Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4973/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi , İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(008)-2814/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 06 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından 25 fevral 2013-cü il təvəllüdlü X3 və 26 dekabr 2016-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)- 4093/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli Sabunçu rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 321 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 25 fevral 2013-cü il təvəllüdlü X3 və 26 dekabr 2016-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı himayəsinə verilmişdir.
3. İddiaçı Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X3 və 26 dekabr 2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5” AR Qanunu qüvvəyə mindiyi gündən, y\ni xx.xx.2023-cü il tarixdən yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün Cavabdeh tutulan alımentin miqdarını artırılaraq hər ay hər uşaq üçün 220 manat,ümumi 440 mamnat sabit pul məbləğinin və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(008)- 2814/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4093/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 25 fevral 2013-cü il təvəllüdlü X3 və 26 dekabr 2016ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi,ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6 Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin alimentin məbləğinə münasibətdə dəyişdirilməsini xahiş etmişdir. .
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin işlədiyi həkimstomatoloq işlədiyi iş yeri bağlandığından maddi vəziyyəti pisləşmiş,himayənsində Qarabağ qazisi atası və xəstə,əlil anası vardır. Ailəsinin əsas gəlir yeri cavabdehdir və aylıq gəliri təqribən 200-250 manat olmaqla valideyinlərinin müalicəsinə xərclənir.İddiaçı tibb müəssisəsində tibb bacısı vəzifəsində çalışıraq əldə etdiyi gəlirlə hər iki uşağın saxlanması mümkündür.Hər iki valideyin uşaqlarını saxlamağa borclu olduğundan məhkəmə bu halı nəzərə ala,uşaqların saxlanılması üçün təyin olunan alimentin yarısını cavabdehdən,yarısını isə iddiaçıdan tutmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştiak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, yenidən ailə qurduğunu, iş yerinin bağlandığını nəzərə alaraq ailmentin miqdarının 400 manatadək olmasını xahiş etdi. Məhkəmə iclasında iştiak edən İddiaçı apellyasiya şikayətinə ediraz edərək, böyük uşağın məktəbəqədər hazırlığa getdiyi üçün xərclər artdığından alimentin artırılmasına zərurət olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.
11. Maddə 76.2. Aliementin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 21.Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən veridiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasında 2023-cü il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 22.Məhkəmə kollegiyası iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək qeyd edir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qazancına görə iki uşaq üçün 400 manat miqdarında aliment verə bilməsini qeyd etməsi barədə etirazı əsassız hesab edilməlidir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Odur ki, sadalanan halları və uşaqların artan təlabatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafelərinə uyğundur.
23. Göstərilən xüsusatlar ümumilikdə nəzərə alınmaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4093/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4093/2021 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.