Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4964/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar qızı və Sadıqov Vahid oğlundan ibarət tərkibdə, 2(007)-1316/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2025ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ərizənin etibarsız hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxan Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsini qərara almışdır. İddiaçı həmin qərardadın şikayət verərək, iş üzrə icraatın dayandırılması hissəsində qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırılması nəticəsində işin baxılması lüzumsuz yerə uzanır. İş üzrə təyin edilmiş ekspertizalar nəticəsində veriləcək rəylər də, işin baxılmasına təsir göstərməyəcək. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla həmin şikayətin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə ekspertizanın təyin edilməsi haqqında qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmamışdır. Bu səbəbdən də şikayətə baxıla bilməz. Şikayət qaytarılmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadının ləğv edilməsini və xx.xx.2025-ci il tarixli qərardaddan verdiyi şikayətə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2025-ci il tarixli qərardaddan verdiyi şikayətə qərardadın “iş üzrə ekspertizaların təyin edilməsi haqqında” hissəsini deyil, yalnız “iş üzrə icraatın dayandırılması haqqında” hissəsini mübahisələndirmişdir. MPM-in tələblərinə görə isə, iş üzrə icraatın dayandırılması haqqında qərardadlardan şikayət verilə bilər. Belə olan halda müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli qərardaddan əsassızdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli və xx.xx.2025-ci il tarixli qərardadın “iş üzrə icraatın dayandırılması haqqında” hissəsindən iddiaçının verdiyi şikayətə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həqiqətən də MPM-in tələblərinə görə, iş üzrə ekspertizanın təyin edilməsi haqqında qərardaddan şikayət verilə bilməz. Lakin nəzərə alınmalıdır ki, MPM-in 258.2-ci maddəsinə görə, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. İddiaçının Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətdən görünür ki, o, həmin qərardadın “iş üzrə ekspertizaların təyin edilməsi haqqında” hissəsini deyil, yalnız “iş üzrə icraatın dayandırılması haqqında” hissəsini mübahisələndirmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi buna və MPM-in 258.2-ci maddəsinin tələbinə səhv yanaşmışdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2025-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 02 iyun 2025-ci il tarixli qərardadın “iş üzrə icraatın dayandırılması haqqında” hissəsindən İddiaçı verdiyi şikayətə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4964/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4964/2025
29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver