Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4974/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızının və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1845/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi onların saxlanması üçün bir uşaq üçün sabit pul məbləğində hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbdə göstərilir ki, cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından 2 qız övladı doğulmuşdur. Hazırda onların saxlanılması üçün cavabdehdən cəmi 350 manat aliment tutulsa da, həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh yalnız aliment məbləğini ödəyir və 4 ildir ki, əlaqələri yoxdur. Cavabdeh həmçinin, uşaqlarla da ünsiyyətdə olmur və 4 ildir ki, övladları ilə də görüşmür. Cavabdehin işləməsi ilə bağlı məlumatı yoxdur. Əvvəllər Neft-qaz tikinti şirkətində işləyirdi və təxminən 900 manat maaş alırdı. Hazırda isə maaşı arta bilər, lakin maaşının artması ilə bağlı heç bir sübutu yoxdur. O, praktikant kimi yeni işə daxil olmuş və 1 həftə olar ki, işləyir, hələki maaş almasa da, aylıq maaşı 300 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1845/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun iddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızının özünə aid edilməsi qət edilmişdir. İddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızı iddia ərizəsi ilə eyniməzmunda əsaslandırdığı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızı məhkəmə iclasında ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı Əbdürəhmanova (Ramazanova) Hicran Gülbala qızının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1845/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4974/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4974/2022
15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver