Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4974/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə),Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı "İddiaçı” ASC-nin Cavabdeh oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-74/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Kreditor "İddiaçı” ASC borclu Cavabdeh oğluna qarşı tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19743 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC-sı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsi üzrə iş materiallarında hesabdan çıxarış məlumatları tam olmadığından Cavabdeh oğlunun banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək olmadı (iş.səh50), xx.xx.2019-cu il tarixli 17148 nömrəli ekspert rəyinə əsasən iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2013-cü tarixli kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla sual üzrə ekspertizanın keçirildiyi tarixədək həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla müqavilə müddəti ərzində və xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilədək 5% dərəcəsi ilə hesablanmala cavabdehin iddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən xx xxxxxx 2016-cı il tarixinə əsas borc üzrə - 49948,43 ABŞ dolları; faiz borcu üzrə 9105,08 ABŞ dolları; xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilədək 5% dərəcəsi ilə hesablanmala əsas borc üzrə 49948,43 ABŞ dolıarı ; faiz borcu üzrə 5583,33 ABŞ dolları müəyyən edilir (səh.66). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-74/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 49948,43 ABŞ dolları məbləğində əsas, 9105,08 ABŞ dolları məbləğində faiz, 5000 ABŞdolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 5583,33 ABŞ dolları məbləğində faiz, cəmi 69636,84 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh oğlundan iddiaçı "İddiaçı” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməməsi qət edilmişdir. Cavabdeh oğlu apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2 (001)-74/2020 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 97.1, 102.1, 88, 217.2, 220.4, 384.0.2, 385, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təvsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.Belə ki, birinci instansiya Məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən iş üzrə xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Birinci instansiya Məhkəməsində iştirakları təmin edilmədiyindən ekspert rəyi tərəflərindən mübahisələndirilməsi mümkünsüz olmuşdur. Hesab edir ki, iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Hazırki iş üzrə Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 324, 385.1, 425.1, 427.3, 439- 449, 467, 550-554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-74/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4974/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4974/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver