Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4961/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «xxxxxxx» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3178/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 4814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə, cəmi 5644,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxx” KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixinə «xxxxxxx» KB ASC-yə 4814,90 ABŞ dolları əsas, 746,21 ABŞ dolları faiz, 83,83 ABŞ dolları cərimə, cəmi 5644,94 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3178/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4814,90 (dörd min səkkiz yüz on dörd ABŞ dolları doxsan sent) ABŞ dolları əsas, 746,21 (yeddi yüz qırx altı ABŞ dolları iyirmi bir sent) ABŞ dolları faiz, 83,83 (səksən üç ABŞ dolları səksən üç sent) ABŞ dolları cərimə olmaqla, cəmi 5644,94 (beş min altı yüz qırx dörd ABŞ dolları doxsan dörd sent) ABŞ dolları borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müdətinə, illik 26 faiz olmaqla 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilədə ona verilməli olan məbləğ 6400 ABŞ dolları göstərilsə də, lakin ona cəmi 3105,22 ABŞ dolları (üç min yüz beş ABŞ dolları, iyirmi iki sent) məbləğində kredit verilmiş və bu barədə kassa məxaric orderi var. Həmin məbləği də o, xx xxxxxx 2014-cü il tarixdə “xxxxxxx" KB ASC-də manata çevirərək bankdan 2431,39 manat pul almışdır. (Qəbzin surəti iş materiallarına əlavə olunur.) Lakin “xxxxxxx” KB ASC bu halı nəzərə almadan iddia ərizəsində ona 6400 ABŞ dolları məbləğində kredit verildiyini iddia etməklə səhvə yol vermişdir. Sözügedən kredit müqaviləsi üzrə ümumilikdə “xxxxxxx” KB ASC-yə 2689 manat ödəniş etmişdir. Lakin “xxxxxxx” KB ASC tərəfindən həmin məbləğlər borcdan silinərkən düzgün hesablama aparılmayıb. “xxxxxxx” KB ASC ilk dəfə 2017-ci il tarixdə eyni müqavilə üzrə borc tələbinə dair ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 5253,16 ABŞ dolları əsas, 814,13 ABŞ dolları faiz, 91,47 ABŞ dolları cərimənin ondan tutulmasını tələb etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-648/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 1341,76 ABŞ dolları əsas, 323,66 ABŞ dolları faiz borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 4606 saylı, xx xxxxxx 2017-ci il tarixli rəyində onun banka olan əsas borcu 1341,76 ABŞ dolları, faiz borcu isə 323,66 ABŞ dolları müəyyən edilmişdir. Lakin həmin tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanı mövcud olmadığına görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məbləğlər nəzərə alınmamışdı. (Məlumat üçün bildirir ki, həmin qətnamədən “xxxxxxx” KB ASC apellyasiya şikayəti vermiş və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanında göstərilənlərə bank tərəfindən əməl olunması üçün Bakı Apellyasi Məhkəməsinin 2(103)-249/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 2(009)-648/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.) İddiaçı tərəfindən borc məbləğləri düzgün hesablanmamış, yüksək məbləğ müəyyən edilmişdir. Məhkəmə tərəfindən borcun düzgün olub-olmaması barədə ekspertiza da təyin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, hazırki işə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4606 nömrəli xx xxxxxx 2017ci il tarixli rəyində qeyd edilmidir ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan olan sənədlərə əsasən (ödəniş qəbzinə, hesabdan çıxarış məlumatlarına, maliyyə arayışına) xx.xx.2014-cü il tarixli 5180nkSTB/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqia Cavabdeh “xxxxxxx” ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 215.13 ABŞ dolları xx.xx.2016-cı il tarixə, əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 323,66 ABŞ dolları. Məhkəmə-mühasibatlıq ekspertizasının 13189 nömrəli xx xxxx 2019-cu il tarixli rəyində qeyd edilmidir ki, Cavabdeh Ağabaia oğlu tərəfindən banka ödənilmiş, silinmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli 5180nkSTB/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh Ağabaia oğlunun xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 1.550,10 ABŞ dolları məbləğində və xx.xx.2016-cı ii tarixə (sualda göstərilən tarixə) banka olan borcu 1.665,42 ABŞ dolları məbləğində müəyyən olunur, o cümiədən xx.xx.2016-cı ıl tarixə əsas borc üzrə, 1.341,76 ABŞ dolları, faiz faiz borcu üzrə 208.35 ABŞ dolları xx.xx.2016-cı il tarixə, əsas borc üzrə 1341.76 ABŞ dolları, faiz borcu üzrə 323,66 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-249/2019 nömrəli və Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-648/2017 nömrəli, eyni işin materialından çıxarılaraq hazırki işə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4606 nömrəli xx xxxxxx 2017-ci il tarixli və 13189 nömrəli xx xxxx 2019-cu il tarixli rəylərində cavbdehin xx.xx.2016-cı il tarixə, əsas borcu 1341.76 ABŞ dolları, faiz borcu isə 323,66 ABŞ dolları olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin ekspertizalar eyni tərəflər arasında, eyni predmet və eyni əsasla olan iş üzrə eyni kredit müqaviləsi əsasında keçirilmişdir. Ekspertlər də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Qeyd olunan ekspert rəylərinin əsaslılığı hər hansı bir şübhə doğurmur. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı qeyd olunan ekspert rəyləri ilə razılaşmadığını bildirdi və iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət etdi. Lakin iddiaçının nümayəndəsi ümumiyyətlə eyni kredit müqaviləsi üzrə üçüncü dəfə məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsini zəruri edən hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etmədi, eyni zamanda qətnamədən apellyasiya şikayəti vermədiyi halda bu cür vəsatətlə məhkəməyə müraciət etməsinin zərurətini də aydın izah edə bilmədi. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən məhkəməmühasibatlıq ekspertizasının qeyd olunan rəylərini hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3178/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 1341.76 ABŞ dolları, faiz borcun məbləği isə 323,66 ABŞ dolları, əsas və faiz borcun və cərimənin cəmi isə 1749,25 (min yeddi yüz qırx doqquz ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4961/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4961/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver