlarda hətta, kənd təsərrüfatı təyinatlı digər tikintilərin aparılmasına icazə vermir. Cavabdehin tikdiyi tikili kənd təsərrüfatı təyinatlı deyil. Onların faəliyyəti də bu deyil. Hesab edir ki, birinci instansiya məhkəməsi ədalətli qərar verib. İddianın "Azəriqaz" İB hissəsində təmin olunmasını arzu edərdilər, lakin qanuni qətnamə olduğuna görə şikayət verə bilməzlər. "Azəriqaz" İB sayğacı özü quraşdırır. Qarşı tərəfin əgər qanuni sənədləri varsa, məhkəməyə təqdim etməli idilər. Onların təqdim etdiyi qanuni sənəd texniki şərt ilə bağlı sənəddir. Təzyiqlə, həcmlə bağlıdır. Bunun da məsələyə aidiyyatı yoxdur. "Azəriqaz" İB də qazı buraxmamalı və pulsuz verməməli idi, yəni onların da səhvi var. Məhkəmə qətnaməsinin icrası ilə vətandaşın "Azəriqaz" İB-ə müraciəti tam fərqlidir. Qaz xəttinin ora qanunsuz çəkilməsində "Azəriqaz" İB-in günahı olduğunu bilirlər, sadəcə sənədlə sübuta yetirə bilmirlər. Təqdim olunan sənədlərə əsasən lisenziyalı bir təşkilat borunun lahiyəsini çəkib. Lakin, sənədlərdə "Azəriqaz" İB-in ya da Abşeron Rayon İcra Hakimiyyətinin təsdiqi yoxdur. Onların icarədə olan torpaq sahəsindən 5 ədəd boru keçir və bu borular üçün kənardan keçməyə yer var. Orada traktor işləyən zaman bir boru qırılmışdı və onlar ondan sonra oradan qaz xəttlərinin keçdiyini müəyyən ediblər. Torpaq sahəsindən o qaz xəttinin keçməsi onlara maneə yaradır. Qarşı tərəf birinci instansiya məhkəməsində keçirilən proseslərdə iştirak etməyib. Birinci instansiya məhkəməsində "Azəriqaz" İB-in nümayəndəsi iştirak edib. Onlar texniki şərt verdiklərini və marşrutun təsdiq edilməsinə dair onların sənədlərinin olmamasını bildiriblər. 1 sənəd iş materiallarında var ki, orada da başqa təşkilatın möhürü yoxdur.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Mülki Prosessual Məcəllə
Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
16. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “texniki şərtlərin ləğv edilməsi və həmin Texniki Şərtlər əsasında icarə hüququ ilə ona məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mahiyyət etibarı ilə Cavabdeh6 ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olduğundan hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
19. Belə ki, iş materiallarında olan Cavabdeh6 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Razılaşma”-dan da müəyyən olunur ki: Cavabdeh6 tərəfindən Cavabdeh6 -nin verdiyi texniki şərtlər əsasında hazırlanmış Abşeron rayonu, 1 saylı X2 ərazisində yerləşən quşçuluq fermasının qazlaşdırlması texniki şərtlərə uyğun olaraq razılaşdırılır. Obyekt istismara qəbul edildikdən sonra yeni tikilmiş qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması yalnız Cavabdeh6 razılığı və səlahiyyətl nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir. O cümlədən, obyektə gedən qaz kəməri üzərində qaz sayğacı, bağlayıcı klapan və qaz sızmasını aşkar edən detektorlar quraşdırılmalıdır”. 20.Göründüyü kimi, qazlaşdırma texniki şərtlərə uyğun olaraq Cavabdeh6 tərəfindən razılaşdırılır. Habelə, yeni tikilmiş qaz kəmərinin mövcud qaz kəmərinə qoşulmasına Cavabdeh6 razılq verir və qaz kəməri üzərində qaz sayğacı, bağlayıcı klapan və qaz sızmasını aşkar edən detektorlar quraşdırılır.
21. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir.
22. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.”
23. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
25. Məhkəmə kollegiyası izah edir ki, İddiaçı üçüncü şəxs qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cəlb etməklə Cavabdeh6nə qarşı müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı Cavabdeh6nə qarşı müvafiq iddia tələbi ilə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev