Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4963/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh “xxxxxxxxx” BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-436/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” BOKT QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” BOKT ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli № KATov114837/14 saylı kredit müqavilələri üzrə ona kompensasiya hesablanmasına, həmin kompensasiya məbləğinin və keçirdiyi əsəb, stress və sarsıntı nəticəsində ona dəymiş mənəvi zərərə görə 5000 manatın, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat “xxxxxxxxx” BOKT QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onun 10190 ABŞ dolları almağı ilə bağlı Cavabdeh BOKT ilə onun arasında xx.xx.2014-cü il tarixli №KATov114837/14 saylı kredit müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanından yaralanmaq üçün X5 Palatasına ünvanladığı məktuba Palata tərəfindən ona göndərilmiş xx.xx.2019-cu il tarixli qərardan belə görünür ki, o, kompensasiyadan yararlana bilməz, çünki “xxxxxxxxx” BOKT tərəfindən onun kredit tarixçəsinin uçotu düzgün aparılmamış və bunun nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir və ümumiyyətlə təqdim olunmuş müqavilələrin həqiqiliyinə şübhələr vardır. Göründüyü kimi, Cavabdeh BOKT-un qanunazidd hərəkəti nəticəsində (onun kredit tarixçəsinin uçotunun düzgün aparılmaması və təqdim olunmuş sənədlərin həqiqi olmasına şübhələrin olmasına baxmayaraq bu məsələnin həlli ilə bağlı indiyə qədər də heç bir hərəkət etməmişdir) yuxarıda qeyd olunan Fərmandan indiyə qədər yararlanmış şəxslərdən fərqli olaraq, o, yararlana bilməmişdir və indiyə qədər də onun adına ABŞ dolları ilə rəsmiləşdirilmiş kreditlə bağlı ona kompensasiya hesablanmamışdır. Bütün bu qeyd olunan hərəkətlər nəticəsində o, uzunmüddətli süründürməçilik və sairəylə üzləşmişdir ki, bu da onun stress, sarsıntı və əsəb keçirməyinə səbəb olmuşdur. xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, iş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh qismində cəlb edilməsini, onun adının fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və kompensasiyanın hesablanması öhdəliyini Mərkəzi Bankın üzərinə qoyulması və Cavabdeh 5000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-436/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı adının xx.xx.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyasına daxil edilməsi və ona “KredoAqro” BOKT ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 114837/14 saylı kredit müqaviləsi üzrə 4.761,92 (dörd min yeddi yüz altmış bir manat doxsan iki qəpik) manat məbləğində kompensasiyanın hesablanmasının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, çəkilmiş xərclərin və dəymiş mənəvi zərərə görə kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdehin əməli inzibati xətalar məcəlləsinin maddə 440-da nəzərdə tutulmuş Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulmasıdır ki məhkəmə bu hala ümumiyyətlə toxunmamaqla cavabdehin xeyrinə hərəkət etmişdir. Məhkəmə ona dəymiş mənəvi zərərin araşdırılmamasına səbəbolmuşdur. Qəbul edilmiş qətnamədən də görünür ki işə baxılan zaman Mərkəzi Bank 3-ü şəxs qismində işə cəlb olunmuşdur. Mərkəzi Bankın təqdim etdiyi sənəddən də görünür ki, ona kompensasiyanın hesablanmamasının səbəbi cavabdeh "Cavabdeh" BOKT QSC-nin onun barəsində məlumatların vaxtında X5 Palatasına təqdim etməməsi olmuşdur. Belə olan halda onun məhkəmədə dövlət rüsumu üçün ödədiyi məbləğ, yazışmalara çəkdiyim xərc, iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Tovuz rayonundan Bakı şəhərinə gəlmək üçün və burada yemək üçün çəkdiyi xərc cavabdehdən tutularaq ona ödənilməli, eləcə də cavabdehin hərəkətsizliyi ucbatından bütün bunlara görə itirdiyim vaxta görə, bunlarla bağlı keçirdiyi əsəbə və stresə görə cavadehdən mənəvi zərərlə bağlı ədlətli konpensasiya almaq hüququ vardır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi onun bu qeyd etdikləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxx” BOKT QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mənəvi zərər və məhkəmə xərci ilə bağlı təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-436/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, KATov 114837/14 nömrəli kredit müqaviləsindən görünür ki, 10190 ABŞ dolları almağı ilə bağlı Cavabdeh BOKT ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli №KATov114837/14 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan X5 X1 İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X5 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçı kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tərixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertiza nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Təqdim olunmuş Cavabdeh BOKT xx.xx.2020-ci il tarixli G № 0245/20 nömrəli arayışından görünür ki, İddiaçı 114837/14 saylı kredit müqaviləsi üzrə Təşkilat qarşısında borcu aşağıdakı kimi olmuşdur: xx.xx.2015-ci il tarixə əsas borc üzrə qalıq 4780.70 USD; xx.xx.2019-cu il tarixə əsas borc üzrə qalıq 2028.04 USD; xx.xx.2020- ci il tarixə əsas borc üzrə qalıq 1733.92 ABŞ dolları. Kollegiya hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində düzgün olaraq təmin edilməmişdir. Mənəvi zərərlə bağlı kollegiya aşağıdakıları qeyd edir: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi, barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsidir) zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində mənəvi ziyanın tutulmasının əsası kimi istnad etdiyi cavabdehin hərəkətsizliyi nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 5000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Müki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində düzgün olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göründüyü kimi, mənəvi zərərlə bağlı hissədə iddia təmin olunmadığından, dövlət rüsumu ilə bağlı hissədə iddia təmin edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində yazışmalara çəkdiyi xərclər, iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Tovuz rayonundan Bakı şəhərinə gəlmək üçün və burada yemək yemək üçün çəkdiyi xərclərlə bağlı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınş əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya.qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X10rşı” işi üzrə xx.xx.1984-cü il tarixliqərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işini faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda möhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 436/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4963/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4963/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver