Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-496/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, faiz borcu) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1282/2023 saylı, 22 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 16 mart 2023-cü il tarixli LB/23/070/000190 nömrəli kredit müqaviləsi ilə Bank borclu Cavabdeh 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit vermişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2023-cü il tarixli, G-LB/23/070/000190 nömrəli girov müqaviləsinz zcfczy Cavabdeh çəkisi 1403.5 gr olan qızılı girov qoymuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat əsas borc, 5564.88 (beş min beş yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat faiz borcu, 391.17 (üç yüz doxsan bir manat, on yeddi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 85530.05 (səksən beş min beş yüz otuz manat, beş qəpik) manat borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumu əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 1403.5 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına "xxxx" ASC-yə olan 85530.05 (səksən beş min beş yüz otuz manat, beş qəpik) manat borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumu əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində LB/23/070/000190 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 21% (iyirmi bir) hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit verilmişdir. Əsas öhdəliyin icrasının təmini məqsədilə tərəflər arasında həmin tarixdə girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 1403.5 qram olan qızılzinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər icra edilmir. Belə ki, 26 may 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borcu 79574 manat, faiz borcu 5564.88 manat, dəbbə pulu 391.17 manat, ümumilikdə 85530.05 manat təşkil edir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1282/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LB/23/070/000190 nömrəli kredit müqaviləsi üzrə 79.574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat əsas borc, 5564.88 (beş min beş yüz altmış dörd manat səksən səkkiz qəpik) faiz borcu, 391.17 (üç yüz doxsan bir manat on yeddi qəpik) manat dəbbə pulu olmaqla, cəmi 85.530,05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat borcun və ödənilmiş 339 (üç yüz otuz doqquz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tələb üzrə tutmanın girov predmeti olan Cavabdeh məxsus ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi; ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi; satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində LB/23/070/000190 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 21% (iyirmi bir) hesablanmaqla 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2023-cü il tarixində G-LB/23/070/000190 saylı Girov müqaviləsi bağlanmış və girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 1403.5 qram olan qızıl-zinət əşyaları girov predmetidir. Lakin cavabdeh tərəfindən 16 mart 2023-cü il tarixli LB/23/070/000190 saylı Kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Belə ki, hazırda cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcu üzrə 5564.88 (beş min beş yüz altmış dörd manat səksən səkkiz qəpik) manat, dəbbə pulu 391.17 (üç yüz doxsan bir manat on yeddi qəpik) manat, cəmi borcu 85530.05 (səksən beş min beş yüz otuz manat beş qəpik) manat təşkil edir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin girov yüklü edilmiş əşyaya yönəldilməsi qaydasını müəyyən edərək qeyd etmişdir ki, iddiaçının tələbinin girov göstərilən daşınar əmlaka yönəldilməsi yüklü edilmiş əşyaların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi göstərilən daşınar əşyaya yönəldilməli və əşya açıq hərracdan satılmalıdır. Məhkəmə hesab etmişdir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əşyaların satılmasından əldə edilən vəsaitdən borc ödənilməli, satışdan əldə olunan vəsaitdən artıq qalan hissəsi girov qoyana qaytarılmalıdır. Məhkəmə qənaətini Mülki Məcəllənin 739.1, 739.2, 269.1. 295, 298.2, 298.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, sözügedən kredit müqaviləsi üzrə borcunu vaxtlı-vaxtında ödəmiş, 80.000 manatdan çox ödəniş etmişdir. Lakin ödənişlərinə baxmayaraq bank tərəfindən ona hazırda tələb edilən borc hesablanmışdır. Banka girov qoyulmuş qızıllar ona və yaxın qohumlarına məxsusdur. 16 mart 2023-cü il tarix kredit müqaviləsi bağlanarkən o, bankdan illik 21% (iyirmi bir) hesablanmaqla 79.574 manat məbləğində kredit götürməyib. Sadəcə, əvvəlki kredit müqaviləsi yenilənərək yeni şərtlərlə əvvəlki ödənişləri nəzərə alınmadan onu aldadaraq kredit müqaviləsini imzalatdırmışlar. Kredit müqaviləsi bağlansa da, 79.574 manat məbləğində kredit verilməmişdir. Kassadan nağd pulların verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. Lakin bankın kassasından ona heç bir məbləğdə kredit verilməyib. 2021-ci ildə bağlanmış kredit müqaviləsi üzrə borcu vaxtı-vaxtında ödəyib. Məhkəmə iclasında iştirak edə bilmədiyinə görə banka etdiyi ödənişlərlə bağlı sübutlar təqdim edə bilməyib. Belə ki, bank əməkdaşı vasitəsilə banka 80.000 manatdan çox ödəniş edib, bank tərəfindən aldadıldığını bildikdən sonra kredit müqaviləsi yenidən bağlanmış, lakin bankdan heç bir məbləğdə pul götürməmişdir. Birinci instansiya məhkəməsinə müraciət etdiyi ərizələrdə bank tərəfindən aldadıldığını, onun iştirakı olmadan araşdırılma aparılmamasını xahiş etmişdir. İş materiallarında məxaric orderinin olub-olmaması, olduğu halda imzanının ona məxsus olub-olmaması barədə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunması zəruridir. Məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə məlumatı olmayıb.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və şikayətin təmin olunmamasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia tam təmin edildiyi üçün apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), yəni iddia tələbinin təmin edildiyi hissə predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, faiz borcunun məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.
18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır.
19. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədilə məhkəmə tərkibi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
20. Belə ki, mübahisənin obyektiv həlli üçün sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə əsas və faiz borcun və cərimənin nə qədər olmalı olduğunu, eləcə də Cavabdeh tərəfindən hansı məbləğlərdə ödənişlər edildiyi, edilmiş ödənişlər üzrə faiz borcuna silinən hissənin və faiz borcuna silinən məbləğin müqavilənin şərtlərinə uyğun olub-olmadığını müəyyən etmək zərurəti yaranmışdır.
21. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində verilmiş 3-16-16/2- 9/2599/2024 saylı, 25 iyun 2024-cü il tarixli rəydə qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16 mart 2023-cü tarixli, LB/23/070/000190 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 26 may 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 79.574.00 manat əsas borc, 3.249.27 manat faiz borcu olmaqla, 82.823,27 manat məbləğində müəyyən edilir. 16 mart 2023-cü il tarixli, LB/23/070/000190 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Hesabdan çıxarış məlumatları və 03 dekabr 2021-ci tarixli, LB/21/070/000018 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 4.58 manat əsas borc, 0.85 manat faiz borcu olmaqla, 5.43 manat məbləğində müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 04 fevral 2022-ci tarixli, LB/22/070/000045 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 2.76 manat əsas borc, 0.62 manat faiz borcu olmaqla, 3.38 manat məbləğində müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 27 aprel 2022-ci tarixli, LB/22/070/000072 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 4.58 manat əsas borc, 0.85 manat faiz borcu olmaqla, 5.43 manat məbləğində müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 15 iyul 2022-ci tarixli, LB/22/070/000089 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC-yə borcunun olmaması və 8.68 manat artıq ödənişi müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 28 sentyabr 2022-ci tarixli, LB/22/070/0000142 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 22.14 manat əsas borc, 0.00 manat faiz borcu olmaqla, 22.14 manat məbləğində müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 09 dekabr 2022-ci tarixli, LB/21/070/0000168 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC-yə borcunun olmaması və 0.04 manat artıq ödənişi müəyyən edilir. Hesabdan çıxarış məlumatları və 27 dekabr 2022-ci tarixli, LB/22/070/0000175 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 16 mart 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 0.01 manat əsas borc, 0.00 manat faiz borcu olmaqla, 0.01 manat məbləğində müəyyən edilir.
22. Göründüyü kimi, məhkəmə tərkibi işə baxarkən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edərək məhkəməmühasibatlıq ekspertizanın keçirilməsini təmin etdi. Ekspert də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy verdi. Belə ki, iddia ərizəsində əsas borcun 79574 (yetmiş doqquz min beş yüz yetmiş dörd) manat, faiz borcun 5564.88 (beş min beş yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat, 391.17 (üç yüz doxsan bir manat, on yeddi qəpik) manat dəbbə pulu tələb edilməsinə baxmayaraq, ekspert rəyində faiz borcunun - 26 may 2023-cü il tarixə 3.249.27 manat məbləğində müəyyən edilir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfindən hesablanaraq maliyyə arayışı tərtib edilsə də, bankın təqdim etdiyi arayış maraqlı şəxs kimi onun obyektivliyini şübhə altına sala bilər, lakin işdə marağı olmayan və xüsusi bilik sahibi olan ekspertin təqdim etdiyi rəy məhkəmə tərkibi tərəfindən mötəbər sübut kimi qiymətləndirilir. Çünki iddiaçının təqdim etdiyi maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi də deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq əlavə və təkrar ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Ona görə də, faiz borcun məbləği hissəsində qətnamə dəyişdirlməli, faiz borcun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Tələb edilən cərimə isə əsas və faiz borcuna adekvat olduğundan onun azaldılması üçün əsas müəyyən edilmədi.
23. Məhkəmə tərkibi apellyasiya şikayətində göstərilən digər dəlillərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, cavabdeh 16 mart 2023-cü il tarixli kredit müqaviləsi bağlanarkən bankdan 79.574 manat məbləğində kredit götürmədiyini, sadəcə, əvvəlki kredit müqaviləsi yenilənərək yeni şərtlərlə əvvəlki ödənişləri nəzərə alınmadan onu aldadaraq kredit müqaviləsini imzalatdırıldığını bildirsə də bu dəlillər qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki kredit müqaviləsinin yeni şərtlərlə əvvəlki ödənişləri nəzərə alınmadan və aldadılaraq bağlanması inandırıcı və ağlabatan sayılmır. Əvvəlki ödənişlər nəzərə alınmasa idi cavabdeh müqaviləni imzalamazdı, üstəlik hansı formada aldadıldığına dair də məhkəməyə hər hansı bir sübut təqdim etmədi yaxud ciddi arqumentlərlə bunu əsaslandıra bilmədi. Əksinə ekspertiza rəyində əvvəlki kredit müqavilələri üzrə borcunun demək olar ki, qalmaması da ona dəlalət edir ki, yeni kredit müqaviləsi əvvəlki ödənişlər nəzərə alınmaqla bağlanmışdır.
24. Cavabdeh məhkəmə iclasında iştirak edə bilmədiyinə görə banka etdiyi ödənişlərlə bağlı sübutlar təqdim edə bilmədiyini göstərsə də var idisə bu cür sübutları şikayətinə əlavə yaxud apellyasiya baxışında da təqdim edə bilərdi, ancaq etmədi. Demək ki, belə bir sübutlar mövcud deyil. Cavabdeh özü də bəyan edir ki, əvvəlki müqavilələr üzrə olan borcu yenilənərək onunla kredit müqaviləsi bağlanmış və bu cür müqavilə bağlanarkən kassa məxaric orderinin də formal tərtib olunması mütləq şərt deyildir. Ona görə də belə bir order tərtib olunmadığına görə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə də zərurət olmamışdır.
25. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1282/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilməli; Cavabdeh alınmalı olan faiz borcunun məbləği 3.249.27 (üç min iki yüz qırx doqquz manat iyirmi yeddi qəpik) manat, əsas, faiz və cərimənin cəmi isə 83214,44(səksən üç min iki yüz on dörd manat, qırx dörd qəpik) manat müəyyən edilməli; qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri - 100 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1282/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh alınmalı olan faiz borcunun məbləği 3.249.27 (üç min iki yüz qırx doqquz manat iyirmi yeddi qəpik) manat, əsas, faiz və cərimənin cəmi isə 83214,44(səksən üç min iki yüz on dörd manat, qırx dörd qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, Cavabdeh tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, İddiaçı ASC tərəfindən isə kassasiya şikayəti verilə bilməz.