Məhkəmə qərarları › İş №2(103)-4968/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4968/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4968/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndələri X6 və X10 oğlunun, Cavabdehin nümayəndəsi-Vəkil iştirakı ilə, iddiaçı “xxxxxxxx” Firmasının Cavabdeh (üçüncü şəxs X7 cəlb edilməklə) qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-344/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1.860 (bir min səkkiz yüz altmış) manat məbləğində vəsaitin alınaraq iddiaçı “xxxxxxxx” Firmasına ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı və 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçı “xxxxxxxx” Firmasının xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxxxxxx” Firması Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 cəlb edilmədklə) vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh avtomaşına vurulmuş 10.980 manat məbləğində pulun və iddia ərizəsi üzrə dövlət büdcəsinə ödənilmiş 30.40 manat məbləğində pulun, ümumilikdə cəmi 11.010,40 manat pulun tutularaq “xxxxxxxx” Firmasına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində və mülkiyyətində olan “Mersedes-Benz” yük vaqon çörək daşıyan markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşın x xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında X5 verilmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki “Qarant” şəhərciyi ərazisindəki yolda idarə etdiyi həmin avtomaşınla hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “KİA RİO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşma nəticəsində “Mersedes-Benz” yük vaqon çörək daşıyan maşında olan sərnişin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan X2 uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətini almışdır. Toqquşma nəticəsində həmçinin sonuncu avtomaşına 15.980 manat məbləğində maddi ziyan dəyilmişdir. Cinayət əməlini törətmiş şəxs Cavabdeh zərərçəkmiş X9 ilə barışdıqları üçün və ona dəymiş maddi ziyanı ödədiyinə görə Cavabdeh barəsində baş tədqiqatçı, polis mayoru Rəfael Əkbərov xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Təhqiqatçınm sözügedən qərarı qanunsuz və əsassız olduğuna görə həmin qərarın ləğv olunması ilə bağlı Abşeron rayon prokuroruna şikayət verilmişdir. Belə ki, təhqiqat araşdırması zamanı “İLKİN - 92” firmasına 15.980 manat məbləğində maddi ziyan dəyilməsinə və dəyilmiş zərərin hesablanmasına dair “Sultan” avtoservis tərəfindən akt verilməsinə baxmayaraq, təhqiqatçı bununla bağlı heç bir araşdırma aparmamış, firmanın məsul şəxsinin izahatını almamış və həmin xüsusat üzrə ziyanın cinayət əməli törətmiş Cavabdeh tərəfindən ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Eyni zamanda həmin xüsusatla bağlı onun əməlinə hüquqi qiymət belə verilməmişdir. Bundan savayı, Azərbaycan Respublikası CM-nın 263cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Material üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 3274 nömrəli rəyində qeyd olunmuşdur ki, “KİO RİO” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə olan təqdirdə zərərçəkmiş şəxslə cinayət əməli törətmiş Cavabdeh barışıb onun barəsində cinayət işinin başlanması rədd edilsə də, onun əməlində Azərbaycan Respublikası İXMnin 327.8 və 333.3-cü maddəsinin tərkib əlamətləri olduğuğuna görə qərarın sürəti sonuncu barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Abşeron Rayon Məhkəməsinə göndərilməli idi. Qərardan verdikləri x xxxx 2019-cu il tarixli şikayət əsasında Abşeron Rayon Prokuroru xx.xx.2019-cu il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material əlavə araşdırmasından ötrü Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytnantı X14 tərəfindən əlavə yoxlama aparılmış və xx xxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş və tərəflərə onlara dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cavabdehin “xxxxxxxxxxx” ASC ilə sığorta müqaviləsi olduğundan 5.000 manat “İlkin - 92” firmasının hesabına ödənilmişdir. Odur ki, “xxxxxxxx” firmasına dəymiş 10.980 AZN maddi ziyanın və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 AZN məbləğində pulun cavabdehdən tutulub firmanın hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 6228/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 6228/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı “xxxxxxxx” Firmasının səlahiyyətli nümayəndəsi Əlihüseyn Kazımov Bakı şəhəri Bnəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçıların nümayəndələrini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə, iddiaçı “xxxxxxxx” Firmasının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan AD seriyalı, 130373 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-AN-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılış ili olan “Mercedes Benz” yük markalı nəqliyyat vasitəsi “xxxxxxxx” firmasına məxsusdur. İş materiallarında olan icarədar “xxxxxxxx” firması ilə icarəçi X7 arasında xx xxxxxx 2019-cu il tarixində bağlanmış “Avtomobil icarəsi müqaviləsi”nin 1-ci maddəsinə əsasən icarədar icarəçiyə **-AN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” yük markalı avtomobili icarəyə verir. xx.xx.2017-ci il tarixdə AR DİN BDYPİ QİS tərəfindən verilən texniki pasporta əsasən qeydiyyyat olunmuş avtomobil icarədara məxsusdur, və icarəçinin məqsədləri üçün istifadəyə verilir. Müqavilənin 2-ci maddəsinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təyin edilir. İş materiallarında olan “xxxxxxxx” firması tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, HDŞ seriyalı, 057815 nömrəli “Yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən, sürücü X7 **-AN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” yük markalı avtomobili iş saatı 24/24 olmaqla ölkə daxilində idarə edə bilər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Abşeron RPİnin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəfael Əskərovun xx xxxxxx 2019-cu il tarixli qərarından müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarxdə saat 09:30 radələrində Cavabdeh idarə etdiyi “Kia Rio” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolu ilə kəsişmədə “Qarant” şəhərciyi istiqamətindən Binəqədi rayonu istiqamətinə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, baş yolla Binəqədi rayonu istiqamətindən Novxanı qəsəbəsi istiqamətinə hərəkətdə olan X4 idarə etdiyi “Mercedes Benz” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, hadisə nəticəsində “Mercedes Benz” markalı avtomobildə sərnişin qismində əyləşmiş X3 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 005017 nömrəli ödəniş tapşırından görünür ki, “xxxxxxxxxx” ASC tərəfindən sığorta şəhadətnaməsi üzrə 5.000 manat məbləğində sığorta ödənişi “xxxxxxxx” firmasının hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” tərəfindən xx xxxxxx 2019-cu il tarixində tərtib olunan “Dəymiş zərərin hesablanmasına dair akt”dan görünür ki, **-AN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” markalı avtomobilə cəmi 10.160 manat zərər dəymişdir. “xxxxxxxxxxxxxxxxx” tərəfindən xx xxxxxx 2019-cu il tarixində tərtib olunan “Dəymiş zərərin hesablanmasına dair akt”dan görünür ki, **-AN-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” markalı avtomobilə cəmi 15.980 manat zərər dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, “X13” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2019cu il tarixdə Avtoservis müəssisəsində təmir edən zaman, həmin tarixdə “xxxxxxxxxxx”Şirkətinə ilkin qiymətləndirmə üçün visual baxış zamanı dəymiş ziyan 10.160 manat qeydə alınmışdır. Bu barədə “xxxxxxxxxxx” Şirkətinə, dəymiş zərərin hesablanmasına dair akt verilmişdir. Daha sonra həmin gün avtomaşını sökən zaman əlavə ehtiyyat hissələrinin sıradan çıxmasını müəyyən edildiyi üçün, dəymiş zərərin məbləği 15.980 manat müəyyən olunmuş və bu barədə müvafiq dəymiş zərərin hesablanmasına dair akt tərtib edilərək, “xxxxxxxx” Firmasına verilmişdir. Sonuncu tərtib edilmiş zərər aktı doğrudur. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhərində yerləşən xxxxxxx MMC-yə məxsus olan hissələr satılan mağazalarda xx xxxxxx 2019-cu il tarixdə “Mercedes Sprinter” markalı avtomobilə ehtiyat hissələri sərbəst bazar qiymətinə uyğun olaraq cəmi 8.010 manat məbləğə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 27741 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz” sprinter markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 6.860 manat müəyyən edilir. Həmin rəyin tədqiqi hissəsindən müəyyən olunur ki, ekspert “xxxxxxxxxxxxxxxxx” tərəfindən 10.160 manat məbləğində hesablanmış zərər göstərilən akta istinadən hesablama aparmışdır. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Kia Rio” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək iddiaçı “xxxxxxxx” firmasının mülkiyyətində olan “Mercedes Benz” yük markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə “xxxxxxxxxxxxxxxxx” tərəfindən verilmiş ilkin akta görə 10.160 manat, daha sonra verilmiş akta görə isə 15.980 manat məbləğində zərər vurmuş, həmin zərərin aradan qaldırılması üçün 5.000 manat sığorta şirkəti tərəfindən “xxxxxxxx” firmasına ödənilmişdir.İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz” sprinter markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6.860 manat manat müəyyən edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkməsi ilə razılaşaraq, hesab edir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yolnəqliyyat hadisəsində iddiaçı “xxxxxxxx” firmasının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurmuş və bunun üçün məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh daşıyır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə baxan birinci instansiya məhkməsi dəymiş zərərin məbləği müəyyən edilərkən “xxxxxxxxxxxxxxxxx” tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilən “Dəymiş zərərin hesablanmasına dair akt” deyil, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tərtib edilən akt və onun əsasında ekspert tərəfindən hesablanmış zərərin məbləğini əsas götürülməklə, həmin məbləğdən sığorta şirkəti tərəfindən iddiaçıya ödənilən sığorta ödənişi çıxılması və qalan məbləğn cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, iddiatələbiqismən təminolunmaqla, Cavabdeh 1.860 (bir min səkkiz yüz altmış) manat məbləğində vəsaitin alınaraq iddiaçı “xxxxxxxx” Firmasına ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı və 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçı “xxxxxxxx” Firmasının xeyrinə tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı “xxxxxxxx” Firmasının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-cu il tarixli qətnaməsi iddiaçı “xxxxxxxx” Firmasının apellyasiya şikayətinə münsibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar