Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4973/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi lunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-461/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75.000 ABŞ dolları əsas borcun, həmin borcdan istifadə haqqının və 773 gün gecikdirilmiş icraya görə faizlərin, ödənilmiş 417,5 manat dövlət rüsumunun Cavabdeh İddiaçı1 xeyrinə tutulması; 293.000 ABŞ dolları əsas borcun, həmin borcdan istifadə haqqının və 742 gün gecikdirilmiş icraya görə faizlərin, ödənilmiş 498 manat dövlət rüsumunun Cavabdeh İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 03.03.2025-ci il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış borc müqavilələrinə görə əsas borcun və istifadə haqqının vaxtında qaytarıİmamasının gecikdirilmiş hər gününə görə cavabdeh 0,2 faiz məbləğində cərimə ödəməlidir. Cavabdeh borc məbləğindən öz adından və ailə üzvləri adından və şirkətlər vasitəsilə, xüsusilə ''İBD GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:4********) daimi mal dövriyyəsində istifadə etməklə fasiləsiz olaraq qazanc əldə etmişdir. İddiaçılar bir daha xoş məram göstərərək həm istifadə haqqının, həm də cərimələrin məbləğini aşağı məbləğlərdə tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-6 maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Cavabdeh 60.000 ABŞ dolları əsas borcun, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 20.000 ABŞ dollarının, güzəştli hesablanmaqla gecikdirməyə görə 10.000 ABŞ dollarının, ödənilmiş 417,5 manat dövlət rüsumunun İddiaçı1 xeyrinə tutulması; Cavabdeh 286.000 ABŞ dolları əsas borcun, həmin borcdan razılaşdırılmış istifadə haqqı güzəştli hesablanmaqla 48.000 ABŞ dollarının, güzəştli hesablanmaqla gecikdirməyə görə 24.000 ABŞ dollarının, ödənilmiş 498 manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə, AR MPM-nin 220.6-cı maddəsinə əsasən Cavabdeh bank hesablarında olan pul vəsitləri üzərinə qət edilmiş məbləğə müvafiq həbs qoyulması və "xxxx" MMC-nin (VÖEN**********) təsis payının və əmlakının özgəninkiləşdirilməsi və üzərinə yüklülük götürülməsinin qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixndə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən borc müqaviləsi üzrə 300.000 ABŞ dolları əsas borcdan ödəniş etdiyini nəzərə alaraq, cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan əsas borcun 281.000 ABŞ dolları hesab olunmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 461/2025 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı1 xeyrinə 60.000 ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 20.000 ABŞ dolları, gecikdirməyə görə 10.000 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 417,5 manat dövlət rüsumunun tutulması, Cavabdeh İddiaçı2 xeyrinə 281.000 ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 48.000 ABŞ dolları, gecikdirməyə görə 24.000 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 498 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin əsas borca münasibətdə qismən təmin olunması, faiz və dəbbə puluna aid hissədə isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilmiş və məhkəmədən barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir.
7. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçıların nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq ölkə xaricində ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirakının üzrlü səbəbdən mümkün olmadığını bildirmiş və tərəflər arasında bağlanmış barışıq sazişinə müvafiq olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Tərəflərin tərtib etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. Cavabdeh Tərəf: 1.1.İddia tələblərini qəbul etdiyini bəyan və təsdiq edir. 1.2.X8 əsasən təmin olunmuş iddianın hissələrindən İddiaçı Tərəfin qismən imtinası ilə razılaşır, onları bəyan və təsdiq edir. 1.3. Öz öhdəsinə götürür ki, X7 razılaşdırılan ödəmələri vaxtında və tam yerinə yetirəcəkdir. Əgər hər hansı ödənişin gecikdirilməsi bir aydan çox çəkərsə, onda bu Sazişin qüvvədən düşəcəyi və məhkəmə qətnaməsi üzrə bütün məbləğlərin ödənilmiş məbləğlər çıxılmaqla, məcburi qaydada tutulması üçün hüquqi tədbirlər görüləcəyi və icra icraatına başlanılacağı ilə razılaşır və qəbul edir. 1.4. Hər hansı qeyd-şərt olmadan Birinci İddiaçıya (İddiaçı1) aşağıdakı müddətlərdə və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürür: 2025-ci ilin dekabr ayının 31-dək 10000 (on min) ABŞ dolları və 417,5 manat; 2026-cı ilin yanvar ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı fevral ayının 28-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin mart ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin aprel ayının 30-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin may ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin dekabr ayının 31-dək 11000 (on bir min ABŞ dolları). 1.5. İkinci İddiaçıya (İddiaçı2) hər hansı qeyd-şərt olmadan aşağıdakı müddətlərdə və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürür: 2025-ci ilin dekabr ayının 31-dək 6000 (altı min) ABŞ dolları və 498 manat; 2026-cı ilin yanvar-aprel aylarında hər ayın sonunadək 5000 (beş min) ABŞ dolları; 2026-cı ilin may ayından dekabr ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 80000 (səksən min) ABŞ dolları; 2027-ci ilin yanvar ayından dekabr ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 120000 (bir yüz iyirmi min) ABŞ dollar); 2028-ci ilin yanvar ayından avqust ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 80000 (səksən min) ABŞ dolları; 2028-ci ilin oktyabr-noyabr aylarında noyabr ayının sonunadək 23000 (iyirmi üç min) ABŞ dolları.
2. İddiaçı Tərəf: 2.1. Cavabdeh Tərəf Cavabdeh Birinci İddiaçı1 xeyrinə 60.000 (altmış min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 20.000 (iyirmi min) ABŞ dolları, gecikdirməyə görə 10.000 (on min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutulmasının istifadə haqqı olaraq 10000 ABŞ dolları, gecikdirməyə görə 9000 ABŞ dolları hisssəsindən imtina edir, qalan tutulmalı məbləğlər qüvvəsində qalır. 2.2. Cavabdeh Tərəf Cavabdeh İkinci İddiaçı2 xeyrinə 281.000 (iki yüz səksən bir min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 48.000 (qırx səkkiz min) ABŞ dolları, gecikdirməyə görə 24.000 (iyirmi dörd min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 498 (dörd yüz doxsan səkkiz) manat dövlət rüsumu tutulmasının istifadə haqqı hissəsindən 24000 ABŞ dolları, gecikdirməyə görə hissəsindən 20000 ABŞ dolları məbləğindən imtina edir, qalan tutulmalı məbləğlər qüvvəsində qalır. 2.3. Ödənişləri bu Sazişdə göstərilən vaxtlarda qəbul edir, qeydə alır və ikitərəfli imzalamaqla rəsmiləşdirir. 2.4. Bəyan edir ki, gələcəkdə ödənilmiş məbləğlərlə bağlı heç bir tələb irəli sürməyəcəkdir.
3. Tərəflər: 3.1. Ödənişlərin baş verməsini hər bir halda tarixi və müddəti göstərilməklə imzaları ilə yazılı şəkildə təsdiq edəcək və qeydiyyat aparacaqlar. 3.2. İndiyədək bir-birinə məlum olan hallardan biri digərinin əleyhinə bundan sonra istifadə etməməyi, hər hansı üsulla onları yaymamağı öhdələrinə götürürlər. 3.3. Bu Sazişdə, birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, vicdanla və ləngitmədən bu Saziş üzrə ödəliklərini və üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri həyata keçirəcəklər. 3.4. Bu Sazişin bağlanılması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri bilavasitə özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər. 3.5. Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına uyğun olaraq bağlanılır və Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini və mübahisələr üzrə Səbail Rayon Məhkəməsinin yurisdiksiyasını qəbul edirlər. 3.6. Təsdiq edirlər ki, bu Saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.7. Bu Saziş üzrə hər hansı anlaşılmazlıqları və ziddiyyətləri dostcasına danışıqlar yolu ilə aradan qaldırmağa çalışacaqlar.
4. Bu Saziş imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 4.1. Bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. 4.2. Bu Saziş, Sazişin 1-ci bəndində göstərilmiş mülki iş üzrə Tərəflər arasında mübahisənin aradan qaldırılması üçün tam və real hüquqi qüvvəyə malikdir.
5. Bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən mübahisələr üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər və barışığın hüquqi nəticələri onlara tam aydındır.
6. Tərəflər bu Sazişin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz hüquq müdafiəçiləri vasitəsilə tanışdırlar, hüquq müdafiəçiləri tərəfindən onlara izahlar verilmişdir, razılaşmalar onların iradəsinə uyğun olmaqla məzmunu onlara tam aydındır və hər hansı qeyri-müəyyənlik yoxdur.
10. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-461/2025 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh Tərəf: 1.1.İddia tələblərini qəbul etdiyini bəyan və təsdiq edir. 1.2.X8 əsasən təmin olunmuş iddianın hissələrindən İddiaçı Tərəfin qismən imtinası ilə razılaşır, onları bəyan və təsdiq edir. 1.3. Öz öhdəsinə götürür ki, X7 razılaşdırılan ödəmələri vaxtında və tam yerinə yetirəcəkdir. Əgər hər hansı ödənişin gecikdirilməsi bir aydan çox çəkərsə, onda bu Sazişin qüvvədən düşəcəyi və məhkəmə qətnaməsi üzrə bütün məbləğlərin ödənilmiş məbləğlər çıxılmaqla, məcburi qaydada tutulması üçün hüquqi tədbirlər görüləcəyi və icra icraatına başlanılacağı ilə razılaşır və qəbul edir. 1.4. Hər hansı qeyd-şərt olmadan Birinci İddiaçıya (İddiaçı1) aşağıdakı müddətlərdə və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürür: 2025-ci ilin dekabr ayının 31-dək 10000 (on min) ABŞ dolları və 417,5 manat; 2026-cı ilin yanvar ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı fevral ayının 28-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin mart ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin aprel ayının 30-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin may ayının 31-dək 10000 (on min) ABŞ dolları; 2026-cı ilin dekabr ayının 31-dək 11000 (on bir min ABŞ dolları). 1.5. İkinci İddiaçıya (İddiaçı2) hər hansı qeyd-şərt olmadan aşağıdakı müddətlərdə və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürür: 2025-ci ilin dekabr ayının 31-dək 6000 (altı min) ABŞ dolları və 498 manat; 2026-cı ilin yanvar-aprel aylarında hər ayın sonunadək 5000 (beş min) ABŞ dolları; 2026-cı ilin may ayndan dekabr ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 80000 (səksən min) ABŞ dolları; 2027-ci ilin yanvar ayından dekabr ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 120000 (bir yüz iyirmi min) ABŞ dollar); 2028-ci ilin yanvar ayından avqust ayına kimi hər ay ayın son gününədək 10000 (on min) ABŞ dolları, cəmi həmin müddət ərzində 80000 (səksən min) ABŞ dolları; 2028-ci ilin oktyabr-noyabr aylarında noyabr ayının sonunadək 23000 (iyirmi üç min) ABŞ dolları.
2. İddiaçı Tərəf: 2.1. Cavabdeh Tərəf Cavabdeh Birinci İddiaçı1 xeyrinə 60.000 (altmış min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 20.000 (iyirmi min) ABŞ dolları, gecikdirməyə görə 10.000 (on min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutulmasının istifadə haqqı olaraq 10000 ABŞ dolları, gecikdirməyə görə 9000 ABŞ dolları hisssəsindən imtina edir, qalan tutulmalı məbləğlər qüvvəsində qalır. 2.2. Cavabdeh Tərəf Cavabdeh İkinci İddiaçı2 xeyrinə 281.000 (iki yüz səksən bir min) ABŞ dolları əsas borc, həmin borcdan razılaşdırılmış istifadə haqqı olaraq 48.000 (qırx səkkiz min) ABŞ dolları, gecikdirməyə görə 24.000 (iyirmi dörd min) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 498 (dörd yüz doxsan səkkiz) manat dövlət rüsumu tutulmasının istifadə haqqı hissəsindən 24000 ABŞ dolları, gecikdirməyə görə hissəsindən 20000 ABŞ dolları məbləğindən imtina edir, qalan tutulmalı məbləğlər qüvvəsində qalır. 2.3. Ödənişləri bu Sazişdə göstərilən vaxtlarda qəbul edir, qeydə alır və ikitərəfli imzalamaqla rəsmiləşdirir. 2.4. Bəyan edir ki, gələcəkdə ödənilmiş məbləğlərlə bağlı heç bir tələb irəli sürməyəcəkdir.
3. Tərəflər: 3.1. Ödənişlərin baş verməsini hər bir halda tarixi və müddəti göstərilməklə imzaları ilə yazılı şəkildə təsdiq edəcək və qeydiyyat aparacaqlar. 3.2. İndiyədək bir-birinə məlum olan hallardan biri digərinin əleyhinə bundan sonra istifadə etməməyi, hər hansı üsulla onları yaymamağı öhdələrinə götürürlər. 3.3. Bu Sazişdə, birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, vicdanla və ləngitmədən bu Saziş üzrə ödəliklərini və üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri həyata keçirəcəklər. 3.4. Bu Sazişin bağlanılması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri bilavasitə özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər. 3.5. Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına uyğun olaraq bağlanılır və Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini və mübahisələr üzrə Səbail Rayon Məhkəməsinin yurisdiksiyasını qəbul edirlər. 3.6. Təsdiq edilər ki, bu Saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.7. Bu Saziş üzrə hər hansı anlaşılmazlıqları və ziddiyyətləri dostcasına danışıqlar yolu ilə aradan qaldırmağa çalışacaqlar.
4. Bu Saziş imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 4.1. Bu Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. 4.2. Bu Saziş, Sazişin 1-ci bəndində göstərilmiş mülki iş üzrə Tərəflər arasında mübahisənin aradan qaldırılması üçün tam və real hüquqi qüvvəyə malikdir.
5. Bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən mübahisələr üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər və barışığın hüquqi nəticələri onlara tam aydındır.
6. Tərəflər bu Sazişin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz hüquq müdafiəçiləri vasitəsilə tanışdırlar, hüquq müdafiəçiləri tərəfindən onlara izahlar verilmişdir, razılaşmalar onların iradəsinə uyğun olmaqla məzmunu onlara tam aydındır və hər hansı qeyri- müəyyənlik yoxdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-461/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: