Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4977/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(011)-5913/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2022-ci il tarixli əl yazmadan görünür ki, X1 Vəfa Hidayət qızından (xx.xx.1977) xx.xx.2022-ci il tarixində 10.000 ABŞ dolları borc götürmüş və bu borcu xx.xx.2022-ci il tarixdə İddiaçı 12.000 ABŞ dolları şəklində qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixli əl yazmadan görünür ki, üzürlü səbəblərdən xx.xx.2022-ci ildə 12.000 ABŞ dolları qaytara bilməmiş, və bu müqavilənin xx.xx.2022-ci il tarixə qədər uzadılmasını xahiş etmişdir və xx.xx.2022-ci il tarixində 14.000 ABŞ dolları qaytaracığını bildirmişdir. Hazırda iddiaçı cavabdehə verdiyi pulu geri tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə 12.000 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə 10.000 ABŞ dolları məbləğində borc pul almış, öz şəxsi əlyazması ilə xx.xx.2022-ci il tarixdə 12.000 (on iki min) ABŞ dolları olaraq geri qaytaracağını bildirsə də, daha sonra yenidən ərizə yazaraq pul öhdəliyinin icra müddətini xx.xx.2022-ci il tarixinədək uzatmışdır. Lakin buna baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Cavabdeh onlara məhəl qoymadan, öhdəliklərinin icrasından çəkinmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(011)- 5913/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 12000 (on iki min) ABŞ dolları məbləğində borc və 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən borcunun etirafı qaydasında yazılı iltizam verərkən hədə qorxu, təkid altında imzaladığını bildirsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Hər hansı zorakılıqdan, bəhs etmək mümkün deyildir. Borcunu etiraf etməsi barədə yazılı iltizamın mahiyyətcə qeyri-obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini qeyd etmişdir. Məhkəmə cavabdehin pulu İddiaçı deyil, Gülnarə Rəsulovadan alması dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan əlyazmada cavabdeh qeyd edilən pul məbləğini məhz İddiaçı aldığını və ona qaytaracağını qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh özü də əlyazmanın onun tərəfindən yazıldığını və imzanın ona məxsus olduğunu bildirmişdir. İstinad edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd edilən məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh iddiada qeyd olunan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq aldığı pulu qaytarmamışdır. İddiaçı, alacağının olmasını yazılı borc sənədi ilə sübuta yetirmiş, cavabdeh etirazının əsasında duran halları (onun əslində 6.500 ABŞ dolları aldığını, əvəzində isə 7.500 ABŞ dolları qaytarmalı olduğunu) sübuta yetirə bilməmişdir. Halbuki, qanuna əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını şəxsən tanımır, Gülnarə Rəsulova iddiaçıdan pulu alıb ona verdiyini bildirmişdir. Bu isə özlüyündə həmin münasibətlərin yaxşı araşdırılmamasına dəlalət etməklə, həmin müqaviləni iltizamı şübhələndirilməsi üçün əsas olur. Məhkəmə iclasında tərəfindən 6.500 ABŞ dollarının məbləğində pul alınması və 7.500 ABŞ dolları məbləğində pulun qaytarmalı olması və hədə qorxu ilə 12.000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizam yazması deyilsə də, sözügedən xüsusat məhkəmə tərəfindən araşdırılmamış, araşdırılmasına şərait yaradılmamışdır. İddiaçı tərəfindən 12.000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizam Mülki Məcəllənin müddəalarına əsasən notarial qaydada təsdiqlənməli idi, bu səbəbdən həmin xüsusatın məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmməsi doğru deyil və iddiaçı öz tələbini hüquqi əhəmiyyətli faktlarla sübut etməli idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada)
882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi iş materiallarında olan əlyazmada cavabdehin qeyd edilən pul məbləğini ondan aldığını və ona qaytaracağını qeyd etməsinə əsaslanmışdır. Cavabdeh isə pulu İddiaçı deyil, Gülnarə Rəsulovadan almasını, ona hədə qorxu gəldiyindən 12.000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizam yazmışdır. O da qorxduğu üçün yazmışdır. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini iddianı qismən qəbul edərək, 7500 ABŞ dolları məbləğində pulun qaytarmalı olduğunu qeyd etmişdir. Əvvəla, məhkəmə kollegiyası cavabdehin pulu İddiaçı deyil, Gülnarə Rəsulovadan almasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan əlyazmada cavabdeh qeyd edilən pul məbləğini məhz İddiaçı aldığını və ona qaytaracağını qeyd etmişdir. Həmçinin, cavabdeh tərəfindən qeyd olunan əlyazmanın onun tərəfindən yazılmamasını mübahisələndirməyərək, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında özü də əlyazmanın onun tərəfindən yazıldığını və imzanın ona məxsus olduğunu bildirmişdir. Başqa sözlə, cavabdeh tərəfindən qeyd olunan əlyazmanın onun tərəfindən yazılmamasını mübahisələndirmədiyindən əlyazmanın onun tərəfindən yazıldığını və imzanın ona məxsus olması işin mübahisəsiz halıdır. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdeh həm 6.500 ABŞ dollarının məbləğində pul alınması və 7.500 ABŞ dolları məbləğində pulun qaytarmalı olması, həm də qeyd edilən pulu Gülnarə Rəsulovadan almasını, həmçinin cavabdehin hədə qorxusu ilə 12.000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizam yazması barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, yazılı iltizamın hədə-qorxu, təkid altında imzalanmasına dair hər hansı bir sübut təqdim edilmədiyindən hər hansı zorakılıqdan, bəhs etmək mümkün deyildir. Cavabdehin borcunu etiraf etməsi barədə yazılı iltizamın mahiyyətcə qeyriobyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Həmçinin də özünün etirafına görə cavabdeh bununla, iltizamı hədə qorxu altında yazması ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət etməmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçı tərəfindən 12.000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizamın mülki məcəllənin müddəalarına əsasən notarial qaydada təsdiqlənməli olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdehin borc pul alması faktı mövcuddur və özü tərəfindən də bu təsdiq edilir. Lakin məbləğin fərqli olmasına dair dəlilinə artıq yuxarıda qiymət verilmişdir. İkincisi də, iltizamın mülki məcəllənin müddəalarına əsasən notarial qaydada təsdiqlənməsindən asılı olmayaraq bu iş materiallarında olan xx.xx.2022-ci il tarixli əl yazma şəklində olan iltizamın sübut əhəmiyyətinə təsir etmir. Başqa sözlə, notarial qaydada təsdiq olunmama cavabdehi iddiaçı qarşısında olan mülki məsuliyyətdən azad etmir. Qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında olan sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş müqavilələr bağlanması nəzərdə tutulmuşdur. Hər bir halda istər iltizam, istərsə də müqavilə üzrə üzərinə öhdəlik götürmüş şəxs öhdəliyini vaxtında həyata keçirməlidir. Hazırki halda isə cavabdeh özünün yazdığı və imzaladığı notarial qaydada təsdiq edilməməsinə baxmayaraq iltizamda götürdüyü öhdəliyi yerinə yetirmir və apellyasiya şikayətinin dəlilləri onun iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq məqsədinin olmasını təsdiq edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(011)- 5913/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov