Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4958/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Pirallahı Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28500 AZN əsas, 2565 AZN əlavə faiz məbləğin, cəmi 31065 AZN məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, Pirallahı rayonunda formal olaraq qeydiyyatda olsa da hazırda faktiki olaraq Xəzər rayonu Binə qəsəbəsində yaşayır, yol məsafəsi uzaq olduğundan hər dəfə Pirallahı Rayon Məhkəməsinə gəlməyə imkanı yoxdur. Ərizəyə əlavə olunmuş arayışdan gürünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatsız olaraq yaşayır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-26/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırda cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət vəsatətin dəlilərinə uyğun əsaslandırılmışdır. Pirallahı Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarından görünür ki, cavabdeh Pirallahı rayonu ərazisində qeydiyyatdadır. Bu səbəbdən də iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Pirallahı Rayon Məhkəməsində baxılmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4958/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4958/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver